Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Amerika Azərbaycanı Rusiyanın təzyiqlərindən qorumağa çalışır”


“ABŞ Azərbaycanla münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə qaldırmaq istəyir”


Bu sözləri politoloq Qabil Hüseynli ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Tonerin Azərbaycanda keçirilmiş referendumun nəticələri ilə bağlı bəyanatına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyatında onun ölkəsinin Azərbaycanda keçirilən referendumun nəticələrini tanıdığını və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində olmadıqlarını vurğulamışdı. Bu bəyanatı Azərbaycanla ABŞ arasında tərəfdaşlıq üçün yeni mərhələnin başlanğıcı saymaq olarmı, yoxsa iki ölkə arasında çəkişmələr hələ də özünü büruzə verə bilər?

Bu mövzu ilə bağlı politoloq Qabil Hüseynli fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Image result for qabil hüseynli

Qabil Hüseynli: “ABŞ yaxşı başa düşür ki, Azərbaycana qarşı hansısa diskrimasiya addımları Rusiyanın xeyrinə olacaq”.


ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin bəyanatının ABŞ-la Azərbaycan arasında olan anlaşmadan yarandığını bildirən politoloqa görə, ABŞın əsas məqsədi Azərbaycanı Rusiyadan gələcək təhlükələrdən qorumaqdır:

“Sözsüz ki, Mark Tonerin referendumun nəticələri ilə bağlı bəyanatını Azərbaycan-ABŞ arasında tərəfdaşlıq üçün yeni mərhələ saymaq olar. ABŞ Azərbaycanla münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə qaldırmaq istəyir. Bildiyimə görə, ABŞ-la Azərbaycan arasında  məxfi olaraq diplomatik danışıqlar gedir. Bu danışıqlarda Azərbaycanda həyata keçiriləcək islahatların xəritəsi də mövcuddur. Yəni, Azərbaycan bir çox məsələlərdə ABŞ-la anlaşıb və ona görə də ABŞ referendumun nəticələrini qəbul edir. 

ABŞ yaxşı başa düşür ki, Azərbaycana qarşı hansısa diskrimasiya addımları Rusiyanın xeyrinə olacaq və Rusiya Azərbaycanı öz təzyiqi altına salacaq. Amerikanın məramı xoşdur. Ona görə də Azərbaycanı Rusiyanın təzyiqlərindən qorumağa çalışır”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar