Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim Bəydəmirli: “Dövlət məmurları biznes fəaliyyəti ilə məşğul olmamalıdırlar”


İqtisadçı: “Pensiya fondunun yığdığı vəsaitlər pensiyaçılara bəs etmir”


“İqtisadi fəaliyyəti stimullaşdırmaq, o cümlədən, ailə təsərrüfatlarının normal kiçik və orta sahibkarlıqla məşğul olması üçün şəraitin yaradılmasının yolu məmur sahibkarlığının və özbaşınalığının ləğv olunmasından keçir”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli maliyyə naziri Samir Şərifovun gələn ilin büdcəsi ilə bağlı açıqlamasına və “ABAD” xidmətinin yaradılmasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Maliyyə naziri Samir Şərifov gələn ilin büdcəsi ilə bağlı jurnalistlərə açıqlama verərkən bildirib ki, sosial müavinətlərin və dövlət sektorunda çalışanların maaşlarının artırılması üçün maliyyə təminatı yaradılmalıdır. Hazırda dövlət pensiya fonduna toplanan vəsaitlər pensiyaların ödənilməsində maliyyə təminatı yaradılması üçün yetərli resurs olaraq çıxış edə bilirmi? Yoxsa bu və ya başqa yerlərdən pensiyaların ödənilməsi üçün maliyyə vəsaitləri yönləndirilir? Eyni zamanda prezident İlham Əliyev “ASAN xidmət”in tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılması haqqında fərman imzalayıb.Bu fərmanı regionlarda sahibkarlığın inkişafı üçün yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirmək olarmı? 

Bu suallarla PİA.AZ-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirliyə müraciət edib.

Nazim Bəydəmirli: “Müxtəlif rayonlarda xəzinədarlığın düzgün işləməməsindən və vaxtında pulla təmin olunmamasından dolayı insidentlər yaşanır”.


Dövlət Sosial Müdafiə Fondunun fiskal siyasətində Gürcüstan təcrübəsindən yararlanmağın zəruriliyini vurğulayan iqtisadçının fikrincə, ciddi islahatlar aparılmadıqca pensiyaçılar əziyyət çəkməkdə davam edəcəklər:

“Maliyyə naziri Samir Şərifovun dediyi fikirlər o deməkdir ki, Maliyyə Nazirliyinin xəttilə dövlət büdcəsinin xərclərində artım üçün vəsait yoxdur. Bu baxımdan “maliyyə təminatının yaradılması lazımdır” demək o anlama gəlir ki, hökumət əmək haqqlarını, pensiyaları artırmaq istəyirsə mənbə axtarmalıdır. “Dövlət pensiya fondunun yığdığı vəsaitləri indiki durumda 1 milyon 300 min təqaüdçüyə bəs edirmi?” sualından görünür ki, pensiya verilən zaman gecikmələr mövcuddur, yaşlı vətəndaşlarımız bankomatlar qarşısında növbə tutmağa məcbur olurlar, müxtəlif rayonlarda xəzinədarlığın düzgün işləməməsindən və vaxtında pulla təmin olunmamasından dolayı insidentlər yaşanır. Yəni, pensiya fondunun yığdığı vəsaitlər pensiyaçılara bəs etmir. 

2005-ci ildən bu ilə qədər hər il dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə edilən transferlər artmaqda davam edir. Bu transfer 10 il əvvəl 275 milyon manat idisə, indi 1 milyard manatdan yuxarıdır. Hətta bəzi illərdə 1 milyard 200 milyon manata yaxın olub. Bu o deməkdir ki, pensiyanın baza hissəsindən əlavə dövlət büdcəsi yenə də pensiya fonduna vəsait köçürməkdə davam edir. Bu isə doğru yanaşma deyil. Səbəblərdən biri də iqtisadi fəal insanların sosial sığorta haqqı ödəməmələridir, ikili mühasibatlıq və kölgə iqtisadiyyatının astronomik olmasıdır. Təsəvvür edin ki, təqribən 4.8 milyon əmək qabiliyyətli vətəndaşlarımızın təqribən 2.3 milyonu DSMF-də qeydiyyatdadır, 1.5 milyon muzdla işləyən işçi vaxtlı vaxtında sosial sığorta haqqı ödəyir. Əgər deyildiyi kimi ölkədə 5% işsizlərdən başqa digərləri sosial sığorta haqqı ödəmiş olsa idi, hər bir pensiyaçıya 3 nəfər işləyən düşərdi və o zaman minimal pensiya 350 manat olardı. DSMF da dövlət büdcəsinin dotasiyasına möhtac qalmazdı. 

Ona görə də mən Dövlət Sosial Müdafiə Fondunun ləğvini istəmişdim. Bu fondun ləğv edilməsini və ya birləşdirilməsini aralıq addım kimi qiymətləndirirəm. Dövlət Sosial Müdafiə Fondunun fiskal siyasəti Vergilər Nazirliyinə verilsə və ikili mühasibatlığın əsl səbəbkarı olan əmək haqqından tutulan 39% əvəzinə (əmək haqqından tutulan gəlir vergisi və sığorta haqqının cəmi) 20%-lik “sosial vergi” ilə əvəz edilsə qismən bu problem həll olunmuş olar. Gürcüstan təcrübəsindən görürük ki, ikili mühasibatlığın ləğvi və büdcə gəlirlərinin artımı məhz belə islahatların nəticəsində baş verdi. Yəni, insanlar daha çox leqal maaş alacaqlar. Bu islahatlar aparılmasa, xroniki olaraq pensiyaçılar üçün vəsait çatışmamazlıq olacaq və vətəndaşlarımız əziyyət çəkməkdə davam edəcəklər”. 

Nazim Bəydəmirli: “Hesab etmirəm ki, ABAD xidmətinin yaradılması ilə problemlər öz həllini tapacaq”.


ABAD” xidmətinin yaradılmasını müsbət qarşılayan iqtisadçı Nazim Bəydəmirliyə görə, kompleks addımların atılmaması “ABAD” xidmətinin də fəaliyyətinə kölgə sala bilər:
“Əslində müxtəlif ailə təsərrüfatlarına bizneslərini qurmaq üçün müxətlif təchizatların yaradılmasını normal qarşılayıram. Ancaq hesab etmirəm ki, ABAD xidmətinin yaradılması ilə problemlər öz həllini tapacaq. Azərbaycan iqtisadiyyatının problemi inhisarçılıqdır və onu yaradan səbəblər aradan qalxmadıqca, bu cür addımlar problemi kökündən həll etməyəcək. İqtisadi fəaliyyəti stimullaşdırmaq, o cümlədən, ailə təsərrüfatlarının normal kiçik və orta sahibkarlıqla məşğul olması üçün şəraitin yaradılmasının yolu məmur sahibkarlığının və özbaşınalığının ləğv olunmasından keçir. Təxminən 7-8 il bundan qabaq İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyində biznes mərkəzi yaradılmışdı. Bu biznes mərkəzi kiçik ailə təsərrüfatlarına biznes planlar təqdim edirdi və həmin biznes planları vətəndaşlar öz vəsaitləri hesabına hazırladırdı. Biznes planın hazırlanma haqqı 100 manatdan 3 min manata qədər təşkil edirdi. Vətəndaşların hazırladığı biznes planlar kağız üzərində qalırdı. Fikrimcə, yuxarıda qeyd etdiyim səbəblər aradan qalxmazsa, ABAD xidmətin ailə təsərrüfatları, kiçik sahibkarlıq üçün verdiyi biznes planlarının aqibəti həmin biznes mərkəzinin verdiyi biznes-planlarının aqibətindən fərqli olmayacaq. Biznesin normal fəaliyyət göstərməsi üçün dövlət qurumları iqtisadi fəaliyyətlə (biznes fəaliyyəti ilə) məşğul olmamalıdırlar və biznes adamları üçün hər bir nazirlik, komitə elə dövlət siyasəti qurmalıdırlar ki, bizneslə məşğul olanlar özləri öz problemlərini həll etsinlər. Bu isə inhisar olmayan, rəqabətin yaxşı olduğu, qanunların işlədiyi yerdə baş verər. Bu olmadıqca kompleks addımlar atılmadıqca, dövlət büdcəsi hesabına yaradılan belə xidmət və təsisatların nailiyyət əldə edəcəyinə pessimistəm”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar