Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarov Rusiyaya təhvil verilə bilər -İddia


“MTN çetesi”nin odioz generalı cəzadan yaxa qurtarmağın yolunu tapıb - Rusiya pasportu onu azadlığa çıxara bilər...


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov cəzasını çəkmək üçün Rusiyaya təhvil verilə bilər. 

Onun Rusiya vətəndaşılığının olması haqda məlumatlar həbsindən dərhal sonra yayılmışdı. Belə ki, Çovdarov Gürcüstanda doğulsa da, onun Rusiya vətəndaşı olduğu deyilirdi. İddialara görə, o, bu illər ərzində Rusiya vətəndaşı kimi MTN-in ən mühüm postlarından birini tutub və bunu bir çox vəzifə daşıyıcıları bilib. 

Amma onun Rusiya ilə deyil, Gürcüstanın siyasi dairələri ilə yaxşı əlaqələri olduğu da iddia edilirdi. Bu günə qədər həbs olunan MTN əməkdaşlarının bir çoxu qeyri-qanuni göstərişləri də A.Çovdarovdan alıblar. Onun Rusiyada, konkret olaraq Sverdlovskda böyük taxta-şalban biznesinin olması və uzun illər orada yaşaması haqda illər öncə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev xəbər yaymışdı. Qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı araşdırmaları zamanı E.Abdullayev A.Çovdarovun Rusiya vətəndaşı olmasını üzə çıxarmışdı. 

E.Abdullayevin həmin açıqlamasından sitat: “Mahir Abdullayevin oğurluğunu bilavasitə icra edən bir zaman Rusiya Federasiyasının Sverdlovsk vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə ”Təpəgöz" kimi tanınan və hazırda isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan general-biznesmen Akif Teymurxan oğlu Çovdarovdur. O, Rusiya Federasiyasının vətətəndaşıdır. Akif Covdarov Mahiri oğurlamağa bir neçə dəfə cəhd etmişdir. İlk dəfə olaraq, 2003-cü ilin yanvar-mart aylarında Akif Çovdarov Mahiri şirnikdirərək Rusiya Federasiyasının Sverdlovsk vilayətinə gətizdiribdir".

Göründüyü kimi, A.Çovdarovun MTN-dəki məlum vəzifəyə təyinatından əvvəl Rusiya vətəndaşlığı olub. Qanuna görə, başqa dövlətin vətəndaşları Azərbaycan ərazisində cinayət törədiblərsə, barələrində çıxarılmış hökm üzrə cəzanı vətəndaşı olduqları ölkə ərazisində çəkə bilərlər. Bu o deməkdir ki, odioz general Azərbaycanda törətdiyi çoxsaylı cinayətlərinə görə cəzadan yaxa qurtarmaq imkanı var.

Məsələ ilə bağlı “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışa müraciət etdik. Tanınmış hüquqşünas bildirdi ki, Azərbaycan MDB-yə daxil olan ölkələrin “Qarşılıqlı hüquqi yardım haqda” 23 yanvar 1993-cü il tarixli Minsk müqaviləsini və 2002-ci il oktyabrın 7-də eyniadlı Kişinyov müqaviləsini imzalayıb. “Əgər MDB-yə daxil olan dövlətlər Minsk müqaviləsini imzalayıb ratifikasiya ediblərsə bu müqavilə üzrə, bunu imzalamayıblarsa, Kişinyov müqaviləsi üzrə belə münasibətlər tənzimlənir. Əgər Akif Çovdarov Rusiya vətəndaşıdırsa, özü belə bir ərizə təqdim etsə, Rusiya dövləti də onun cəzasını Rusiya federasiyasında çəkməsi üçün müraciət edə bilər. Bu halda Azərbaycan hökumətinin razılığı ilə Akif Çovdarov cəzasını çəkmək üçün Rusiya Federasiyasına təhvil verilə bilər”.

M.Baxış deyir ki, belə hallarda qanuna görə Azərbaycan tərəfinin razılığı nəzərə alınmalıdır: “Akif Çovdarov müvafiq ərizə təqdim etsə, Rusiya tərəfi onun istəyini nəzərə alsa belə, Azərbaycan tərəfinin razılığı olmasa, onun qonşu ölkədə cəzasını çəkməsi mümkün deyil. Azərbaycan höküməti razılıq verməsə, onu təhvil verməyə bilər. Qanunda birmənalı qaydada yazılıb ki, belə münasibətlər qarşılıqlı razılıq əsasında tənzimlənir”.
M.Baxış A.Çovdarovun xarici dövlət vətəndaşı olaraq Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yüksək post tutmasının cinayət olduğunu da bildirib: “Akif Çovdarovun Rusiya pasportu varsa və ortaya çıxsa, bu halda cinayət işi başlanmalıdır. Çünki əcnəbilər Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində işləyə bilməzlər. Əgər belə bir əmri milli təhlükəsizlik naziri veribsə, onun barəsində Cinayət Məcəlləsinin 308.2 -  vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanmalıdır”.

Hazırda Akif Çovdarov və onun birbaşa tabeliyində olmuş 4 şöbə rəisi məhkəmə qarşısına çıxarılıblar. Odioz general və onun əlaltıları ümumilikdə 54 epizod üzrə ittiham olunurlar. Epizodların mütləq əksəriyyəti hədə-qorxu ilə tələb etmə cinayəti ilə əlaqədardır. Yəni Çovdarov və əlaltıları sahibkarların başlarına torba keçirib oğurlamaqla onlara hədə-qorxu gəlib var-dövlətlərini əllərindən alıblar. Tələb olunan pulu, var-dövləti, obyekti, bazarı, holdinq və s. vermək istəməyənlər dəhşətli işgəncələrlə, zorakılıqlarlarla, şantajla üz-üzə qalıblar. Akif Çovdarov və əlaltılarının caynağına keçən sahibkarlardan sağlıqlarını itirən, ömürlük şikəst qalan və həyatlarını itirənlər olub.

Xatırladaq ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçib. Sonradan həbs qəti imkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur, hazırda məhkəməsi davam edir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar