Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı ilə gömrük rəisinin əlbəyaxa davasının detalları bəlli olub


Başçının kabinetində əlbəyaxa davanın ilginc səbəbi


Rəcəb Babaşov Gürcüstandan qaçaqmal yolu ilə siqaretlərin ölkəyə keçirilməsi üçün “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqovdan “pəncərə” istəyib.

Qazaxın icra başçısı Rəcəb Babaşovun kabinetində “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqovla əlbayxa davasının ilginc detalları ilə bağlı AzMedia.info-ya məlumat daxil olub.

Qeyd edək ki, dünən bu barədə bəzi mətbu orqanlarda məlumat yayılmışdı. Həmin məlumatda qeyd olunurdu ki,  Qazaxın icra başçısı Rəcəb Babaşovla “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqov arasında mübahisə əlbayaxa davaya çevrilib. Hadisənin Qazax rayon İcra Hakimiyytinin binasında baş vediyi bildirilirdi.

Bu insidentlə bağlı AzMedia.info-ya maraqlı məlumat daxil olub. Hadisənin detallarını anladan mənbə bildirib ki, həqiqətən də belə bir hadisə baş verib. Ancaq mübahisənin səbəbi heç də mətbuatda dərc olunduğu kimi deyil. AzMedia.info-ya “Qırmızı körpü” gömrük keçid məntəqəsindəki mənbənin verdiyi məlumata görə, başçının kabinetində əlbəyaxaya səbəb olan mühahisənin səbəbi Rəcəb Babaşovun yuxarıların icazəsi olmadan “Qırmızı körpü” gömrük keçid məntəqəsindən qaçaqmal yolu ilə siqaret keçirmək istəməsi olub. 

Mənbənin AzMedia.infoya bildirdiyinə görə Rəcəb Babaşov Gürcüstandan qaçaqmal yolu ilə siqaretlərin ölkəyə keçirilməsi üçün “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqovdan “pəncərə” istəyib. Lakin Mehman Sadıqov icra başçısına bildirib ki, birbaşa rəislərindən gösrəiş almadan icra başçısı üçün belə bir “pəncərə” aça bilməz. Cavabında isə Rəcəb Babaşov Mehman Sadıqovu şantaj etməyə cəhd edib və bildirib ki, Mehman Sadıqovun rəislərindən gizli çevirdiyi işlər barədə yuxarılara məlumat ötürəcək. Mehman Sadıqov isə əsəbi şəkildə bildirib ki, o, rəislərindən gizli heç bir şey çevirmir və bu zaman ağır ifadələr işlətdiyinə görə mübahisə qızışıb və daha sonra əlbəyaxa davaya çevrilib. 

Qeyd edək ki, ölkəyə gətirilən aksizsiz siqaretlərin satışı ilə bağlı daha əvvəllər də Rəcəb Babaşovun adı hallanıb. Xatırladaq ki, Rəcəb Babaşov Qazax rayon İcra Hkimiyyətinin başçısı təyinatı almamışdan əvvəl Vergilər Nazirliyiinn Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə İdarənin rəis müavini vəzifəsində çalışıb. Rəcəb Babaşovun maraqlı karyerası var. Onun adı “MTN işi”ndə hallansa da, və bir çoxları Eldar Mahmudov və Akif Çovdarovun “mütəşəkkil dəstəsində” yer alan, iri vergi ödəyiciləri olan iş adamlarına divan tutan bu şəxsin həbs olunmasını gözləsələr də, bu gözləntilərin əvəzinə o, Qazax rayon İcra Hakimiyyətinə başçı təyinatı alıb. 

Daha əvvələ isə, Rəcəb Babaşov ölkəyə qaçaqmal yolu ilə gətirilən və aksizsiz satılan stqaretlərin Mərkəzi Aran rayonlarında və Bakının bir sıra rayonlarında satışını təşkil edən vergi məmuru kimi tanınıb. 

Qeyd edək ki, Rəcəb Babaşovun aksizsiz siqaret biznesində aldığı rol barədə araşdırma aparırıq və onun Sabirabad və digər rayonlardan olan əlaltıları ilə bağlı icginc detallarla növbəti yazımızda tanış olacaqsınız.

Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar