Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayonlar niyə batır? - İcra başçılarının taladığı milyonlar...


Havaların yağıntılı keçməsi icra hakimiyyətlərinin paxırını üzə çıxartdı


Məlum olur ki, büdcədən ayrılan vəsitlər heç də tam şəkildə təyinatına xərclənmir. 

Əks halda hava şəraitinin dəyişməsi ilə şəhər suyun altında qalmaz. Binəqədi rayonu keçən həftədən yağan yağışlardan sonra özünə gəlməyib, hələ də gölün içindədir. Bu durum rayonlara ayrılan vəsaitlərin istiqaməti məsələsini gündəmə gətirir.   

Yerli xərclər milyardlar aparır

Bizimyol.info-nun araşdırmasına görə, dövlət büdcəsində yerli xərclərə ayrılan vəsaitlər kifayət qədər böyükdür. Buradan kommunal sahələrə də iri pullar yönəldilir. Maliyyə Nazirliyinin arxiv məlumatlarında 2012-ci ilin dövlət büdcəsinin yerli xərcləri 1 mlrd. 292 mln. manat proqnozlaşdırılmışdı. Bu da 2011-ci ilə nisbətən 16 mln. manat az, 2010-cu ilin büdcəsinin faktiki icrası ilə müqayisədə 155,1 mln. manat çox olub. Şəhər və rayonların yerli xərclərində mənzil və kommunal təsərrüfatı məsrəflərinə 186,1 mln. manat və ya yerli xərclərin 14,4 faizinin yönəldilməsi nəzərdə tutulub. 2013-cü ildə yerli xərclərə proqnozlaşdırılan 1 mlrd. 054,7 mln. manatın yenə 14,4 faizi, yəni 217,5 milyon manatının mənzil-kommunal təsərrüfatı xərclərinə yönəldilməsi proqnozlaşdırlıb. Növbəti ildə yerli xərclərə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində, yaxud 1 mlrd. 629 mln. manat nəzərdə tutulub ki, bu da 2013-cü ilə nisbətən 115 milyon manat, 2012-ci ilin faktiki icra göstəricisi fonunda 383 milyon manat çoxdur. Həmin il mənzil-kommunal təsərrüfatı xərclərinə yönəldilməsi nəzərdə tutulan vəsait bir qədər də artaraq 236,8 milyon və ya 14,5 faiz həcmində formalaşıb. Keçən il üçün də dövlət büdcəsinin yerli xərcləri 1 mlrd. 654 mln. manat məbləğində proqnozlaşdırılıb, bunun da 239,8 mln. manatı və ya 14,5 faizi mənzil-kommunal təsərrüfatı xərclərinə yönəldilib. Bu ilin dövlət büdcəsində yerli xərclər 1 mlrd. 541,3 mln. manat məbləğində proqnozlaşdırılırdı ki, 181,4 mln. manatı (11,8%) mənzil-kommunal təsərrüfatı xərclərinə nəzərdə tutulub. Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsini artıq açıqlayıb. 2017-ci ildə yerli xərclər 718,3 mln. manat proqnozlaşdırılır. Əvvəlki illərə nisbətən vəsait bir qədər azalsa da mənzil-kommunal təsərrüfatı xərclərinə nəzərdə tutulan vəsaitlər faiz nisbətində artıb - 27,7 faiz və ya 199,1 mln. manat.  



Mənzil-kommunal təsərrüfatına illik yarım milyardlıq məsrəf

Büdcədə ayrıca bir də mənzil və kommunal təsərrüfatı bölümü var. Burada vəsaitlər yerli xərclər bölümündə göstəriləndən daha artıqdır. Belə ki, mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2012-ci ildə 344.5 mln. manat və ya 2011-ci illə müqayisədə 27,2 mln. manat çox vəsait ayrılıb. Bu xərclər üçün nəzərdə tutulan maliyyənin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 2 faiz olduğu qeyd edilib. Mənzil və kommunal təsərrüfatı zərərlərinin ödənilməsinə, şəhər və rayon mərkəzlərində mənzil fondunun əsaslı təmiri və abadlaşdırılmasına, yolların təmiri və işıqlandırılmasına 186,3 mln. manat vəsait nəzərdə tutulub. Eyni zamanda yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidənqurulması, kommunal xidmətlər üzrə yeni tariflərin tətbiqi və bir sıra digər tədbirlər üçün mərkəzləşdirilmiş qaydada 106,1 mln. manat vəsait ayrılıb. Ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərlərin ödənilməsi, istilik sistemi və su təchizatı obyektlərinin istismarı və təmirinə 31,6 mln. manat proqnozlaşdırılıb. Bundan əlavə Dənizkənarı Bulvar, Dövlət Bayrağı Meydanı, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun, qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrin saxlanılması və abadlaşdırılması, magistral yolların yaşıllaşdırılması, Balaxanı poliqonunda məişət tullantılarının utilizasiyasına da 20,5 mln. manat nəzərdə tutulub. 

Bu qədər pul hara gedir?

Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2013-cü il dövlət büdcəsindən 399,1 mln. manat vəsait ayrılıb. Həmin vəsaitin 217,5 mln. manatı və ya 54,5 faizi rayon və şəhərlərdə mənzil təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi, kommunal və abadlıq işlərinin həyata keçirilməsi işlərinə yönəldilməsi nəzərdə tutulmuşdu ki, bu da 2012-ci illə müqayisədə 31,4 mln. manat və ya 16,9 faiz çoxdur. Mənzil və kommunal təsərrüfatı xərcləri üzrə ayrılmış vəsaitin 103,7 mln. manatı müvafiq dövlət proqramları və ünvanlı tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və və digər tədbirlərin maliyyələşməsinə 3,7 mln. manat, mühafizə, ezamiyyə, kommunal, kommunikasiya xidmətləri ilə bağlı xərclərə 50 mln. manat, yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidən qurulması, abadlaşdırılması ilə xərclərə də yenə 50 mln. manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, 2009-2013-cü illər dövlət büdcəsinin cari xərclərində mənzil və kommunal təsərrüfatı xərclərinin məbləği 204,1 mln. manat atıb. 

2014-cü ildə bu sahəyə ayrılan vəsait daha 51,1 mln. və ya 14,6 faiz artırılaraq 457,1 mln. manata çatdırılıb. Məbləğin 236,8 mln. manatı rayon və şəhərlərdə mənzil təsərrüfatı fəaliyyətinin tənzimlənməsi, kommunal və abadlıq işlərinin həyata keçirilməsinə yönəldilib ki, bu da əvvəlki illə müqayisədə yenə 19,3 mln. manat çoxdur. Mənzil və kommunal təsərrüfatı xərcləri üzrə ayrılmış vəsait əsasən dövlət proqramları və ünvanlı tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən, kommunal, kommunikasiya xidmətləri ilə bağlı xərclərə, yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidənqurulması, abadlaşdırılması, yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu işlərinin yerinə yetirilməsi ilə bağlı xərclərə nəzərdə tutulub. 
Keçən il büdcədə 443,7 mln. manat mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılıb, bu da yenə 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 45,4 mln. manat çoxdur. Mənzil və kommunal təsərrüfatı xərcləri 2015-ci il dövlət büdcəsi xərclərinin 2,1 faizi qədər proqnozlaşdırılıb. Həmin vəsaitin 239,8 mln. manatı və ya 54 faizi mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsi, kommunal və abadlıq işlərinin həyata keçirilməsinə yönəldilib, bu da həmişəki kimi əvvəlki illə müqayisədə çoxdur. 

Büdcədə kommunal xərclərin çəkisi yüksəkdir 

Bu ilin dövlət büdcəsində mənzil və kommunal, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 1 mlrd. 157,9 mln. manat vəsait proqnozlaşdırılmışdı. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 7,1 faizə bərabərdir. Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 2.6 faizi həcmində və ya 416,8 mln. manat ayrıllıb. Bu vəsaitin də 184,1 mln. manatı və ya 43,5 faizi rayon və şəhərlərdə mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsi, kommunal və abadlıq işlərinin həyata keçirilməsi işlərinə yönəldilməsi nəzərdə tutulub. 

Mənzil və kommunal təsərrüfatı xərclərində gələn il təxminən 100 milyon manatlıq bir ixtisar var. Ayrılan 304,2 mln. manatlıq vəsait dövlət büdcəsi xərclərinin 1,8 faizini təşkil edir. Bu pulun 133,9 mln. manatı və ya 44 faizi rayon və şəhərlərdə mənzil təsərrüfatı fəaliyyətinin tənzimlənməsi, kommunal və abadlıq işlərinin həyata keçirilməsi işlərinə yönəldiləcək. 

Ehtiyat fondları icra hakimiyyətlərinin "xidmətindədir”

Keçən ilin dövlət büdcəsində təkcə Bakı şəhərinin yerli xərcləri 243 mln. 597 min manat nəzərdə tutulurdu. Bu vəsaiti paytaxtın 11 rayonuna bərabər şəkildə bölsək, hər rayon üçün 22,1 mln. manat pul deməkdir. Ayrılıqda göstərilməsə də, Binəqədi ərazisi və əhali sayı ilə Bakının ən böyük rayonlarından olduğuna görə, maliyyələşmənin daha çox təşkil etdiyi şübhə yaratmır. Əvvəlki və sonrakı illərdə də rəqəm bu civarda olub. Sadaladıqlarımız rayonlara büdcədən birbaşa ayrılan vəsaitdir. Büdcənin Ehtiyat Fondu və Prezidentin Ehtiyat Fondundan da hər il yerli icra hakimiyyətlərinə milyonlar yönəldilir. Bu pullar demək olar ki, icra başçılarının növbədənkənar xərclərini maliyyələşdirir. 2012-ci ildə büdcənin  Ehtiyat Fonduna 500 mln., Prezidentin Ehtiyat Fonduna 300 mln. manat nəzərdə tutulub. 2013-cü ildə dövlət büdcəsinin Ehtiyat Fondu üçün 343 mln. manat, Prezidentin Ehtiyat Fonduna 347 mln. manat, 2014-cü ildə Prezidentin ehtiyat Fondu üçün dövlət büdcəsinin gəlirlərinin 2 faizi həcmində və ya 367 mln. manat, dövlət büdcəsinin Ehtiyat Fondu üçün isə 343 mln. manat ayrılıb. Keçən il büdcənin Ehtiyat Fonduna 343 mln., Prezidentin Ehtiyat Fonduna 382 mln. manat nəzərdə tutulub. Bu il əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi, baş verməsi ehtimal olunan təbii fəlakətlərin və hadisələrin, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər zəruri tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarına ümumilikdə 385 mln. manat ayrılmışdı. Bu isə əvvəlki illə müqayisədə 340 mln. manat və ya 46,9 faiz azdır. Gələn il bu rəqəm birlikdə 300 mln. manat təşkli edir - dövlət büdcəsinin Ehtiyat Fondu üçün 100 mln., Prezidentin Ehtiyat Fonduna da 200 mln. manat. 

Infrastruktur 260 min adama hesablanıb, 400 min nəfərə xidmət edir

Dövlət Statistika Komitəsi Binəqədi rayonu ərazisində rəsmi 260 600 adamın qeydiyyatda olduğunu bildirir. Lakin Binəqədi Rayon İcra Hakimiyyətinin web-saytında rayon ərazisində faktiki əhalinin sayının 400 min nəfərə yaxın təşkil etdiyi göstərilib. Yəni rəsmi deyiləndən 140 min nəfər artıq əhali var ki, bu da söylənəndən 65,1% çoxdur. Əhali sayının rəsmi göstəriləndən faktiki çox olması təkcə qeydiyyat problemi yaratmır. İnfrastruktur 260 min adama hesablanır, amma 400 min nəfərə xidmət göstərir. Əslində, xidmət göstərə bilmədiyi də göz qabağındadır. Əhali sayının dəqiq olmaması paytaxtın kommunal xidmət keyfiyyətinə mənfi təsir edir. Bu adamların çoxu yeni yerlərdə məskunlaşır, hansı ki, həmin ərazilərin infrastrukturu yoxdur, drenaj sistemi qurulmur, sonradan çəkilən kommunal-kommunikasiya xətləri də əlavə yükdür. Keçən saylarda paytaxtın rayonları içərisində ən çox qanunsuz tikilinin məhz Binəqədidə aparıldığını yazmışdıq. Bu rayonda infrastruktur yox dərəcəsindədir. Sürücüdən tutmuş, ev xanımına qədər hər kəs maklerlik edir, çünki qanunsuz tikililər az qala sakinlərin sayından çoxdur. Məlumata görə 1 mərtəbəli ev tikmək üçün məmurlara 10 min, 2 mərtəbəliyə görə də 20 min rüşvət vermək lazım gəlir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar