Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: “Dövlətin ayırdığı pullar Bodrumda, Antalyada tikilən məmurların villalarına gedir”


Hafiz Hacıyev: “Mənzil və kommunal təsərrüfatı sahəsi də istilik sisteminin yenidən çəkilməsinə, qurulmasına və su, kanalizasiya sistemlərinə ayrılan pulları özləri üçün xərcləyirlər”


“Bu günlərdə prezidentin açılış etdiyi yol, artıq sıradan çıxıb. Bu zaman sual olunur ki, o yolu çəkən insanlar niyə məsuliyyətə cəlb olunmurlar?”

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakının kommunal vəziyyətindəki acınacaqlı durumu PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi son günlərdə havaların yağıntılı keçməsi bir çox gizlinlərini üzə çıxartdı. Məlum olur ki, büdcədən ayrılan vəsitlər heç də tam şəkildə təyinatına görə xərclənmir. Əks halda hava şəraitinin dəyişməsi ilə şəhər suyun altında qalmazdı. Bunun müqabilində dövlət büdcəsində yerli xərclərə ayrılan vəsaitlər kifayət qədər böyükdür. Rəsmi statistik məlumatlara görə də keçən il büdcədən yarım milyard manata qədər vəsait mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılıb. Amma Bakının kommunal vəziyyəti acınacaqlı durumdadı. Bəs buna görə kimlər məsuliyyət daşımalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib. Partiya sədri qeyd edib ki, dövlətin ayırdığı pulun çox cuzi hissəsi ilə keyfiyyətsiz işlər görürlər. Görülən o keyfiyyətsiz işlər də bu gün göz qabağındadır. Bu cür işlərdən sonra da ölkədə böyük korrupsiya karseli işə düşür:


Hafiz Hacıyev: 
Azərbaycanda kommunal sahələrə ayrılan pulların hamısı ciblərə gedir”.


“Bu gün Azərbaycanda kommunal sahələrə ayrılan pulların hamısı ciblərə gedir. Yəni dövlət başçısı pul ayırı ki, xalqın güzaranı yaxşı olsun, amma ayrılan pulları o sahəyə rəhbərlik edən şəxslər mənimsəyirlər. Yəni o pullarla Bodrumda, Antalyada tikilən məmurların villalarına gedir. Prezidentin ayırdığı pullar lazım olan işlər üçün xərclənsəydi bu gün də xalqımız bu vəziyyətlə üzləşməzdi. Dövlətin ayırdığı pulların yeyilməsi halları da faktlarla sübut olunub. Bunların da hamısı kifayət qədər ciddi məsələdir. Mənzil və kommunal təsərrüfatı sahəsi də istilik sisteminin yenidən çəkilməsinə, qurulmasına və su, kanalizasiya sistemlərinə ayrılan pulları özləri üçün xərcləyirlər. Pulun çox cuzi hissəsi ilə keyfiyyətsiz işlər görürlər. Görülən o keyfiyyətsiz işlər də bu gün göz qabağındadır. Bu cür işlərdən sonra da ölkədə böyük korrupsiya karseli işə düşür.

Cənab prezident Müstəqillik Günündə çıxışı zamanı da qeyd etdi ki, korrupsiya bizim bəlamıza çevrilib. Korrupsiyanı da edən prezidentin ətrafında oturan “qocalar evi”dir. Bu “qocalar evi”ndə oturan adamların hamısı bir-biriylə şərikdir. Onlar bu cür korrupsiya ilə məşğuldurlar. Məsələn Hesablama Palatası var, bu palata gedir guya ki, nəyisə yoxlayır, amma gedib pulun alır gəlir. O cümlədən də bu cür qurumlar çoxdur. Bu qurumlardan biri də  mənzil və kommunal təsərrüfatı sahəsidir ki, bu qurum da acınacaqlı vəziyyətdədir. Bu gün millətin ən çox narazı qaldığı sahələrdən biri məhz mənzil və kommunal təsərrüfatı sahəsidir. Çünki bu sahədə olan insanlar da ancaq öz mənfəətləri üçün çalışırlar. Amma bu günə qədər onların heç biri məsuliyyətinə cəlb olunmayıb.


Hafzi Hacıyev: “Ziya Məmmədovun milyardlar xərclədiyi yollar bu gün bərbad vəziyyətdədir”.


Biz partiya olaraq bu məsələni dəfələrlə müzakirə etmişik və öz təkliflərimizi “qocalar evi”nə göndərmişik. Amma çox təəssüflər olsun ki, göndərdiyimiz təkliflər şöbədən o tərəfə keçməyib. Çünki bizim “qocalar evi” özlərin çox ağıllı hesab edirlər, amma gördüyümüz kimi onların o qədər də ağılları yoxdur. Onlara görə ölkəmiz günü-gündən tənəzzülə uğrayır. Qış qapımızı kəsməmiş mənzil və kommunal təsərrüfatı sahəsinəki vəziyyət gərginləşib. 

Bu günlərdə prezidentin açılış etdiyi yol, artıq sıradan çıxıb. Bu zaman sual olunur ki, o yolu çəkən insanlar niyə məsuliyyətə cəlb olunmurlar? Ziya Məmmədovun milyardlar xərclədiyi yollar bu gün bərbad vəziyyətdədir. O cümlədən də Bakının kanalizasiya sisteminə milyardlarla pul xərclənib, amma bu gün Bakıda kanalizasiya sistemləri demək olar ki, yoxdur. Mən düşünürəm ki, prezidentin bu sahəyə baxan adamları təcili tədbirlər görməlidirlər. Bu gün prezidentə qarşı böyük bir anti-prezident koalisiyası yaranıb. Bu anti-prezident koalisiyası da prezidentə böyük xəyanətlər etməyə başlayıblar. Onlar ancaq düşünürlər ki, bütün sahələrdən xalqı narazı salsınlar. Çünki bu zaman xalq deyəcək ki, bəs prezident hara baxır. Əgər təcili tədbirlər görülməsə xalqın bu qəzəbinin qarşısın ala bilməyəcəklər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar