Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qara bazar”ın qara günləri: iki bank rəhbəri nəyə qurban getdi?

Azərbaycanda iki bank rəhbərinin işdən çıxarılmasının səbəbləri məlum olub


Qafqazinfo.az saytı Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovun işdən çıxarılmasının səbəbinin xarici valyutanın “qara bazar”a buraxılması olduğunu yazıb. 

Lent.az məsələ ilə bağlı daha təfərrüatlı məlumatlar əldə edib.
 
Məlumata görə, təkcə Beynəlxalq Bankın sədri deyil, Azər-Türk Bankın bu il dekabrın 2-də vəzifəsini itirən rəhbəri Fərhad Adıgözəlov da “qara bazar”a külli miqdarda valyuta buraxılması və banklarda xarici valyuta qıtlığının yaradılması ilə bağlı işdən uzaqlaşdırılıblar.
 
Həmçinin bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası uzun zamandan bəri “qara bazar”ı formalaşdıran amillərlə bağlı araşdırma aparırmış. Araşdırmalar nəticəsində xarici valyuta qıtlığının “qara bazar” səbəbindən baş verməsi və bu işdə əksərən Beynəlxalq Bank və Azər-Türk Bankın rol oynadığı müəyyənləşdirilib. Bununla bağlı hər iki bankın rəhbərinə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilib. Bəzi məlumatlara görə, hətta onlar hüquq mühafizə orqanlarına da dəvət ediliblər. Lakin uyğun nəticə çıxarılmadığına görə, hər iki şəxs işdə uzaqlaşdırılıb.
 
Qeyd edək ki, son günlər bəzi dövlət rəsmiləri və millət vəkilləri ölkənin valyuta bazarında yaranmış duruma görə “qara bazar”ı gücləndirən səbəblərdən şikayət etmişdilər.
 
Aparılan işlər yaxın zamanlarda “qara bazar”ın fəaliyyətinin dayandırılmasının mümkünlüyündən xəbər verir.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar