Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər” – Həftənin sitatları


Tahir İmanov: “Sənətkarlarımımzın əksəriyyəti simasız qorxaqdır. Onlar ancaq onun-bunun arxasınca danışanda, öz şəxsi qarderobunu müzakirə edəndə, kreditlə hansı maşını aldığını açıqlayanda qorxmurlar. Millətinə, vətəninə, dövlətə və dövlətçiliyə aid bir məsələ ortalığa çıxanda hamı bir nəfər kimi susur. Təəssüflər olsun!”.


Səxavət Əlisoy: “Təxmini araşdırmaya görə Azərbaycanda hər 100 nəfərdən: 3-ü şair, 2-i müğənni, 1-i meyxanaçı, 1-i filosof, 50-i alverçi, 15-i sərgərdan, 1-i dəllək, 1-i moşennik, 2-i vəzifəli, 20-i yaltaq, 2-i işverən, 1-i dəli, 1-i gerizəkalıdır”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr tərəfindən qərar qəbul ediləcəyi halda, Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”.

ABŞ prezidenti Donald Tramp: “Mən intizamı sevirəm. İşin lazımi şəkildə icra edildiyini sevirəm. Almanlar bununla ad çıxardıb. Lakin mən də intizamı və gücü sevirəm”.

Rusiya xarici işlər naziri Sergey Lavrov: “Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil/ Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır”.

Rusiya prezidenti  Vladimir Putin: “Trampı buna dünyadakı ən peşəkar fahişələrin məhz Moskvada olması şirnikləndirə bilərdi”.

Tanınmış jurnalist Azər Sarıyev: “Bizi bilsəydilər, ölməzdilər, şəhidliyin gözəlliyini fərq etsəydilər, belə..”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Türkiyə müdafiə mövqeyini tərk edərək hücum mövqeyinə keçib. Təhdidin mənbəyi haradadırsa, orada ilanın başını əzməyə qərarlıyıq. Suriyadakı əməliyyatlarımızın məqsədi də budur. Terror təşkilatları ilə mübarizəmizi artıq bu məqsədlə davam etdiririk”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “İpək Yolu təkcə şirkətləri, ölkələri yox, həm də insanları birləşdirəcək”.

Amerikanın yeni prezidenti Donald Tramp: “Röyalarımızı geri gətirəcəyik, radikal islamı dünya üzərindən yox edəcəyik”.

Jurnalist Anar Gəraylı: Donald Trampın çıxışını Ərdoğn yazıb elə bil”.

Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurts:Rusiya mövcud böhranların sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa kömək göstərilməsi məsələsində həlledici rol oynaya bilər”.

Bakı meri Hacıbala Abutalıbov: “Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. Amma siz jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb. Yaxşı oldu ki, Zabratın subasmasını görmədiz, amma mən gördüm. Getmişdik ora, sadəcə arxı qazdıq, gölə ötürdük. Bununla da su məsələsi qurtardı. İnsanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işindən beş dəqiqəliyə ayrılıb arxı açardı, nə olardı ki?”.

İran prezidenti  Həsən Ruhani: “Nüvə proqramına dair sənəd imzalanmasaydı, ölkə neft satışında və büdcənin təminində problemlə üzləşəcəkdi. Biz HBFP razılaşması ilə dünyaya sübut etdik ki, İran xalqı və sistemi haqlı tərəfdir. Bu sistemə böhtan atanlar bu gün dünya tarixi qarşısında başı aşağı olmalıdır”.

Qafqaz Müsəlmanları sədrinin müavini Fuad Nurullayev: “Şəhidlərin o qanlı paltarları saxlanıldı, bu gün də saxlanılır. Çünki bu, bir tarixdir. O zaman şəhidlərin doğulduqları rayonlarda dəfn edilməsi istənilirdi. Rejim rəhbərləri istəyirdilər ki, şəhidlər müxtəlif rayonlarda dəfn olunsunlar, bu faciə də ört-basdır edilsin. Ancaq şəhidlərin köhnə Çəmbərəkənd qəbiristanlığında dəfninə nail olundu. O qəbiristanlıqda əsrin əvvəlində ermənilərin qətlə yetirdiyi insanlarımız dəfn edilmişdi”.

Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov: “Mən Azərbaycanın baş prokuroru olduğum dövrdə 20 yanvarla bağlı cinayət işi açılmışdı. Məsələ Milli Məclisdə müzakirə olunurdu. İclas dövlət televiziyası ilə canlı yayınlanırdı. Mən Artur Rasizadənin məlum məktubunu müzakirələrə təqdim etdim. Məktubun mətni də yadımdadır. Azərbaycanın hazırkı baş naziri SSRİ-nin daxili işlər nazirinə ünvanladığı məktubda bildirirdi ki, Sumqayıtda erməniləri öldürürlər, bunun qarşısını almaq üçün Azərbaycana SSRİ qoşunları yeridilsin... Əsl Heydər Əliyev tərəfdarları isə kənarda qalıblar”.

Jurnalist Anar Gəraylı: “Rəhmətlik İsmayıl Şıxlının sözlərindən belə çıxır ki, SSRİ Qorbaçova qədər qanadsız mələklər tərəfindən idarə olunurdu, Qorbaçov gəldi SSRİ-ni faşist elədi”.

Deputat Zahid Oruc: Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun o müsahibəsinin zərəri yağışın fəsadlarından daha böyükdür”.

Köşə yazarı, jurnalist Zamin Hacı:Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsində qurban getmiş insanların xatirəsi şəxsən mənim üçün olduqca əzizdir, onların qəbrini ziyarətə getməyə belə utanıram. Çünki həqiqətlər aşkar edilməyib, onların yolunda həlak olduğu dəyərlərin indiki Azərbaycanda izi-tozu belə yoxdur. SSRİ bir faşist dövləti idi, faşistlər isə indiyəcən ortalıqda keflə gəzirlər”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu: “Lavrovun açıqlaması göstərdi ki, Qarabağ probleminin həllini istəməyən və ona imkan verməyən, elə bu rpoblemi yaradan da Rusiyadır”.

Jurnalist Zaur Əhməd: “Görəsən Lavrova sual versəm, "yumurta birinci yaranıb, yoxsa toyuq?" neyləyər mənə?..”.

Politoloq Şahin Cəfərli: “Problemi yaradan, həllinə imkan verməyən, işğalçını himayə edən dövlətə milyardlarla dollar pul ödəyir və ondan asılılığımızı gücləndiririk”.

Rusiya xarici işlər naziri Sergey Lavrov: “Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda AzərbaycanErmənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması məsələsi ilə bağlı ATƏT daxilində konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”. 

Musavat.com saytının redaktoru, tanınmış jurnalist Xalid Kazımlı: “Jurnalistimiz 40 ilin başında bir babat sual verdi, vurub işdən çıxardılar... ”.

“Yeni çağ.az” saytının baş redaktoru Aqil Ələsgər: “Lavrov Məmmədyarovun o çox sərt cavabından o qədər sarsılıb ki, son sözu “abi, bana nasıl kıydın”, olub və xəstəxanaya qaldırılıb. Hazırda isə Rusiya XİN-i Çindən uyğur dilli mütəxəssislər dəvət edərək, Elmar müəllimin çıxışındakı gizli mesajın kodlarını çözməyə çalışırlar”.

Deputat Sədaqət Vəliyeva: “Kim nə deyir desin, Azərbaycan xalqı amerikalılardan da, avropalılardan da yaxşı yaşayır”.

Əməkdar artist Tahir İmanov: “Sənətkarlarımımzın əksəriyyəti simasız qorxaqdır. Onlar ancaq onun-bunun arxasınca danışanda, öz şəxsi qarderobunu müzakirə edəndə, kreditlə hansı maşını aldığını açıqlayanda qorxmurlar. Millətinə, vətəninə, dövlətə və dövlətçiliyə aid bir məsələ ortalığa çıxanda hamı bir nəfər kimi susur. Təəssüflər olsun!”.

Psixoloq Dəyanət Rzayev: “Biz əgər Norveç və ya Finlandiyadakı intihar səbəblərini araşdırsaq görərik ki, bu, daha çox tənhalıqdan, bir-birilərinə qarşı olan soyuqluqdan irəli gəlir. Bizdə isə əksinədir. Biz tənhalıqdan yox, çox ünsiyyətdən əziyyət çəkirik. İntiharların başvermə səbəbi daha çox ümidsizlik və maddi durumla bağlıdır. Bizdə münasibətlər normal qurulmayıb, neytrallıq da yoxdur. Hərdən baxırıq ki, insanı elə şeylərə görə qınayırlar ki, bu onu depressiyaya aparır”.

“Recep İvedik 5” filminin müəllifi Şahan Gökbahar: “Məmnunluqla filmimdən bu səhnəni çıxarıram. Bu həm qardaşlığımın, dostluğumun mərd bir sübutu olsun, həm də pis niyyətlə filmin üzərinə getmək istəyən insanların oyunu pozulmuş olsun”.

Millət vəkili Musa Quliyev: “Kim deyir ki, intiharların yoxsulluqla da əlaqəsi yoxdur? Yoxsulluq səbəblərdən biridir, ancaq birinci yerdə dayanmır. Əsas məsələ psixoloji problemlərin olmasıdır. İndi hər bir yoxsul adam gedib özünü asmır ki? Onların içində elələri var ki, psixoloji cəhətdən ayrıca problemləri var. Ona kömək edən yoxdur. Elə olsa, Hindistan əhalisinin yarıdan çoxu yoxsuldur, ancaq ən az intihar da orada baş verir”.

Politoloq İlham İsmayıl: “Lavrov bilir ki, daşdan səs çıxar, Azərbaycan rəsmilərindən etiraz çıxmaz, çünki bilir ki, Ermənistan rəsmilərinin qorxmadığından Azərbaycan rəsmiləri qorxur. Qeyri rəsmilər, yəni xalq da rəsmilərdən qorxur. Millətin rəsmiləri və qeyri-rəsmiləri qorxu içindədirsə, Qarabağ necə qayıda bilər?!”.

Jurnalist Anar Gəraylı: “Afrikadakı dövlətlərin hamısı 4-5 holdinqindi yəqin ki. Birinin başçısı işdən çıxmayanda o biri dövlətin ordusunu salıb çıxardır holdinqin prezidenti”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şaban: “İqtisadiyyat düzgün idarə olunsaydı orta azərbaycanlının 1000 dollar əmək haqqı olardı”.

Jurnalist, media meneceri Samir Ismayil: “Holliwood ötən il Çinə 2 ədəd mult-filmi cəmi-cümlətanı $300 mln.satıb”.

Politoloq Arzu Nağıyev: Rusiya son vaxtlar Suriya münaqişəsinin həllində müəyyən problemlərlə üzləşdiyinə görə Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirib”.

Politoloq Nəsimi Məmmədli:Azərbaycan hökuməti Rusiyanın Qarabağla bağlı ssenarisində rol almaqdan imtina etməlidir”.

Vəkil Aslan İsmayılov:Elmar Məmmədyarovun Lavrova cavabın qəhrəmanlıq kimi təqdim etmək lazım deyil, bu onun elementar vəzifə borcudur. Lavrova gəldikdə isə, axı başqa cür ola da bilməzdi. Bu yaxınlarda eyni addımı atmış Filipp Kirkoryanın, Soso Pavliaşvilinin Bakıda təmtəraqlı konsertlərini təşkil edən, reklamlarını yayan, konsertində əl çalan biz özümüz deyildikmi? Yoxsa aprel döyüşlərindən ayılmamış Ramazzottinin konsertində obyektivlərə poz verən biz deyildik?”.

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Hey jurnalistlər, eşitdiz bundan sonra yağış yağanda tökülüşün şəhərin küçələrinə arx açın. Hələ imkan edib, “iş başında” selfi də çəkdirin, paylaşın. O boooyda mer Zabratda arx aça bilir, siz yox? Vətənə, millətə xeyirli vətəndaş olmağın yolu jurnalistlikdən yox, arxdan keçir! Mer nə deyirsə, düz deyir!”.

Müasir Müavat Partiyasının sədri Hafiz Hacıyev: “Lavrovun Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işi deyil, deyə bilməsində bir nömrəli günahkar Xarici İşlər Nazirliyi və Elmar Məmmədyarovdur”.

Politoloq Şahin Cəfərli: “Hərbi ekspertlər deyir ki, Rusiya bizə verdiyi bəzi müasir hərbi sistemləri istədiyi vaxt yararsız hala gətirmək, “rubilnikdən söndürmək” imkanına malikdir”.

Tanınmış jurnalist Azər Sarıyev: “Nə düşmüsünüz rus xalqının erməni oğlunun üstünə? Guya onun dediklərini indiyə qədər bilmirdik? Rusiyanı indi tanıyırsınız? Yeri gəlmişkən, sabah 20 yanvardır”.

Müğənni Teymur Əmrah: “Sən də mənim kimi adama oxşamırsan”.

PİA.AZ-ın əməkdaşı Nərminə Umudlu: “Hacıbala müəllim deyir ki, yağış yağanda Binəqədidə balaca gölməçələr yaranmışdı və o balaca gölməçələr də iki günə quruduldu.Görünür Hacıbala müəllim gölməçəylə dənizin ya da günlə ayın arasında nə qədər fərq var, bilmir.”

Jurnalist Zaur Əhməd: “Sel gələ, mən də arx açam, Hacıbəlanı sel apara. Sonra da oxuyam: Apardı sellər....”.

“Azvision.az “saytının baş redaktoru Vüsal Məmmədov: “Hörmətli ilahiyyatçı Elşad Mirinin yazdığı son statusdan belə məlum olur ki, qadınlar heyz (menstruasiya) halında namaz qıla bilər, oruc tuta bilər, quran oxuya bilər... Valla mən heç, mən kafir mürtəd ateistəm, siz islamı bu ilahiyyatçılardan qoruyun. Özüm ölüm, başınız bizə qarışıb, dininiz əldən gedir”.

Yazar Kənan Hacı: “İntiharı sonuncu güllə kimi özümü vurmaqdan ötrü saxlamışam”.

Müsavat Partiyasının keçmiş üzvü Səxavət Əlisoy: “Təxmini araşdırmaya görə Azərbaycanda hər 100 nəfərdən: 3-ü şair, 2-i müğənni, 1-i meyxanaçı, 1-i filosof, 50-i alverçi, 15-i sərgərdan, 1-i dəllək, 1-i moşennik, 2-i vəzifəli, 20-i yaltaq, 2-i işverən, 1-i dəli, 1-i gerizəkalıdır”.

Deputat Vahid Əhmədov: “Ötən ilin sonlarında yoldaşımla Türkiyəyə getmişdik, özü də biznes-klassla. Sonra elə oldu ki, iki gün gecikəsi oldum. AZAL-ın Türkiyədə nümayəndəliyi var, ora müraciət edəndə dedilər ki, bizlik deyil, biz biletləri dəyişə bilmərik, haradan almısınız, orada da müraciət edin…Bu nə deməkdir, nə özbaşınalıqdır? Bütün bunlar AZAL-ın monopolist olmasından irəli gəlir. Çünki başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır, nəticədə də bu cür problemlər, narazılıqlar yaşanır”.

Keçmiş deputat Hacı Qalib Salahzadə: “Məgər Həcc ziyarətinə getmək hər adama nəsib olur?! Bu, elə bir səfərdir ki, gərək Allah onu insana qismət etsin. Bu il də Allah qismət etsə, Həcc ziyarətinə gedəcəm. Heç vaxt 500, ya da 550 dollara görə ziyarətimi təxirə salmaram. Pulun çox olmasının önəmi yoxdur. Əsas odur ki, Allah bunu qismət etsin”.

“Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgər: “İnternetim aktiv olan kimi ciddi-ciddi xalalardan, dayılardan, əmiqızılardan, bibiqızılardan bu mesaj gəlir: "Bu gece ay saat 4 e islemis kebenin etrafinda donecek goyun uzu mavi reng olacag bu anda butun dualar qebul olur bu yüz ilden bir olur ve 12 nefere gondermelisen ici men qarisigli". Allah bunu ilk yazıb, milləti girinc-giriftar edənə savad verməyib ki, doğru-düzgün yazsın, siz də bu zəncirli kimdirsə, düşmüsünüz, onun dalınca. Danışanda müasirlikdən danışıb, müsəlmanları bəyənmirsiniz, amma bilin ki, Allahını tanıyan, Quran və hədis işığında İslamı yaşayan heç bir müsəlman bu xurafatlara inanmaz! Qeyd: Bir də hansınız bu mesajı mənə göndərsə, adını açıqlayacağam”.

Politoloq Şahin Cəfərli:AXCP və Müsavat Trampa məsləhət görüblər ki, vətəndaş müharibəsinə yol verməmək üçün Vaşinqtonu tərk etsin”.

Deputat Əli Məsimli:Azərbaycan aviasiyası, “AZAL” monopolistdir. Bunun qarşısı alınnmalıdır. Azərbaycan aviasiyası, “AZALAzərbaycan iqtisadiyyatına, büdcəyə əlavə yükdür”.

“Yeni Çağ.az” saytının baş redaktoru Aqil Ələsgər: “Ey müəlliminə bənnalıq, jurnalistinə arx açmaq təklif olunan, rus bazarında adı “otxod”a çıxan vətən oğlu, nə var, nə yox? Bir şey-mişey çıxır? Ayağını yorğanına görə uzadıb, az yeyib forma saxlaya bilirsənmi?”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı:  “Mer seçki ilə seçilsəydi, onun ağlına belə bir şey demək gəlməzdi. Çünki onu mütləq bütün mediada biabır edəcəkdilər və növbəti dəfə də seçilməyəcəkdi. Amma Hacıbala müəllim jurnalistlərdən və ya ictimai rəydən asılı deyil. Ürəyi nə istəyir onu da söyləyə bilir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu: “Aydındır ki, Lavrov Qarabağ məsələsi ilə bağlı qapalı görüşlərdə məhz Anara verdiyi cavab konteksində çıxışlar edir, sadəcə bizim bundan xəbərimiz olmayıb. Anarın sualı bizə imkan verdi ki, Lavrovun qapalı görüşlərdə nə dediyini bilək”.

“Azvision.az “saytının baş redaktoru Vüsal Məmmədov: “Şəbnəm Tovuzlu işə başlayandan 5 ay sonra maşın alıb, indiyə qədər 8 bahalı maşın dəyişib. Bəs sən həyatda nəyə nail olmusan?”.

Müğənni Teymur Əmrah: “Allah sənə gözəllik verməyib, amma gözəl səs verib. Bir 10 kilo kökəl, efirlərə çıx. Səhnəyə yaraşarsan”.

Musavat.com saytının redaktoru, tanınmış jurnalist Xalid Kazımlı: “Böyük imperiyaların çöküşü zamanı faciə nərə çəkə-çəkə xalqların üstünə gəlir, onun qabağından çox qaçmaq tamam yox olmağa səbəb olur, mütləq bir yerdə dayanıb, dirənib, qurban vermək lazım gəlir. 20 Yanvar o dirənişin nəticəsiydi”.

Jurnalist Pərvin Kazımoğlu: “2-3 il əvvəl bekarçılıqdan bığ saxlayıb güzgüdə özümüzə baxıb gülürdük. Nə vecimizə, neft 120 dollar, dollar 0.78 qəpik. Vur çatlasın, çal oynasın... Devalvasiya bizi elə günə qoydu ki, bığ da yaddan çıxdı, saqqal da..”.

“Yeni Çağ.az” saytının baş redaktoru Aqil Ələsgər: “Həcibəla müəllimdən jurnalistlərə super məsləhətlərə qulaq asın: Arx çəkin, kanalizasiya açın, qarda yerə duz səpin, elektrik xəttlərini, yollardakı nişanları ağardın, qır qarışdırın, sabun bişirin, jmıx yeyin. Nooolaar??? Adam aləmdi, aləm. Qadası olsun, Hadı Rəcəblinin ürəyinə”.

Xalq şairi Musa Yaqub: “İnsanlara, heç olmasa, ümid vermək lazımdır ki, ideyalarını, elmini, kitabını, mədəniyyətini yaşatsın, irəli aparsın. Sovet dövründə mədəniyyətə diqqət ayrılırdı. İndi fikir verən yoxdur. Mədəniyyəti yaddan çıxarmaq olmaz, onu maddiyyata dəyişmək fəsad törədər. Bu cəhətdən vətən üçün narahatam”.

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Samir Əliyev: “Əvvəl də demişəm indi də deyirəm ki, yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şaban: “İqtisadiyyat düzgün idarə olunsaydı orta azərbaycanlının 1000 dollar əmək haqqı olardı”.

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Maraqlıdır ki, səfirimiz Polad Bülbüloğlunun "təxribatçı sual" verməkdə ittiham etdiyi jurnalistimiz Anar Həsənov niyə danışmır? Qeyri-vaxt həmrəylik yoxdur deyirik, amma ictimai sektorda insanların çoxu jurnalistimizi müdafiə edir. Bu qədər dəstək varkən jurnalistin susmağı maraq doğurur. Bəlkə də susdurublar, amma verdiyi sual əla idi”.

“Azvision.az “saytının baş redaktoru Vüsal Məmmədov: “Özüm ölüm, Melania Tramp qəşəng-zad deyil...Eynək taxmadığı üçün gözünü qıyıb baxan ibtidai sinif müəlliməsinə oxşayır. Bir az da tülküyə”.

Tanınmış jurnalist Azər Sarıyev: “Müəllim: 1918-ci ildə ingilislər Bakını niyə tərk etdi? Şagird: Gördülər ki, düzəldə bilməyəcəklər, çıxıb getdilər”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar