Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The News”: “Bu cinayətlər bütün bəşəriyyətə qarşı yönəlib”


“Ermənistanın Xocalı qətliamına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır”


Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilis dilli mətbu orqanı olan “The News” qəzetində baş redaktor Tereza Marqolisin Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş məqaləsi dərc olunub.

Müəllif “Qətliamı xatırlayaraq” sərlövhəli məqaləsində Xocalı qətliamını yaxın tarixin ən fəlakətli və faciəvi hadisəsi adlandırır. Təəssüflə qeyd edir ki, Xocalı adlanan bütöv bir şəhərin və onun günahsız sakinlərinin bir gecənin içində yer üzündən silinərək məhv edilməsinin Azərbaycan xalqı üçün daim yadda qalan dəhşətli xatirə olduğu bir zamanda müasir tarixi əsər və nəşrlərdə bu faciəyə lazımlı diqqət ayrılmır.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini tamamilə məhv etdikləri, yüzlərlə günahsız insanı, o cümlədən uşaq, yaşlı və qadınların qəddarcasına qətlə yetirildiyi, minlərlə həmvətənlərimizin girov götürüldüyü qeyd olunur. 56 nəfərin xüsusi qəddarlıqla öldürüldüyündən və burada törədilmiş digər misli görünməmiş vəhşiliklərdən bəhs edilir.

Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş bu cinayətlər bütün bəşəriyyətə qarşı yönəlib. Belə ki, Erməni silahlı qüvvələrinin yeganə məqsədi bu şəhərin və onun əhalisinin yer üzündən silinməsi olub.

Müəllif Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirdiyini qeyd edərək, həmin tədbirə Meksika mətbuatı və yerli insan hüquqları qrupları tərəfindən lazımı qədər diqqət ayrılmadığından narazılığını bildirir.

Məqalədə Ermənistanın Xocalı qətliamına görə cavab verməsinə nail olmaq üçün dünya ictimaiyyətinin qətiyyətli mövqe tutmalı olduğu vurğulanır.

Sonda beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və oradan qovulmuş bir milyondan çox azərbaycanlının doğma yurdlarına qaytarılması barədə tələblərinə və beynəlxalq hüquq normalarına Ermənistanın məhəl qoymadığı bildirilir.  (Azərtac)

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar