Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gərginləşən ABŞ-İran münasibətləri: Savaşın qapıları açılırmı?


Politoloq: “ABŞ-ın bu gün Şimali Koreya rejimi ilə çox kəskin münasibətdə olması bölgədə hər an böyük bir savaşın baş verəcəyinə səbəb ola bilər”


 “ABŞ hələlik psixoloji və informasiya savaşlarla İranın yeni raketlərin yaradılması və sınaqların keçirilməsi məsələsindən  vaz keçməsini təmin edir”.

Bu sözləri politoloq Natiq Miri ABŞ-İran münasibətlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar ABŞ-ın İrana qarşı böyük koalisiya yaratmaq cəhdləri görünməkdədir. Belə ki, ABŞ prezidenti Donald Tramp, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis islam respublikasını nüvə sazişinin şərtlərinə əməl etməməkdə ittiham edir və bölgədəki hərc-mərcliyin əsas günahkarı adlandırırlar. Pentaqonun rəhbəri Ceyms Mettisin  ötən həftə Yaxın Şərq ölkələrinə səfərləri də göstərir ki, Tramp adminstrasiyası İranla müharibəyə hazırlaşır. 

Gərginləşən ABŞ-İran münasibətlərinin müharibəyə qədər inkişafı mümkündürmü və bu gərginlik Suriya da daxil olmaqla Yaxın və Orta Şərqə necə təsir edə bilər? ABŞ-İran münasibətləri konstektində Rusiyanın İranın müttəfiqi kimi ABŞ-a qarşı çıxma ehtimalı nə qədərdir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.

ADPnUcnAbT13jgt8nrpCUe85Tsr2rXFnw3GSqBcDXK3W06sXEgYrEWgubx7QN+ekxuIY6nRRqlRgtNBdieUyxKw75ccwFCgD8LF6jeZXQfcyjD7S957tmTCrlXbxG/ERr+EbCV5icdUqOXqMWY82JJkTDWCRARJjR49oQwjkRwI8oiMJTGqrBpmFG8srue474dY4Zj8Nf4k8qot9xp8pWxEycBi2pVFddGRldT0KkH9JYPUHEuCUcVTtUHxAaNzH+kr3jPZathmJFynJh08533ZjioxGGp1gdKihj5N+Ye83mUEWOo6eU51mO87sqk0xzjSKrxc7WJPqJ3XarsxSymojLTPRvw3/AEnM4Th+Fw+WpWrrUzNolGxFhvduQHUzP4PRPb6ZnB+yJrIK+KJtYlaY6DmTKs7dU1GNrKihVUhQBysJ6Aw3HcNiqV8PUUhRYrsyi3NZ577YNfG1z/7rj20mkzJHl1q6rnRpDBiqLGEINYcjBktoDExrQrRpRPw7FmjWp1QdUYH5ag/Qn3l9rUzqp5EXHzE89usursli/FwdNr/kynyIMlG5y3EYGA50EAMfKQdIp1lOd8GNVsalMG5pUrHyZjf7AS4b6jqNZ567b0qq8QreIDc1HIJ2KXIW3laBpojGhCdAQI9oRiMIaKPFaQRvIlW0nIg2hTiCZIsYiEXB3L8aulTCsdVPip6GwYD52Pzlr1sUtOk1RzZEUsT0A3+c8x9j+LHC4yjVB0Woob/hsQG+mvynpV8MlWllcBqbixU6gqddZ1aqo+P9qjja1jpRGoSm5p1hTOlsrHKzNp1ml4oSpcNcPlHiWUUaqrbKKSpcJU2F9L6zs+2nYBERq+FW6qc7UtT+FbDJz87TgsVVz0lGYs6Er4dTUlyNatN9OmxhFgd2PBimFbEuLNXay2vZaK7AA7C95VPaz/1uItsMRVHs5H6T0TwWiqYCii7LQT3y3+5nm3jT5sRWb+rEV296jGKrXwTpCvFIAkkECKAcYwhBcwAYyze7Fz/DProH9idTKwI2HqZ3PdlirVKlLkyhreYkqLH1Pyit5Q1NvaNeRXQAayou+miRXoOLZTTdfMkG+st8DUSi+9Wu54k6v+FFQIOQUi9/e8DkUYH1kgEgKyWm3vKgrR44ivylAxxHIgmAmEAyUQWEihEcRrRxAQNvcfrPR/d5xg4jhtE3u9MeC3XMgG/ytPOEtTuU4uKb16J2KeMOeq6NYemsqLD7W8U/hsK7GoiuUJRWbLmtvtqbX25ylMNer49Owc1MrBQpvZDmZ0vqijW/W06jtbxR6rEvlpuv8sAfzaxpOunwm6qNtd/i8pyfAHAaozMUUoyu4+J7lSBTXUXBNrnlrKLzwWNVuG06q/hOH05/hBA9dp5qxL3Zj1Zj7kmXvwPFZ+DUwLXSnWVgpuAy5rgeUoWp+piiMxjCIitIphBDawm0kdKQTCA5hyE6mVDjUzoOxeNFLGpm0D3S/Qnac+D7feOtSzg/06+lpB6BYfaNpMLhGKFSgj3BzIvvaZwIkVv1bWUR3p4nPxOoP6FSn8wtz9SZcHaXjSYPDPXe3w6Kv9VQ7D99J584nxB8RWatUPx1Czt6mX/RAgh5bwFMkVpaGzHnGduckddPSQ5oEyxjAoNykhEIQiMYGPCmjWhRQEBOi7B8R/h+IUKmwNQU281f4fuR7TnlEcuQQRoQbg9CNoRZ3eFw7+GxBRBalXW4FMeHm1BDVankxt6WnPdnsOQHqLYfC6+KQQqMVbNSprbVjsD5y0e2uCGM4ZRxCpnKU0q2vlzIwF726aH5Tiey/Dmr1CqlWYrZqhsKa09ATh1tq41BPnA6fsnw00eHEEFS61myG90vdQp6kADWUlUXU+pnprF4QU6JUD4UpMBzNlW+p5meaK+59T94VBaICOY14EOIaPTGkhZrtJxIgmMx1MKq0SWHrKC29eUa2kS9Tv8AaOJB1HYbtKaFQUqh/k1Dpf8AIx2PpLWZgdh02nn8H4vTn0necJ7aGnQRG1ZFy36gaD6WkV0HfQrfw9HfL4xv65TaVFeW5304wClRpfmeo1T+1Rb9RKmCAyhkk6iAtPzjnTn9JRIZjVLQmJO14wBHIQgKb6+cybzEF80ylgMYQiMaFPFGigPeOvKDaSjlA9Ed2WIFbhFFW1yipRI8g7AD2tG7LdmhhqtVyzH4iqLbKlKnmzEUx0Nxc87TR9yGJLYSrT/3dbN6Bx/2yxSNZEYHHTlw1U8xSqj/AJTPMFSel+1Z/wDB1R0oV2PyRp5nqHWVUcjrNYQ7zHxTcpBDS3mTIaS2hM8qI6jawlJMjsTtJ6S6ayB1SIg7DaSXjZYAAco7NDtMdr3lg7LvU4iavEWX8tFVpj1sCfqfpOXRdJNxjE+LiKlQ/nqs3uTMaSfipQIxHWCrmSDWVAWHSM0Nx7SB4DKb3kgMhQWkgkBkxoopVK8eNEIBAyVDIhDAgWV3ScUaimMyDM3gpVA1/LmF/wDmlkdkuI1qyv4jrVRWTLUCeFmzC7KF8jpeVV3O4jLxAr/vaDD/AC2P6S9VQKBYWFugEg0fbNrYHEt0wuI/+tp5ocz0Z3jVsnDcSetPJ/mIH6zzkxlDXkNYyQm0gqGERloJMRaPRplmCjckCQMjyZXMjxGHam5R1KsORFtOsdrgQJg0MGQ00IteT5oAm8A36ScWjSqife/neJTGvGAkn4VkEiAa3SJKPUw8oEqGzn0EhqN0hsL84LiFDTEMQALQpKg7xrxrwGaBJmjqZCtzJ1W0oJZIIIhCB1ndbWy8Vof4hVT5spE9EMNp5d7M43wMdh6pBtTrKSBuRtYe89O4XGJWRaiG6sDbkbg2II5GRXAd8WJy4DKN6ldR6qFYn9JRJMt3vwxY/kUb7CrVP/SJUA//AGUBVaROY7GAxkQBnRdheGmtil0+EEE/Lf8ASc6TLW7puG5aT1SNSQoP1Mig70uFJ4AxAW1SmyISLfEh0195WaNLi7zh/wCXt/xKX/VKZEsRMakLP5THAkgNoEwf0j3/AHrASp5STxYEF5KptFFAkAvERFFKGtAaKKRUY3MeKKEPAVbmKKBkKI8UUoV4SxRQDpkh1IJBDA36EET1PwfBrRw9NUvYIGJO5ZtST8yYopKqjO+LEluIsutqdOmg9DczgHOkUUqIDBaKKA9Fbso6kD6z0JwDArRw6Iv9AN+pOpiinKsbtVw0YnC1KZNtMwPRl1B+konFUTTcrcG19YopRFY+UkRYooRIBHtFFKP/2Q==" alt="Картинки по запросу natiq miri">

Natiq Miri: “ABŞ bir çox məsələləri həll etmədən İranla hansısa ciddi qarşıdurmaya və ya savaşa getməyəcək”.


ABŞ-İran münasibətlərinin savaş səviyyəyə çatmasının qarşısını bir çox məsələlərin aldığını bildirən politoloq Natiq Miriyə görə, indiki vəziyyətdə ABŞ-ın İrana qarşı böyük koalisiya yaratmasının səbəbi İranın yeni raketlər yaratmasının qarşısını almaqdır:

“Tramp predizent seçiləndən bəri hiss olunur ki, onun hakimiyyətinin xarici siyasət prioritetində əsas yer tutan ölkələrdən biri də İran dövlətidir. ABŞ bu gün paralel olaraq, həm də Şimali Koreya rejimi ilə çox kəskin münasibətdədir. Ona görə də bu bölgədə hər an böyük bir savaşın baş verəcəyi, hətta prosesin nüvə savaşına qədər inkişafı gözlənilir. Düşünürəm ki, birmənalı olaraq Şimali Koreyada nüvə silahlarının yaradılması və müəyyən sınaqdan keçirilməsi məsələsi dayandırılmadan gərginlik səngiməyəcək. Ona görə də hələlik Şimali Koreya və ABŞ, həmçinin mütəffiqləri Yaponiya, Cənubi Koreya, Avstraliya və digər ölkələrlə arasındakı münasibət düzəlmədən İranla bağlı hər hansısa ciddi prosesin başlaması mümkün deyil. İran Yaxın Şərqin ən güclü ölkələrindən biridir. 

Nəzərə almaq lazımdır ki, Şimali Koreya həm də ABŞ və onun mütəffiqlərini nüvə silahlarını tətbiq edəcəyi ilə təhdid edir. Bu durumda ABŞ-ın yaxın zamanlarda İranla bağlı konkret qərar verəcəyi mümkünsüzdür. İranla bağlı məsələdə ABŞ hələlik psixoloji informasiya yönündə savaş aparır. Söhbət ondan gedir ki, İran Şimali Koreya kimi yeni raketlərin yaradılması  və sınaqdan keçirilməsi prosesinə üstünlük verir.Təbii ki, bu, ABŞ və onun mütəffiqlərini, xüsusilə də İsraili çox ciddi surətdə narahat edir. Bu baxımdan Tramp hakimiyyətə gələndən sonra elan edib ki, ABŞ özünün və mütəffiqlərinin maraqlarını tammailə qoruyacaq. Buna ABŞ-ın bütün mütəffiqləri əmin olmalıdırlar. Əlbəttə, bu dünyanın hegemon dövlətinin iddiasıdır və normal qarşılanmalıdır. Çünki ABŞ bu cür məsələlərə birbaşa müdaxilə etməsə, öz mütəffiqləri arasında heç bir nüfuzu qalmaz. 

Düşünürəm ki, ABŞ hələlik psixoloji və informasiya savaşlarla İranın yeni raketlərin yaradılması və sınaqların keçirilməsi məsələsindən  vaz keçməsini təmin edir. Lakin İranın vaz keçəcəyinin gözləntisi azdır. İran rəhbərliyi birmənalı olaraq bəyan edir ki, İran öz təhlükəsizliyi baxımından bütün raket və müdafiə sistemlərini heç bir ölkədən icazə almadan davam etdirəcək. Bu məsələnin özü də göstərir ki, Şimali Koreyadan sonra ABŞİran arasındakı gərginlik davam edəcək. Bu gərginliyin  müharibə səviyyəsinə qədər inkişaf edəcəyi barədə proqnoz vermək bir qədər çətindir. Düzdür, savaşın olmasını istəyən ölkələr var və bu ölkələrin başında Yaxın Şərqin həlledici ölkələrindən biri olan İsrail istəyir. Məhz İsrail ABŞ kimi hegemon mütəffiqin vasitəsilə İran dövlətini zərərsizləşdirmək və İranda hakim rejimi dəyişdirmək niyyətindədir. Bununla da gələcəkdə mülayim bir İran rejimi ilə diplomatik münasibətlər qurmaq istəyir. İsrailin istəyi ilə yanaşı, bu məsələdə qlobal və regional təhlükəsizlik, ABŞ-ın özünün geosiyasi maraqları var. Fikrimcə, ABŞ bir çox məsələləri həll etmədən İranla hansısa ciddi qarşıdurmaya və ya savaşa getməyəcək”. 

Natiq Miri: “Düşünmürəm ki, Rusiya  İrana görə özünü hədər etsin”.


Rusiyanın ABŞ-a qarşı çıxması ehtimalına da münasibət bildirən politoloq Natiq Miriyə görə, Rusiya öz geosiyasi maraqlarına görə heç vaxt ABŞ-a qarşı çıxmayacaq:

Rusiya heç bir vəchlə nə Şimali Koreya, nə İran məsələsi, nə də Suriyada ciddi müdaxilələr olsa belə, ABŞ-a qarşı çıxmayacaq. Çünki Rusiyanın Suriya bataqlığına getdikcə batdığı bir zamanda ABŞ kimi qüdrətli dövlətlə qarşı-qarşıya gəlmək istəmir. Buna əmin olmaq lazımdır. Əgər savaş çıxarsa, bu savaşın məğlub tərəfi birmənalı olaraq Rusiya olacaq. Bu isə təkcə məğlubiyyətlə nəticələnməyəcək. Bu cür məğlubiyyət Rusiyanın çox sürətlə parçalanmasına səbəb olacaq. Bunu Rusiya rəhbərliyi bilməmiş deyil. Onu da nəzərə almaq lazımdır ki, Suriya məsələsində Rusiyaİran müəyyən mənada mütəffiq ölkələr olsalar da, bəzi geosiyasi məsələlərdə İranla Rusiya arasında böyük fikir ayrılıqları mövcuddur. Bu baxımdan düşünmürəm ki, Rusiya  İrana görə özünü hədər etsin”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar