Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Administrasiyası ləğv olundu


Prezident İlham Əliyev Milli Məclisə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə təqdim edib


PİA.AZ-ın Gununsesi.info-ya istinadən məlumatına görə, layihədə qeyd olunur ki, sözügedən qanunun 1. 11.1.1.1-ci maddəsində “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi,” sözləri “orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,” sözləri ilə, “Azərbaycan Respublikası Dövlət müşavirlərinin” sözləri “Azərbaycan dövlətinin başçısının fəaliyyətini tənzimləyir.

Belə ki, inzibati vəzifələrin ali təsnifatından Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi çıxarılır və Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ilə əvəzlənir.

Həmçinin Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlər vəzifəsi ilə əvəzlənir.

11.1.2.1-ci maddədə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini,” sözləri “orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini,” sözləri ilə, “habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri” sözləri “həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi” sözləri ilə əvəz edilsin.

Yəni, inzibati vəzifələrin birinci təsnifatında yer alan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini vəzifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini vəzifəsi ilə əvəzlənir.

Həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri isə həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi ilə əvəzlənir.

11.1.3.1-ci və 11.1.4.1-ci maddələrdə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında” sözləri “orqanda” sözü ilə əvəz edilsin.
Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ləğv olunaraq Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan kimi fəaliyyət göstərəcək.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar