Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçi görüşünün bəzi detalları üzə çıxdı: Əliyev Putinə nə deyib...


Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də axşam Soçidə keçirilmiş işgüzar görüşünün bəzi detalları məlum olub


 Rusiya hökumətinə yaxın qaynaqlardan virtualaz.org-a bildirildiyinə görə görüşdə Azərbaycan prezidenti İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinə üçüncü qüvvələrin müdaxiləsini nəzərdə tutan “ağrılı məsələ” barədə danışıb.

Görüşdə qeyd olunub ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir.Bura Rusiyanın dövlət orqanlarında təmsil olunan və antiazərbaycan mövqeyi tutan şəxslər də daxildir. Bu qüvvələr, habelə bir sıra beynəlxalq dairələr Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaq istəyirlər.

Prezidentlər qeyd ediblər ki, ölkələr arasında münasibətlər, bu münasibətlərin dərinliyi və inkişaf perspektivləri, habelə  iki dövlət başçıları arasında dostluq və qarşılıqlı etimad bu cür cəhdlərin qarşısını almağa imkan verən mühüm amillərdir.

Tərəflər onu da qeyd ediblər ki, iki ölkə münasibətlərinə kənardan müdaxilə cəhdləri nəticə verməyib və bundan sonra da belə cəhdlər boşa çıxacaq.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan KİV-ləri, o cümlədən virtualaz.org saytı dəfələrlə Rusiyadakı ermənipərəst dairələrin və erməni diasporuna bağlı qüvvələrin Azərbaycana qarşı düşmənçilik münasibəti formalaşadırmaq səyləri barədə yazıb. Rusiyanın dövlət strukturlarında postlar tutan ermənilər Rusiyanın dövlət-milli maraqlarını deyil, daha çox dünya erməniliyinin maraqlarını üstün tuturlar.

Bu yaxınlarda Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etməsi də həmin qüvvələrin işidir. Hansı ki, bu addım Bakıda təəcüb və narahatlıqla qarşılanıb. Habelə BakıRusiya XİN-in antiazərbaycan bəyanatları narahat edir. Xəbər verildiyi kimi bu günlərdə Rusiya XİN tamamilə yersiz və kobud şəkildə Azərbaycanı “Rusiya vətəndaşlığı daşıyan etnik erməniləri sıxışdırmaqda” günahlandırmışdı. Habelə məlum olmuşdu ki, Rusiyanın İrandakı səfiri Levan Caqaryan Azərbaycan, İranRusiya prezidentlərinin ötən ilin avqusunda Bakıda şəxsən dəstək verdikləri “Şimal-Cənub” nəqliyyat dəhlizinə qarşı iş aparır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar