Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır"



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə prezident Vladimir Putinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb


PİA.AZ "Report"-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan XİN başçısı deyib.

“Siz bu yaxınlarda Tehranda Rusiya Federasiyasının prezidenti ilə görüşdünüz. Bu, noyabrın 1-də olub. O, sizə ən xoş salamlarını çatdırır. Böyük məmnuniyyətlə sizinlə əlaqələri xatırlayır", - deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya Azərbaycanla əldə olunmuş bütün razılaşmaları yerinə yetirmək məsələsinə sadiqdir.

"Biz böyük məmnuniyyətlə ticarət dövriyyəsinin artmasını qeyd edirik. Bzim statistikaya görə, ilk doqquz ay ərzində bu göstərici 60 faizdən çox olub. Bu, bir neçə il əvvəl ticarət dövriyyəsinin enməsi tendensiyasını geri çevirmək və templəri artırmaq üçün ciddi addımdır", - deyə S.Lavrov əlavə edib.

O, həmçinin bu il Stavropolda uğurla keçirilən regionalararası forumu da xatırladıb. Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsindən çıxış yolu tapmaqda və nizamlanmanın təmin edilməsində maraqlıdır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar