Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə Rusiya-Türkiyə əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə qədər inkişaf edə bilər?


Politoloq: “Strateji məsələlərdə Rusiya-Türkiyə tərəfdaşlığı inandırıcı görünmür. Çünki Türkiyə və Rusiya arasında hələ çözüləcək problemlər həddən artıq çoxdur”


“Ərdoğan və Putinin bu dəfəki görüşünün əsas məqasədi hər şeydən öncə yəqin ki, Qüdslə bağlı problemlər olacaq”.

Bu sözləri politoloq Arzu Nağıyev Türkiyə və Rusiya prezidentərinin tez-tez görüşmə səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Rusiya -Türkiyə münasibətlərinə təsir edən daimi və keçici faktorlar mövcuddur. Ankara və Moskva müxtəlif sahələrdə bir-biriləri ilə həm əməkdaşlıq edir, həm də rəqabət aparır.  Yəni hər iki tərəf uzunmüddətli perspektivdə bir-biriləri ilə əməkdaşlığa məhkumdur. Çünki Türkiyə Rusiya üçün ilk növbədə enerji daşıyıcılarının istehlakçısıdır. Digər tərəfdən, enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılması üçün tranzit ölkədir. Rusiya isə Türkiyə üçün geniş istehlak malları üçün bazardır. Yaxın gələcəkdə bu asılılıqda ciddi bir dəyişiklik olacağını düşünmək olmaz.

Bildiyimiz kimi bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdə olacaq. Rəsmi Ankara prezident Ərdoğanla Rusiyanın dövlət başçısının Ankarada keçirəcəkləri görüşdə Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətlər,  Qüds mövzusu ilə əlaqədar  hadisələrin son gedişatı, Suriyadakı vəziyyət, regional və beynəlxalq məsələlər haqqında  fikir mübadiləsi aparılacağın açıqlayıb. Kremldən səfərlə bağlı verilən açıqlamada isə Rusiya prezidenti Vladimir Putinin dekabrin 11-də Ankaraya edəcəyi səfərdə Orta Şərqdəki son vəziyyətin, Suriya böhranının, ortaq enerji layihələrinin və iki ölkə arasındakı əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

Bu görüş iki prezident arasında son 9 ayda reallaşan sayca 6-cı canlı təmas olacaq. İki ölkə liderlərini bu qədər tez-tez görüşməyə vadar edən hansı səbəblərdir? Bu səfərlərin intensivləşməsini təkcə Suriya problemi ilə əlaqələndirilməlidir, yoxsa başqa səbəblər də mövcuddur? Həmçinin Yaxın Şərqlə bağlı məsələrdə Rusiya ilə NATO üzvü olan Türkiyənin əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə qədər inkişaf edə bilərmi, yoxsa bu keçici xarakterlidir və Yaxın Şərqdə Rusiya-Türkiyə-İran ittifaqının yaranmasını mümkün hesab etmək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyevə müraciət edib. 


Arzu Nağıyev: “Rusiya ilə Türkiyə arasında olan ikitərəfli qarşılıqlı münasibət ümumi maraq çərçivəsində inkişaf edə bilər”.


İkitərəfli qarşılıqlı maraqlar olan məsələlərdə Türkiyə və Rusiya arasında tərəfdaşlıq müqavilələrinin imzalana bilməsini və bir-birlərini tərəfdaş kimi qəbul edə bilmələrini vurğulayan pilotoloq Arzu Nağıyev əlavə edib ki, ümumi strateji məsələlərdə Rusiya-Türkiyə tərəfdaşlığı heç də inandırıcı görünmür:

“Düşünürəm ki, Türkiyə və Rusiya arasında hələ çözüləcək problemlər həddən artıq çoxdur. Baxmayaraq ki, mütəmadi olaraq iki ölkə prezidentləri arasında görüşlər keçirilir, amma həll ediləsi problemlər hələ də var. Təbii ki, Türkiyə və Rusiya prezidentlərinin mütəmadi görüşməsinin əsas səbəbi Yaxın Şərqdə Suriya problemidir. Suriyada son vaxtlar baş verən məsələlər, yəni konstitusiyanın yenidən yazılması məsələsi də çox önəmli məsələlərdən biridir. Buna baxmayaraq hələ Suriyada bütün problemlər tam başa çatmayıb. Çünki digər dövlətlərin də Suriyada marağı var. 

Onu da qeyd edim ki, Rusiya ilə Türkiyə arasında özlərinin daxili problemləri də var. Bu problemlər istər iqtisadi, istər siyasi, istərsə də digər böyük müqavilələrin həyata keçirilməsi istiqamətində mövcuddur. Prezidentlərin görüşləri müsbət hal olsa da, iki ölkə arasında olan yarımçıq məsələlər əsas problemlərdir. Həmçinin son vaxtlar baş verən hadisələr fonunda, yəni ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərardan sonra bir çox problemlər yarana bilər. Çünki Trampın verdiyi qərar Ərəd dünyasında birmənalı şəkildə qarşılanmır. Bu da böyük silahlanmaya səbəb ola bilər. Bir sözlər prezidentlərin görüşündə əsas məqsəd beynəlxalq məsələlərin həm Türkiyə, həm də Rusiyaya aid olan məsələlərin həllidir. 

Arzu Nağıyev: “Rusiya-Türkiyə-İran ittifaqında hərənin öz məqsədi var. Buna görə də ümumi məqsədə çatmaq üçün hərə ayrılıqda öz məqsədinə çatmalıdır”.


Düşünürəm ki, Rusiya və Türkiyə prezidentlərinin görüşündə regional məsələlərə də toxunulacaq. Yəni Ərdoğan və Putinin bu dəfəki görüşünün əsas məqasədi hər şeydən öncə yəqin ki, Qüdslə bağlı problemlər olacaq. Qeyd edim ki, Rusiya ilə Türkiyə arasında olan ikitərəfli qarşılıqlı münasibət ümumi maraq çərçivəsində inkişaf edə bilər. Lakin unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür və NATO standartlarına uyğun olaraq da müəyyən addımlar atmalıdır. Yəni ikitərəfli, qarşılıqlı maraqlar olan məsələlərdə Türkiyə və Rusiya arasında tərəfdaşlıq müqavilələri imzalana bilər və bir-birlərini tərəfdaş kimi qəbul edə bilərlər. Lakin ümumi strateji məsələlərdə Rusiya-Türkiyə tərəfdaşlığı heç də inandırıcı görünmür. 

Rusiya-Türkiyə-İran ittifaqında hər ölkənin öz özəl maraqları var. Yəni bu ittifaqda İranın bir məqsədi, Türkiyənin başqa məqsədi, Rusiyanın isə tamam başqa məqsədi var. Ümumi məqsəd isə təbii ki, Suriyada stabillik yaradılması və bundan istifadə edərək həm iqtisadi, həm siyasi, həm hərbi problemin həllidir. Rusiya-Türkiyə-İran ittifaqında hərənin öz məqsədi var. Buna görə də ümumi məqsədə çatmaq üçün hərə ayrılıqda öz məqsədinə çatmalıdır”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar