Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Şimali Koreya və İranla eyni səviyyəyə düşürülür - ABŞ-ın əsl hədəfi nədir?


Politoloq: “Rusiyanın beynəlxalq aləmdə yürütdüyü siyasət, o cümlədən, Şərqi Avropada apardığı hərbi-siyasi hazırlıqlar ABŞ-ın xoşuna gəlməyən amillərdəndir”


“Çox güman ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və bu addım sərtləşməyə doğru gedəcək”.

Bu sözləri politoloq İlqar Vəlizadə ABŞ-ın Rusiyaya qarşı tətbiqini nəzərdə tutduğu  yeni sanksiyaların təsirini şərh edərkən PiA.AZ-a açıqlamasında qeyd edib. 

Yanvarın 29-də ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların müzakirəyə çıxarılması gözlənilir. Yayılan məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) maliyyə nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar üzərində iş aparır. Həmçinin Senatda hazırlanan yeni məhdudlaşdırıcı tədbirlər çərçivəsində də Rusiyadakı rejimlə əməkdaşlıq edən Rusiya şirkətlərini və iş adamlarının sanksiyalara məruz qoyulması ilə bağlı layihə üzərində iş aparıldığı bildirilir. Bu isə  faktiki olaraq, Rusiyanın Şimali Koreya və İranla eyni səviyyəyə salınması anlamına gəlir. 

Həmçinin bu, ABŞ Senatının Putinin hakimiyyətinə qarşı müharibə elan etməsi demək olur. Nəzərdən qaçırmaq olmaz ki, yeni sanksiyalar məhz martın 18-də Putinin növbəti müddət üçün prezident seçiləcəyi ərəfələrə təsadüf edir və demək olar ki, yeni sanksiyalar birbaşa Putinə, onun Rusiyadakı nüfuzuna qarşı yönəlir. 

Artıq yeni sanksiyalar Putinin başının üzərində Domokl qılıncı kimi asılıb. Həm də, təkcə Putinin deyil, Qərbdə aktivləri və sərvəti olan bütün Rusiya biznesmenlərinin başının üzərində Domokl qılıncı sallanır. Ya Rusiya biznesi Putindən üz döndərməli, ya da Qərbdə bizneslə məşğul olmağı unudub, üzlərini üçüncü ölkələrə çevirməlidirlər. ABŞ mətbuatında yayılan məlumata əsasən isə bəzi rusiyalı milyarderlər Putindən gizli şəkildə lobbiçi təşkilatlar vasitəsi ilə onların adının sanksiyalara salınmamsı üçün danışıqlar aparırlar. Lakin danışıqların uğurlu alınması heç də ümidverici görünmür. 

Digər tərəfdən Rusiyaya qarşı ABŞ-ın sanksiyaları Avropa Birliyini də  ciddi narahat etməkdədir. Avropa şirkətlərinin əsas qorxusu isə  məhz ABŞ-ın sanksiyaları nəticəsində Rusiya bazarını itirməkdir. Bu vəziyyət doğrudan düşündürücüdür. Çünki Qərb şirkətləri Rusiya bazarını tərk etdikləri halda onların yerini avtomatik olaraq Çin, Hindistan, Türkiyə kimi ölkələrin şirkətləri tutacaq. Yəni,  ABŞ-da tüğyan edən Rusiyafobiya ilk növbədə, Avropa şirkətlərini vurmaqdadır.

ABŞ-ın Rusiyaya qarşı münasibətində bu səviyyənin ortaya çıxmasında əsas səbəb nədir və  2018-ci ildə bu sanksiyalar dünya üçün əsas təhlükə mənbəyi ola bilərmi? Eyni zamanda son illər ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Avropa Birliyində narahatlığa səbəb olur və qarşılıqlı narazılıq böyüyür. Yeni sanksiyalar tətbiq olunarsa, ABŞ-la Avropa Birliyi arasında münasibətlər qırılma nöqtəsinə gələ bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

Картинки по запросу ilqar vəlizadə

İlqar Vəlizadə: “Avropa Birliyinin bəzi qüvvələri, xüsusilə də biznes qurumları Rusiya bazarı ilə çox işləyirlər. Onlar ənənəvi olaraq işlədikləri bu bazarı əldən buraxmaq istəmirlər”.


ABŞ-Rusiya münasibətlərindəki gərginliyin bu il də davam edəcəyini bildirən politoloq İlqar Vəlizadəyə görə, sanksiyalar fonunda Qərb-Rusiya münasibətlərində də sərtləşmələrin artacağı fikrindədir:

ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə əsas səbəb Rusiyanın Krımı ihlaq etməsi, Donbasda gedən proseslər oldu. Amerikan siyasi istiblişmenti istəyir ki, Donbasda yaranmış iki qondarma rejimlə Moskva əlaqələrini kəssin və Minsk sazişi yerinə yetirilsin. Əsas məsələ odur ki, Donbasda Rusiyanı dəstəkləyən silahlı qüvvələr tərki-silah olsun. 

Eyni zamanda Rusiyanın beynəlxalq aləmdə yürütdüyü siyasət, o cümlədən, Şərqi Avropaya qarşı apardığı hərbi-siyasi hazırlıqlar da ABŞ-ın xoşuna gəlməyən amillərdəndir. Kremlin bu siyasətindən NATO da ciddi narahatdır və bu narahatlıq zaman-zaman müxtəlif səviyyələrdə dilə gətirilir. Bu baxımdan Rusiyanın bu addımları ABŞ və onun müttəfiqlərini narahat edir. Nəticədə isə onlar əks addımlar atmağa məcbur olurlar. Bu addımlar isə Rusiyanın hərbi-iqtisadi qüdrətinə qarşı yönələn sanksiyalar vasitəsi ilə həyata keşirilir.

Qeyd edim ki, 2018-ci ildə ötən il olduğu kimi Rusiyaya qarşı, həmçinin İran  və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi davam edəcək, hətta daha da sərtləşəcək. Sanksiyalar fonunda ABŞ-ın Rusiya ilə ən böyük qarşıdurması isə Suriyada baş verə bilər. Artıq ABŞ Suriyada Bəşər Əsədə qarşı olan qüvvələri yenidən formalaşdırmağa başlayıb və Suriyada atılan bu addımlar hər şeydən əvvəl Rusiya  və İranın Suriyada zəifləməsinə, bu yolla da Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına hədəflənib.

İlqar Vəlizadə: “Qərb dövlətlərinin geosoyasi maraqları ABŞ-la eyni olduğuna görə Avropa bəzi itkilərə də dözməyi bacarmalıdır”.


Onsuz da ABŞ-Rusiya münasibətləri çox gərgindir və heç kim münasibətlərin normallaşdırılması barədə fikir bildirmir. Yəni, belə bir ehtimalda ortada yoxdur. Əksinə göründüyü kimi, iki ölkə arasında münasibətlərin daha da sərtləşməsi gündəmdədir. Buna ABŞ-ın yeni sanksiyalarını da misal olaraq göstərmək olar. Hesab edirəm ki, bu il Rusiya-Qərb münasibətləri daha da sərtləşəcək. İki ölkə arasında münasibətlərin bu səviyyədə olması Rusiya-Qərb münasibətlərinə də mənfi  təsir göstərir. Münasibətlərin sərtləşməsi isə faktiki olaraq, Qərb ölkələrini məcburən ABŞ cəbhəsində yer almağa məcbur edir. 

Rusiya ilə eyni cəbhədən çıxış etmək Qərb dövlətlərinin təməl prinsiplərinə ziddir. Lakin bu durum Avropa Birliyi ölkələr üçün ciddi problemlər də yaradır. Çünki Avropa Birliyinə üzv olan bəzi dövlətlər, xüsusilə də biznes qurumları Rusiya bazarı ilə sıx əlaqədə işləyirlər. Onlar ənənəvi olaraq işlədikləri bu bazarı əldən buraxmaq istəmirlər. Buna görə də ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyalara qarşı narahatlıqlarını gizlətmirlər. Lakin burada ciddi şirkətlər və ya bir qrup insanların siyasi çəkisi o qədər yetərli deyil ki, ABŞ öz fikrindən daşınsın. 

Yəni, Qərb dövlətlərinin geosoyasi maraqları ABŞ-la eyni olduğuna görə, Avropa bəzi itkilərə də dözməyi bacarmalıdır. Çox güman ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və münasibətlər daha da sərtləşməyə doğru gedəcək. Ancaq bu gərgin münasibətlər ABŞ-la Avropa arasında divarların yaranmasına yol aça bilməz. Hər halda Avropada da yaxşı bilirlər ki, Rusiyada dəyişikliklər olduğu zaman  Rusiyanın qapıları ilk onlara açılacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar