Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq”


SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracq və imkanlar barədə məlumat verəcək


Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib: "Nəzərə alsaq ki, bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazı Bolqarıstan ərazisi ilə nəql ediləcək, bu gün biz cənab Baş nazirlə birlikdə müvafiq strukturların rəhbərlərinə göstərişlər verdik ki, Azərbaycanın SOCAR şirkəti tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdırsın və imkanlar barədə məlumat versin"

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkə daxilində qazlaşma işlərini uğurla həyata keçirir: "Hazırda ölkənin 93 faizi qazlaşdırılıb, ilin sonuna qədər bu göstərici 95 faizə çatacaq".

Azərbaycan Prezidentinin sözlərinə görə, SOCAR buna paralel olaraq qazlaşdırma ilə bağlı digər ölkələrdə investisiya fəaliyyəti də aparır: "Albaniyada qazlaşdrma ilə bağlı müvafiq memorandum imzalanıb. Hesab edirəm ki, Bolqarıstanda da SOCAR-ın qazlaşdırma ilə bağlı investisiya fəaliyyəti həm SOCAR, həm də Bolqarıstan istehlakçıları üçün mühüm hadisə ola bilər. Müvafiq tapşırıqlar verilib. Əminəm ki, danışıqlar tezliklə başlayacaq".(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar