Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Namazov: “Biz çox təhlükəli dövrə qədəm qoyuruq”


Politoloq: “Münhen Tənhlükəsizlik Konfransı dünyada çox ciddi böhranlar, krizislər olduğunu çılpaqlığı ilə ortaya qoydu”


Azərbaycanın yaxın sərhədlərində baş verən regional konfliktlər Azərbaycan üçün də böyük bir təhlükədir”.

Bu sözləri Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazov Almaniyanın Münhen şəhərində 54-cü Təhlükəsizlik Konfransında keçirilən müzakirələri PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi fevralın 16-dan 18-ə qədər Almaniyanın Münhen şəhərində 54-cü Təhlükəsizlik Konfransı keçirildi. Konfransda BMT-nin baş katibi Antoniu Quterreş, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa diplomatiyasının rəhbəri Federika Mogerini, NATO-nun baş katibi Yens Stoltenberq, Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Böyük Britaniyanın baş naziri Tereza Mey, Avstriyanın kansleri Sebastyan Kurts, İsrail hökumətinin rəhbəri Binyamin Netanyahu, Ukrayna prezidenti Petro Poroşenko iştirak etdi.



Münhen Tənhlükəsizlik Konfransının son günü İsrail və İran arasındakı gərginliklə yadda qaldı. Belə ki, İsrailin baş naziri Benyamin Netanyahu İranı sərt tənqid etdi və bu ölkəylə imzalanan nüvə sazişinin böyük səhv olduğunu iddia etdi. Netanyahu həmçinin Suriya ərazisində son günlər yaşanan gərginliklərə də toxunaraq  bildirdi ki, rəsmi Təl-Əviv növbəti dəfə İranın vəkilləriylə yanaşı birbaşa özünü də bombalayacaq. İranın Xarici İşlər Naziri Cavad Zərif Netanyahunun ittihamlarına cavab olaraq dedi ki, Suriyada tərəflər arasında baş vermiş sonuncu insidentin səbəbkarı Təl-Əviv rejimidir. O bildirdi ki, əgər İsrail İranın təhlükəsizliyini sual altında qoyarsa rəsmi Tehranın cavabı gecikməyəcək. İranın cavabı o qədər sərt olacaq ki, İsrail xətalı addımına görə peşman olacaq.

Almaniyanın Münhen şəhərində 54-cü Təhlükəsizlik Konfransında keçirilən müzakirələri necə dəyərləndirmək olar? Son bir ildə dünya təhlükəsizliyi üçün təhlükə artıb, yoxsa azalıb?  Həmçinin İsrail İranla bağlanan nüvə sazişinin ləğv olunmasında niyə bu qədər israrlıdır və İran-İsrail qarşıdurması hərbi qarşıdurma səviyyəsinə qədər inkişaf edə bilərmi?    

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazova müraciət edib.

Eldar Namazov: “İran-İsrail arasında olan ziddiyətli münasibətlər artıq pik həddə çatıb”.


Dünyanın çox təhlükəli bir dönəmə girdiyini qeyd edən Eldar Namazov PİA.AZ-a açıqlamasında bildirib ki, 54-cü Təhlükəsizlik Konfransına dünyanın aparıcı liderləri qatılmaması da təhlükəli bir döəmə girilməsindən xəbər verir. Politoloq onu da qeyd edib ki, Azərbaycanın yaxın sərhədlərində baş verən regional konfliktlər Azərbaycan üçün də böyük bir təhlükədir. Əgər ermənilər işğal etdikləri torpaqlardan çıxmasalar Azərbaycan da torpaqlarının azad olunması uğrunda geniş hərbi əməliyyat keçirməli olacaq. Bununla yanaşı Azərbaycanın sərhədlərində də çox ciddi beynəlxalq konfliktlər alovlanır. Bütün bunları nəzərə almaq lazımdır:

“Dünyada təhlükələr artıb və bu Münhen Tənhlükəsizlik Konfransının keçirilməsinə də öz təsirini göstərib. Bildiyimiz kimi 54-cü Təhlükəsizlik Konfransına dünyanın aparıcı liderləri qatılmadılar. Yəni ABŞ-dan nə prezident, nə də dövlət katibi orada iştirak etmədilər. Rusiya prezidenti də Münhenə getmədi. Hətta Almaniyanın kansleri Anqela Merlkel də Münhen Tənhlükəsizlik Konfransında fəal olmadı. Münhen konfransında müzakirələr isə ümumilikdə  qarşılıqlı ittihamlarla dolu oldu. Bu da konfransın nəticələrində də özünü göstərdi. 

Onu da qeyd edim ki, ilk dəfə olaraq Münhen Tənhlükəsizlik Konfransı dünyada böyük bir hadisəyə çevrilmədi və konfliktlərin həlli yolunun axtarılmasında addım atılmadı. Sadəcə olaraq bu konfrans dünyada çox ciddi böhranlar, krizislər olduğunu çılpaqlığı ilə ortaya qoydu. Mən Münhen Tənhlükəsizlik Konfransında iştirak edən bir çox insanların rəylərini öyrəndim və məlum olan odur ki, dünyada baş verən böhranlı proseslərin qarşısının alınması yolu bu konfransda da tapılmadı. Yəqin ki, dünyada olan bu böhranlar, krizislər davam edəcək və dərinləşəcək. 

Eldar Namazov: “Dünyada beynəlxalq münasibətləri tənzimləyən nə qanun-qayda, nə də təşkilat qalıb”.


İsrail İranla bağlanan nüvə sazişinin ləğv olunmasında niyə bu qədər israrlıdır sualına cavab verəndə İsrail liderləri qeyd edirlər ki, İran İslam Respublikasının rəsmən elan olunmuş xarici siyasət konsepsiyasında İsrail dövlətinin məhv olması hədəf kimi göstərilir. Həmçinin onlar bu istiqamətdə İran tərəfinin addımlar atdığını da qeyd edirlər. 

Münhen Tənhlükəsizlik Konfransında İsrailin baş naziri Benyamin Netanyahu İranda istehsal olunan pilotsuz uçuş təyyarəsinin qalıqlarını göstərdi və tribunadan İranın Xarici İşlər Naziri Cavad Zərifə müraciət edərək soruşdu ki, görürsünüzmü bunu? Bunu siz tanımalısınız. Bu sizin bizim ərazimizə göndərdiyiniz pilotsuz ucan təyyarənin qırıntılarıdır. Bununla da göründü ki, İran-İsrail arasında olan ziddiyətli münasibətlər artıq pid həddə çatıb. 
















Hətta Suriya ərazisində yerləşdirilən İran hərbi obyektlərini İsrail bombardman edir. İddia edir ki, həmin obyeklərdən də pilotsuz uçuş təyyarələri İsrail ərazisinə göndərilir. Yəni İran-İsrail arasında kiçik hərbi toqquşmalar demək olar ki, artıq başlayıb. Bu toqquşmaların birbaşa İran ərazisinə keçməsi də istisna deyil və bu haqda Netanyahu Münhen Konfransında açıq şəkildə danışdı. 

Eldar Namazov: “Yeni dünya düzəni formalaşana qədər biz bir çox böhranlardan keçməli olacağıq”.


Ancaq nəzərə almaq lazımdır ki, təhlükəli böhran yalnız İsrail-İran arasında deyil. Eyni zamanda Suriyadakı, Şimali Koreyadakı vəziyyəti, həmçinin Rusiyanın Donbasda və Krımda törətdiyi əməlləri nəzərə almaq lazımdır. Bütün bu qarşıdurmalarla bağlı sanksiyalar tətbiq olunur, amma heç bir tərəf geri çəkilmək fikrində deyil. 

Görünən odur ki, dünyada beynəlxalq münasibətləri tənzimləyən nə qanun-qayda, nə də təşkilat qalıb. BMT-də bu vəziyyətdə gücsüz görünür və artıq BMT-nin də təsiri sıfıra bərabərdir. Bu onu göstərir ki, yeni dünya düzəni formalaşana qədər biz bir çox böhranlardan keçməli olacağıq. Hansısa bir yeni dünya düzəni formalaşmalıdır, onu da qoruyan beynəlxalq qurumlar təşkil olunmalıdır. Ya da BMT-də dərin islahatlar keçirib, onun funksiyalarını və statusunu dəyişmək lazımdır. 

Onu da qeyd edim ki, biz çox təhlükəli dövrə qədəm qoyuruq. Azərbaycanın yaxın sərhədlərində baş verən regional konfliktlər Azərbaycan üçün də böyük bir təhlükədir. Əgər ermənilər işğal etdikləri torpaqlardan çıxmasalar Azərbaycan da torpaqlarının azad olunması uğrunda geniş hərbi əməliyyat keçirməli olacaq. Bununla yanaşı Azərbaycanın sərhədlərində də çox ciddi beynəlxalq konfliktlər alovlanır. Bütün bunları nəzərə almaq lazımdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar