Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?


İsrail baş verə biləcək müharibədən narahat deyil. Çünki müharibənin əsas ağırlığını ABŞ üzərinə götürəcək. Milyonlarla qaçqınları isə Avropa, Türkiyə, və bəzi ərəb ölkələri qəbul etməyə məcbur qalacaq...


ABŞ-Böyük Britaniya və Fransanın Suriyaya məlum raket hücumundan iki gün sonra Suriya dövlət agentliyi SANA Suriyanın Hums vilayətində yerləşən T4 və “Şəyrat” hərbi aerodrumlarının raket hücumuna məruz qalması haqda məlumat yaydı. 

Xəbərdə bildirilirdi ki, Suriya ordusunun hava hücumundan müdafiə sistemləri T4 hərbi hava aerodromuna atılmış raketlərdən səkkizini məhv ediblər. Hücum zamanı ölən və yaralananların olduğu bildirilib. Agentlik hücumun arxasında ABŞ-ın dayandığını da iddia edib. Lakin qısa zaman sonra ABŞ Müdafiə Nazirliyi Suriyaya raket zərbəsi endirmədiyini bildirib. Livanın “Əl Mayadin” televiziyası raketlərin Aralıq dənizindən buraxıldığı haqqında informasiya yayıb. Bir qədər sonra İran bu hücuma görə İsraili ittiham edərək bildirmişdi ki, bu hücum cavabsız qalmayacaq. 

Image result for israilin hədəfləri

Maraqlıdır ki, SANA agentliyi bir qədər sonra yayılmış məlumatı təkzib edərək hərbi aerodromlara heç bir hücumun olmadığını bildirib. Baş verən hadisə yalançı həyəcan siqnalı ilə əlaqələndirilib. Bu müəmmalı raket zərbəsi məsələsində maraq doğuran başqa bir şey isə həm Suriya mənbələrinin, həm də Rusiya mənbələrinin Suriya ordusunun hava hücumundan müdafiə sistemləri T4 hərbi hərbi aerodromuna atılmış raketlərdən səkkizini məhv edilməsi ilə bağlı xəbər olub. Qeyd edək ki, SANA agentliyi ilə paralel olaraq Rusiyanın “RİA Novosti” agentliyi hücum zamanı bütün raketlərin Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bildirib. Agentlik hücum zamanı heç kimin xəsarət almadığını qeyd edib. Belə çıxır ki, SuriyaRusiya əslində olmayan raketləri vurublar. 

Xatırladaq ki, bundan əvvəl ABŞ-Böyük Britaniya və Fransanın Suriyaya məlum raket hücumu zamanı Rusiyanın müdafiə Nazirliyi Suriyaya atılan 103 raketdən 71-nin Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bildirmişdi. Eyni məlumatı Suriya rəsmiləri də təsdiqləmişdi. Lakin RusiyaSuriyanın bu iddiası ABŞ, Böyük Britaniya və Fransa tərəfindən yalanlanmışdı. Müttəfiqlər bütün raketlərin hədəfə çatdığını bildirmişdilər. RusiyaSuriya isə öz tərəfindən raketlərin vurulması ilə bağlı heş bir sübut və fakt ortaya qoya bilməməsi, sadcə Rusiyanın sovet dönəmindən qalma silahları ilə belə ABŞ-a qarşı dura biləcəyini göstərmək istəyini isbatlamış oldu. Həmçinin Rusiya Suriyaya atılan 103 raketdən 71-nin vurulmasını söyləməklə ictimai rəydə korlanan imicini qorumaq məqsədi daşıyırdı.

Ola bilsin ki, olmayan hücum barədə məlumatın yayılmasında Rusiya tərəfi maraqlı olub. Çünki bu yolla faktiki olaraq Rusiyanın köhnə, sovet dönəmindən qalan Hava Hücumundan Müdafiə komplekslərinin nə qədər başarılı olduğunu bir daha isbat edib, bu komplekslərə 3-cü ölkələrdə yeni alıcılar cəlb etmək istəməsini istisna oluna bilməz. Eyni zamanda bilinməyən istiqamətdən gələn raketlərin hamısını vurmaqla Rusiya köhnə silahlarının nə qədər mükəmməl olduğunu isbat etməyə çalışması da göz önündədir. Lakin sonradan hücumun olduğunu sübut etmək mümkün olmadığı üçün, xüsusən Livanın İsrail təyyarələrinin onun hava ərazisinə girmədiyi haqda bəyanatından sonra Suriya bu hücumun yalançı həyəcan olduğunu etiraf etmiş oldu. Vurulan 8 raket isə havadan asılı qaldı. Yəni Rusiya bir daha yalaçı duruma düşmüş oldu.

Rusiyanın hücumu İsrailin üzərinə qoymaq cəhdinə qarşı Təl-Əvivin tamamilə susqunluq nümayiş etdirməsi isə başqa maraqlı bir sualı ortaya çıxardı. İsrail Suriyaya qarşı etmədiyi bir hücumun onun üzərinə qoyulmasına niyə susqunluqla cavab verdi və iddiaları yalanlamadı? 

Çox güman ki, bu susqunluq İsrailin ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket hücumundan sonra yumşalan atmosferi yenidən gərginləşdirmək və hər şeydən əvvəl İranSuriyanı öz üzərinə çəkməklə Yaxın Şəqrdə ABŞ-İran münasibətlərini müharibə səviyyəsinə çatdırmaq, marağından irəli gəlirdi. Qeyd edək ki, yalançı hücumdan sonra İran birbaşa İsraili ittiham edərək, bu hücumun cavabsız qalmayacağını bildirmişdi. 

Image result for israilin hədəfləri

Təbiidir ki, İsrail İranın Suriyadakı və İraqdakı varlığından çox narahatdır və bu narahatlığını gizlətmir. Ona görə də İsrail bütün gücüylə ABŞ-ın Suriyada daha çox hərbi əməliyyatlara cəlb olunmasına və dolayısı ilə İranın bu yolla Suriyaİraqdan çıxarılmasında maraqlıdır. Elə yuxarıda qeyd etdiyimiz susqunluq da məhz bununla əlaqədardır. İsrail hər vəchlə İranı təxribata cəlb edib müharibəyə çəkməyə çalışır. İsrail baş verə biləcək müharibədən narahat deyil. Çünki müharibənin əsas ağırlığını ABŞ üzərinə götürəcək. Milyonlarla qaçqınları isə Avropa, Türkiyə, və bəzi ərəb ölkələri qəbul etməyə məcbur qalacaq. Yəni Yaxın Şərqdə ABŞ-ın iştirakı ilə böyük müharibə bütün hallarda İsrailin işinə yarayır və bu baş verəcəyi təqdirdə İsrail Yaxın Şərqin hakiminə çevriləcək.

Bütövlükdə isə hərbi güc sahəsində İran İsraildən belə zəif durumdadır. Londondakı Strateji Araşdırmalar Beynəlxalq İnstitutun (İİSS) eksperti Mark Fitzpatrick hesab edri ki, İranın İsraili vurmaq qabiliyyəti məhduddur. M.Fitzpatrickə görə, İran hərbi təyyarələri köhnəlib, raketlər isə məhdud saydadır. İranın raket arsenalı təkmilləşdirilmiş 1,600 km məsafəlik Şahab-3, Qədr-1 raketlərindən ibarətdir, lakin İranın yalnız 6 belə raket silahı var. İranın yeni bərk yanacaqla işləyən Səcill-2 raketi də İsrailə çata bilər, lakin bu raket hələlik tam istifadəyə verilməyib. Eyni zamanda M.Fitzpatrick hesab edir ki, İranın uzaq-mənzilli raketləri qeyri-dəqiqdir və adi silah daşıdığı halda İsrailə ciddi zərər vura bilməz.

İranla müqayisədə İsrailin hərbi gücü daha üstündür. Uzaq mənzilli raketlərə, ən yeni təyyarələrə, havadan müdafiə sistemlərinə malik olah İsrailin eyni zamanda nüvə silahı da var və heç kim şübhə etmir ki, İsrailə hücum olarsa, Təl-Əviv düşünmədən nüvə silahından istifadə edəcək. Ona görə də İsrailin İrana qarşı təxribatları heç də özünü müdafiə məqsədi daşımır, bu bilavasitə İsrailin Fələstin məsələsində ona qarşı çıxan əsas gücü yox etmək məqsədindən xəbər verir.

Image result for israilin hədəfləri

Maraqlı olan başqa bir məsələ də Rusiyanın İsrailin bütün bu maraqlarına soyuqqanlıqla yanaşmasıdır. Hətta aprelin əvvəlində İsrail qırıcıları Suriyanın hərbi aerodromunu təyyarələr vasitəsi ilə raket hücumuna məruz qoyarkən və bu hücum nəticəsində İran hərbiçəli ölərkən, Rusiya müdafiəçisi olduğu Əsəd rejiminin mövqeyindən çıxış edərək İsraili bu hücuma görə qınamadı və hücumla bağlı Təl-Əvivə heç bir xəbərdarlıq etmədi. Halbuki bir neçə gün əvvəl ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket hücumundan sonra Rusiya prezidenti şəxsən hücumu ən sərt şəkildə qınadı və Rusiya öz təpkisini BMT-nin Təhlükəsizlik Şurasına belə çıxardı. 

Onu da qeyd edək ki, bu kimi hallar heç də birinci hal deyil. Ümumilikdə götürdükdə isə  İsrailin istər Fələstində, istərsə də Suriyada ortaya qoyduğu aqressiyası hər zaman sükutla qarşılanır və sanki bu aqressiya beynəlxalq hüququn tərkib hissəsi kimi qavranılır.

Yaxın Şərqdə yaranmış vəziyyət, həmçinin İsrailin regionda yürütdüyü qeyri-konstruktiv və qızışdırıcı siyasətlə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar  Nəsimi Məmmədli və Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Image result for nəsimi məmmədli pia.az

Nəsimi Məmmədli: “İsrail Yaxın Şərqlə və Suriya ilə bağlı bütün məsələrdə hansısa müstəqil siyasət yürütmür. Əsasən ABŞ-la əlaqəli siyasət aparır”.


Yaxın zamanlarda Suriyada gedən proseslərdən dolayı  yeni oyunçuların peyda olacağını ehtimal edən politoloq Nəsimi Məmmədliyə görə,  indiki şəraitdə Rusiya-Türkiyə-İran üçlüyünün birgə sülh təşəbbüslərinin  ABŞ və müttəfiqlərinin marağı ilə toqquşması gələcəkdə tərəflər arasında gərginliyin yüksəlməsinə zəmin yarada bilər:

“Orta Şərq qlobal və regional güclərin ən nəhəng rəqabət müstəvisinə çevrilib. Artıq burada hər hansı gözlənilməz proses yoxdur. Maraqlarını təmin etmək istəyən bütün kənar güclər bu regionda aktiv fəaliyyətdədir. Rusiya-Türkiyə-İran üçlüyünün birgə sülh təşəbbüsləri ABŞ və müttəfiqlərinin marağı ilə toqquşur. Hazırda Orta Şərqdə bütün məsələlərdə maraqları tamamilə üst-üstə düşən dövlət yoxdur. Konkret situasiyada dəyişən, toqquşan, uzlaşan maraqları müşahidə edirik. Suriyanın bütövlüyü və ya bölünməsi istiqamətində atılan addımların nəticəsini hələlik proqnoz etmək çox çətindir. Bir məsələyə ortaq baxışı olan digər məsələdə rəqibdir. Durum çox mürəkkəbdir və nizamlanma prosesi hələ xeyli uzanacaq. 

Kimyəvi silahdan istifadə etməsi ittihamı ilə Əsəd rejiminin hərbi bazalarına ABŞ, İngiltərə və Fransanın raket zərbələri endirməsi yenidən gərginliyi yüksəldib. Görünən budur ki, yaxın zamanlarda prosesə yeni hərbi-siyasi oyunçular da daxil olacaq. ABŞ Suriyadan əsgərlərini çıxarmaq niyyətindədir. Əvəzində Misir və körfəz ərəb dövlətlərinin hərbi birliklərini bu prosesə qoşmaq istəyir. Bu prosesdə İsrailin rolunu daha da artırmaq və kürd silahlı qüvvələrini daha fərqli statusla səfərbər etmək nəzərdə tutulur. 


Nəsimi Məmmədli: “Orta Şərqdə güclü İsrailin olması nə Rusiyanı, nə də Qərbi narahat etmir”.


Həmçinin  Türkiyənin regionda artan hərbi-siyasi nüfuzunu önləmək üçün ərəb dövlətləri ilə kürd silahlılarının ortaq siyasi maraqlarına əlverişli müstəvi yaradılması planlaşdırılır. Rusiyaİranın Türkiyə ilə hazırkı ittifaqı çox kövrəkdir və bəzi məsələlərdə fikir ayrılıqları da var. 

İsrail Yaxın Şərqlə və Suriya ilə bağlı bütün məsələrdə hansısa müstəqil siyasət yürütmür. Əsasən ABŞ-la əlaqəli siyasət aparır. Ancaq İranın regiondan sıxışdırılmasında və öz nüfuz dairəsini genişləndirməsində özəl maraqlarını da ustalıqla həyata keçirir.  İsrailin həm də Rusiya ilə üst-üstə düşən maraqları var. Odur ki Rusiya daha çox qarşısında rəqib kimi ABŞ-ı görür. İsrail ABŞ və müttəfiqlərinin İranın hərbi bazalarına zərbə endirməsində də çox maraqlıdır. Körfəz dövlətlərini İran və Türkiyəyə qarşı qoymaq üçün fəal iş aparır. Orta Şərqə kənardan hərbi müdaxilələrin artması İsrailin maraqlarına uyğundur. Odur ki, Rusiya, ABŞ və müttəfiqlərinin burada mövcudluğuna bütün vasitələrlə çalışır. Orta Şərqdə güclü İsrailin olması nə Rusiyanı, nə də Qərbi narahat etmir”.

Image result for nəzakət məmmədova

Nəzakət Məmmədova:  “Müharibə Suriyada getsə də, növbəti hədəf ölkə İran ola bilər”.


Suriyanın İsrail tərəfindən bombalanmasındakı əsas məqsədin İranın hegemonluğa son verməkdən ibarət olduğunu qeyd edən politoloq Nəzakət Məmmədova görə, hətta bundakı sonrakı dönəmdə Suriyadan sonrakı ikinci hədəf İran ola bilər:

“İsrail birmənalı şəkildə Əsədin hakimiyyətdən getməsini istəyir. Çünki onun hakimiyyətdə qalması İranın Suriya və bütün Yaxın Şərq üzərində hegemonluq iddiasının açarıdır. İran Əsədin vasitəsilə  Suriya ərazisindən istifadə etməklə, Yaxın Şərqin ərəb dünyasına çıxış əldə edir. Hizbullah və digər təşkilatlarla əlaqələr məhz Suriya üzərindən həyata keçirilir. Əsədin hakimiyyətdən getməsi İranın bütün Yaxın Şərq strategiyasının üzərindən xətt çəkə bilər. Onun yaratdığı “Şiə dəhlizi” və Yəmən, Livan, Fələstin və digər ölkələrə çıxış yolu bağlanar. Ona görə də Astana prosesinin iştirakçıları arasında ən çox İran Əsədin hakimiyyətdə qalmasında israr edir.

Məsələn, Türkiyə Əsədin getməsini istəyir, Rusiya üçün əsas Əsədin hakimiyyətdə qalması və Suriyanın ərazi bütövlüyüdür. Baxmayaraq ki, İranın və Rusiyanın geosiyasi maraqları fərqlidir, lakin Əsədin hakimiyyətdə qalması və Suriyanın ərazi bütövlüyünün saxlanılması məsələsində Rusiya ilə İranın maraqları tamamilə üst-üstə düşür. 

Sirr deyil ki, Yaxın Şərqdəki mübarizənin əsas səbəblərindən biri də Səudiyyə Ərəbistanı, İran və İsrail arasında regional hegemonluq uğrunda mübarizədir. Suriyanın son günlərdə baş verən bombalanması da bu mübarizənin təzahürlərindən biridir. Demək olar ki, bu, ilk növbədə İrana göndərilən bir mesaj idi. Müharibə Suriyada getsə də, növbəti hədəf ölkə İran ola bilər. Lakin İrana qarşı irimiqyaslı müharibənin olub-olmayacağını demək çətindir. Hazırda ABŞAvropa ölkələri arasında bu məsələdə fikir ayrılıqları var. Lakin bombalanma məsələsini həyata keçirməklə İsrail və ABŞ İranın Yaxın Şərqdəki hazırkı siyasətindən imtina etməsinə çalışırlar.

İsrail ilk dəfə Suriyada 1982-ci ildə bombardman həyata keçirmişdi. O zaman SSRİ bunu qınamışdı. Rusiya da bu gün həmin siyasətdən çıxış edir. Suriyanın ərazi bütövlüyünə münasibətdə ABŞ, İsrail və Səudiyyə Ərəbistanının mövqeyi Rusiya, İran və Türkiyə ilə ziddiyyət təşkil edir və onlar arasında digər beynəlxalq ziddiyyətlər, o cümlədən Rusiya diplomatlarının Qərb ölkələrindən çıxarılması, Türkiyəyə dair Avropa Birliyinin irəliləmə sənədi, Türkiyədə erkən seçkilərin təyin olunması və digər mühüm məsələlər həm də  məhz bununla bağlıdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar