Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın TANAP təşvişi: TANAP layihəsi ruslarda niyə qorxu yaradır?


Enerji məsələləri üzrə eskpert: “TANAP növbəti 10 illiklərdə, ən azı 40-50 il müddətində stabil olaraq Azərbaycanın və Xəzərin mavi yanacağını dünya bazarı ilə əlaqələndirən bir infrastrukturdur”


Prezident İlham Əliyev də qeyd edib ki, həm TANAP, həm “Cənub Qaz Dəhliz”i yaxın zamanlarda işə düşdükdən sonra bütün regionun iqtisadiyyatını dəyişəcək bir layihədir”.

Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban iyunun 12-də açılışı gözlənilən TANAP qaz kəmərinin Azərbaycanın geoiqtitisadiyyatına edəcəyi təsirləri PİA.AZ-a şərh edərkən qeyd edib. 

İyunun 12-də TANAP qaz kəmərinin açılışı gözlənilir.TANAP layihəsinin iki fazası üzrə işlərin ümumilikdə 93,5 faizi icra edilib. TANAP-ın 56 düymlük 1350 kilometr uzunluğundakı hissəsinin inşası tamamlanıb, boru kəmərinə sınaq məqsədilə qaz vurularaq Əskişəhərə çatdırılıb. Boru xəttinin Əskişəhərin Seyitqazi bölgəsindəki CS5 kompressor və MS2 ölçmə stansiyalarının inşası tamamlanıb. Sistemə təbii qazın alınmasına başlanılıb. Bu hissədə boru kəməri marşrutu boyunca fiber-optik kabel də çəkilib. Bu il iyulun əvvəlindən etibarən TANAP-la Türkiyəyə kommersiya məqsədilə ilk qaz veriləcək. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

Bundan başqa, TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəmərinin tikintisi və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq yekunlaşıb. Boru kəmərinin üzəri örtülərək mühafizə olunub. Xəttin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülüb.

Xatırladaq ki, TANAP-ın təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulub. İyunun 12-də isə iki ölkə prezidenti bu geostrateji kəmərin təntənəli açılış mərasimində iştirak edəcəklər.

Qeyd edə ki, Rusiya mətbuatı iyunun 12-də açılışı gözlənilən TANAP kəmərinə qarşı qısqancıliqla yanaşıb. Xüsusilə kəmərin iyunun 12-də - Rusiyada dövlət miqyasında bayram edilən “Rusiya Günü”ndə açılması rus mətbuatı tərəfindən bir mənalı qarşılanmayıb. Rusiyanın tanınmış lenta.ru saytı kəmərin məhz “Rusiya Günü”ndə açılmasını Azərbaycan və Türkiyənin Rusiyaya arxadan vurduqları zərbə kimi qiymətləndirib. Həmçinin sayt hesab edir ki, TANAP kəmərinin açılışı “Türk axını” layihəsinin reallaşmasına əngəl ola bilər. 

TANAP kəmər regionda Azərbaycanın geoiqtitisadi əhəmiyyətini nə qədər artırır və Rusiyanın nümayiş etdirdiyi təşvişin əsasları varmı? 

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın fikirlərini öyrənib.



İlham Şaban: “TANAP növbəti 10 illiklərdə, ən azı 40-50 il müddətində stabil olaraq Azərbaycanın və Xəzərin mavi yanacağını dünya bazarı ilə əlaqələndirən bir infrastrukturdur”.


Bu kəmər olmasaydı “Şahdəniz”in istismar olunmasının növbəti mərhələlərində hasil ediləcək qaz hasilatının dünya bazarına çıxarımasının mümkünsüz olacağını vurğulayan neft sahəsi üzrə ekspert İlham Şaban PİA.AZ-a açıqlamasında əlavə edib ki, TANAP layihəsi reallaşmasaydı, nəinki “Şahdəniz”, o cümlədən Azərbaycanın digər yataqlarından çıxarılacaq qazın da nə region, nə də digər dünya bazarlarındakı istehlakçılara çatdırılması mümkün olmayacaqdı:

TANAP qaz kəməri Azərbaycan üçün o rolu oynayacaq ki, Azəbaycanın böyük ehtiyyatlarını qazını region bazarlarından dünya bazarına çıxışını təmin edəcək. Yəni bu kəmər olmasaydı faktiki olaraq “Şahdəniz”in növbəti mərhələlərində hasil ediləcək qaz hasilatı demək olar ki, mümkün olmayacaqdı. Hətta nəyinki “Şahdəniz”, o cümlədən Azərbaycanın digər yataqlarından çıxarılacaq qazın da nə region, nə də digər dünya bazarlarındakı istehlakçılara çatdırılması mümkün olmayacaqdı. 

Bu baxımdan da bizim üçün çox əhəmiyyətlidir ki, məhz “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətli hissəsi olan TANAP, hansı ki, 3500 km-lik “Cənub Qaz Dəhlizi”nin 1850 km-i məhz bunun payına və mərkəzi hissəsinə düşür. O Xəzər kimi qapalı bir hövzədən dünyanın ən böyük qaz istehlak bazarı ilə bu bazarı birləşdirəcək bir infrastrukturdur. Bunun nəticəsində də TANAP növbəti 10 illiklərdə, ən azı 40-50 il müddətində stabil olaraq Azərbaycanın və Xəzərin mavi yanacağını dünya bazarı ilə əlaqələndirən bir infrastrukturdur”.

İlham Şaban: “Biz bu layihəyəyə uzunmüddətli, yəni 10 illiklər boyu baxılan meqalayihə kimi baxırıq”.


Türkiyə ilə İsrail arasında hazırkı gərgin münasibətlər şəraitində İsrailin bu layihəyə qoşulmaq ehtimalını da dəyərləndirən neft sahəsi üzrə ekspert hesab edir ki, İsrailin TANAP kəmərinə qoşulmasını istisna etmək olmaz.

Qeyd edək ki, daha əvvəl İsrail də TANAP layihəsinə maraq göstərirdi. İsrail bu kəmər vasitəsi ilə öz qazını Avropa bazarına çıxarmağı düşünürdü. Lakin hazırda Türkiyə ilə İsrail arasında münasibətlər tamamilə korlanıb və iki ölkə arasında diplomatik münasibətlər belə an aşağı səviyyəyə endirilib. 

İlham Şaban isə hesab edir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin korlanması lokal xarakterlidir və hazırkı gərginlik uzun müddətli strateji layihələrdə hər iki ölkənin birlikdə iştirakını istisna etmir:

“Türkiyə ilə İsrail arasında hazırkı gərgin münasibətlər qısa zaman müddətində olan lokal münasibətlərdir. Ancaq biz bu layihəyəyə uzunmüddətli, yəni 10 illiklər boyu baxılan meqalayihə kimi baxırıq. Həmin müddətdə də ölkələr arasında münasibətlər kifayət qədər dəyişə, istiləşə bilər. Buna görə də indiki zaman kəsiyindən ölkələr arasında olan münasibətə baxmaq düzgün deyil. 

Həmçinin onu da qeyd edim ki, Azərbaycan bu layihəni gerçəkləşdirərkən qeyd edib ki, bu layihə ancaq iki ölkə arasında və yaxud da layihənin keçdiyi ölkələr üçün yayarlı olacaq bir layihə kimi baxmır. Azərbaycan vurğulayıb ki, layihə üçüncü ölkələr üçün açıqdır və bunda marağı olan ölkələr Azərbaycana, layihənin keçdiyi ölkələrə dost münasibətindən yararlanan layihə olacaq. Buna görə də prezident İlham Əliyev də qeyd edib ki, həm TANAP, həm “Cənub Qaz Dəhliz”i yaxın zamanlarda işə düşdükdən sonra bütün regionun iqtisadiyyatını dəyişəcək bir layihədir”.

Nərminə UMUDLU
pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar