Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlim Müslümovun kadrları: Əsədovalar yeni naziri “ram“ edə biləcəkmi?


Səlim Müslümovun nazir postundan vurulmasının ardından aparılan araşdırmalar zamanı korrupsiya hallarının, mənimsəmə faktlarının ortaya çıxdığı göstərilir


Rezonansa səbəb olan faktlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müalicə panisionatlarında baş verən mənimsəmə hallarının daha çox olduğu haqda da məlumatlar dolaşır. Artıq Şağan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında əlillər etiraz ediblər. Etirazçılar pansionatın direktoruna, ordakı şəraətsizliyə və baxımsızlığa qarşı narazılıqlarını bildiriblər.

Qeyd edək ki, Şağanda yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatının direktoru Pərvanə Əsədova Bilgəhdəki Qocalar Evinin direktoru Qətibə Əsədovanın qızıdır. Ana – bala cütlük Səlim Müslümova yaxınlığı ilə seçilib. Qətibə Əsədova Səlim Müslümovun sayəsində qızı Pərvanə Əsədovanı Müharibə Əlilləri üçün Müalicə Pansionatına, bacısı qızını isə Şağan 3 saylı Fiziki və Əqli Qüsurlu Uşaqlar üçün İnternat Evinə direktor təyin etdirib.

Əldə etdiyimiz məlumatlara görə müalicə pansionatlarına nəzarəti də nazirin yaxın adamı kimi Qətibə Əsədova həyata keçirirmş. Hər ay həmin pansionatlardan pul yığıb Müslümova verirmiş. Bütün digər təyinat məsələlərində də məhz Q. Əsədovanın oynadığı rol böyük olurmuş.

Səlim Müslümovn gözlənilmədən gedişi Qətibə və Pərvanə Əsədovalar üçün zərbə olub. İndi onlar yeni nazirə yol axtarırlar. Yeni nazir isə Müslümovun komandasını parçalayıb, ona yaxın olan adamlar işdən qovur.

Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, pansionatda müalicə olunan əlillər içməli su üzünə həsrət qalıblar. Tərkibi bilinməyən, nə vaxt gətirildiyindən heç kəsin xəbər tutmadığı köhnə bir quyunun suyundan içməyə məcbur olurlar. Verilən xörəklər keyfiyyətsiz olduğundan ürək bulandırır.

Xəbər veririk ki, yeni nazirdən gözləntilərdən biri də məhz Şağan Əlillər Pansionatında, Bilgəh Qocalar Evində ciddi yoxlamaların aparılması, Səlim Müslümovun yaxın adamları olan Əsədovalar barəsində ciddi ölçülərin götürülməsidir. (RealMedia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar