Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bankın «qara qutu»su açılır


Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Abdulla Məlik-Aslanov Vyana məhkəməsində ifadə verəcək


Qiymətli kağızların çapı zamanı böyük pul oğurluğu və rüşvət qalmaqalında müşavirinin ifadələri Elman Rüstəmovun taleyini müəyyən edəcək.

20 illik baş bankirimiz Elman Rüstəmovun adı dünya miqyasında rüşvət skandalında çəkilir. Avstriyanın paytaxtı Vyana məhkəməsində Mərkəzi Bank və bu ölkənin banknot çapı ilə məşğul olan “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) şirkəti arasında rüşvət sövdələşməsinə dair qalmaqallı məhkəmə prosesi davam edir.

Avstriyanın paytaxtı Vyanada Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı keçən cinayət işi üzrə məhkəmə prossesində Mərkəzi Bankın «Qara qutu»su hesab olunan Abdulla Məlik-Aslanov yaxın günlərdə Vyana məhkəməsində ifadə verəcək. Özəl mənbədən bu barədə PİA.AZ-a daxil olan məlumata əsasən hazırda Elman Rüstəmovu müşaviri olan, o dövrdə Mərkəzi Bankın sədrinin müavini olaraq  Azərbaycan Mərkəzi Bankında yeni pulların sifarişi, daşınması və qəbuluna birbaşa məsul olmuş Abdulla Məlik-Aslanov artıq bu barədə məlumatlandırılıb. Bildirilir ki, Abdulla Məlik-Aslanovun Vyana məhkəməsinə çağrılması Elman Rüstəmovda və onun ətrafında ciddi təşviş yaradıb.

Mənbə bildirir ki, Vyana məhkəməsində Azərbaycan Mərkəzi Bankının sədrinin müşavirinə hansı sualların ünvanlanacağını təxmin etmək heç də çətin deyil. Güman olunur ki, Elman Rüstəmovun «qara qutu»suna, Azərbaycan manatının 20 faiz baha çapı, qiymətli kağızların çapı zamanı 20 milyon manatın artıq çap olunması, bu qədər vəsaitin artıq çapının qanuniliyi, bu əməliyyatın kimin sifarişi ilə həyata keçirməsi suallar veriləcək. Bu suallara alınacaq cavablar məhkəmə heyətini qane etməzsə, yeni üzləşmələrin və tədqiqatın həyata keçirilməsi qaçınılmaz ola bilər.

Elə bu üzdən də Vyana məhkəməsinin başlanğıcından nüfuzuna ciddi xələl gələn Elman Rüstəmov üzləşdiyi ağır vəziyyətdən çıxmaq üçün yollar axtarır. Qeyd olunur ki, indiyə qədər işi mətbuatda və məhkəmədə ört-basdır edə bilmək üçün bir ətək pul xərcləyən baş bankir yenidən kisəsinin ağzını açmaq zorunda qalıb. Elman Rüstəmov həm öz nüfuzunu, həm də karyerasını xilas edə bilmək üçün Avstriya məhkəməsində rüşvət qalmaqalını ört-basdır etməlidir. Hadisələrin başqa variantda inkişafı daha ciddi nəticələrə gətirib çıxara bilər.

Mənbəninin bildirdiyinə görə Elman Rüstəmov həqiqətən də səriştəli, savadlı məmurdur. Fəaliyyət göstərdiyi müddətdə dövlət başçısının etimadını qazanıb. Əgər onun fəaliyyətində hansısa bir qeyri-müəyyənlik olsaydı, məxfi dairələrdə müzakirə olunar, ölkə başçısı buna reaksiya verərdi. Bildirilir kir, Elman Rüstəmov makroiqtisadi prosesləri yaxşı bilir. Onu qabiliyyətli bankir kimi yaxşı tanıyırlar. Təbii ki, Azərbaycanın adının Vyanada rüşvətlə bağlı məhkəmədə hallanması müsbət hal deyil. Elman Rüstəmpov hesab edib ki, bütün bunlar şəxsinə yönəlik hücumlardır və arxasında ona qarşı olan dairələr dayanır.

Ümumiyyətlə, aylardır davam edən cinayət işində və məhkəmə prossesində Elman Rüstəmovun işgüzar nüfuzuna ciddi zərbə vurulub və reputasiyası zədələnib. Daha artığının olmaması üçün MB sədri əlaqələrini işə salıb. Vyana məhkəməsində isə iş hələlik davam edir. Əldə etdiyimiz məlumatda göstərilir ki, Rüstəmov Vyanadakı işdə adının çəkilməsini istəmir və yüksək səviyyədə danışıqlara gedib, məhkəmədə ona aid bəndlər çıxarıla bilər. 

Xatırladaq ki, bir qədər əvvəl “Yeni Müsavat ” qəzeti “Vyana işi”ndəki gizli məqamların üstünə işıq salan aradşırma yazı dərc edib. Həmin yazıda Avstriya məhkəməsi qarşısına çıxarılan şahid və təqsirləndirilənlərin adını çəkməyə qorxduğu Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmisinin adı açıqlanıb. Həmin araşdırmada 2005-2011-ci illərdə manat çapına Azərbaycan Mərkəzi Bankında məsul şəxsin kim olması da ortaya qoyulub. Həmin şəxs hazırda Elman Rüstəmovu müşaviri olan, o dövrdə müavini olaraq  Azərbaycan Mərkəzi Bankında yeni pulların sifarişi, daşınması və qəbuluna birbaşa məsul olmuş Abdulla Məlik-Aslanovdur.

Qeyd edək ki, söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin AzərbaycanSuriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsindən gedir. Yəni AzərbaycanSuriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər.

2005-2011-ci illərdə AzərbaycanSuriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Volfqanq Duçazek də var.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərcəyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar