Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə Dövlət Universitetində anarxiya


GDU-nun bir qrup müəlliminin universitet rəhbərliyinə qarşı korrupsiya və özbaşınalıq iddaları


Gəncə Dövlət Universitetinin bir qrup müəllimi bu təhsil ocacında baş alıb gedən qanunsuzluq və korrupsiya faktları ilə bağlı PİA.AZ-a müraciət ediblər.

Həmin müraciəti heç bir dəyişiklik etmədən olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik. Əvvəlcədən onu da qeyd edirik ki, GDU-nin bir qrupp müəlliminin universitet rəhbərliynə qarşı səsləndirdikdəri iddalarrla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
«Hörmətli redaksiya, keçən ilin fevral ayında möhtərəm Prezident İ.Əliyevin verdiyi sərəncamla Yadigar Əliyevin Gəncə  Dövlət  Universitetinə rektor təyin olunması ilə universitetdə baş verən rüşvətxorluğa və müxtəlif neqativ hallara son qoyuldu. İllərdir bu elm ocağında təhsil alan tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşmalar hərəkətə keçdi. 

Rektor Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail olduğu, zamanın tələbi olan mütərəqqi metodları tətbiq etməyə, islahatlara başladığı bir vaxtda maddi maraqlarını, mənfəətlərini güdən qruplaşma bu prosesi süngü ilə qarşıladı və nəticədə Yadigar Əliyev cəmi 8 ay rektor kürsüsündə otura bildi.İşlədiyi bu 8 ay ərzində Yadigar Əliyev aylığa, illiyə, həftəliyə buraxılan tələbələrin hamısını dərsə gətirtdirdi, davamiyyəti bərpa etməklə, həm rüşvətin kökünü kəsdi, həm imtahanlarda obyektivliyi bərpa etdi, həm də  illərdən bəri rüşvətlə yaşayıb nəfsinin qulu olan, öz maddi marağı naminə gələcəyimizi baltalayan, dünyaya qarnının gözü ilə baxan  kirli pula bulaşmış elm nadanlarını... özünə qarşı bir cəbhədə, bir qrupda  birləşdirdi.

Bəli , Yadigar müəllim rüşvətə qarşı mübarizə aparırdı. Onun əleyhinə birləşənlər isə, prorektor Y.Yusifov başda olmaqla, İldırim Qasımov, Asif Cavadov və digərləri rüşvətə qarşı mübarizə aparanla mübarizə aparırdı. Prorektor Yusif Yusifov, kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımov, Asif Cavadov və rüşvət mexanizminin katalizatoru olan mafioz qrupun digər üzvləri, yəni tələbələri “illiyə” buraxan digər fakültələrin dekanları, üstəgəl Universitet xaricində olub da amma buradakı qrupu öz maraqlarının müdafiəçisinə çevirənlər bu qədər məbləğin itirilməsini yeni rektora bağışlayardılarmı?! Heç bağışlamadılar da!...

Məlumunuz olsun ki, prorektor Yusif Yusifov Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır  və maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Demək belə,prorektor Yusif Yusifov sözünü-istəyini qardaşı Cavanşir Yusifova, o da öz növbəsində maliyyə nazirinin müavini olan iş yoldaşı və dostu Azər Bayramova, o da təhsil nazirinin müavini olan qardaşı Ceyhun Bayramova, Ceyhun Bayramov da nazir Mikayıl Cabbarova çatdırırdı. Nəticədə bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı.

İndi GDU-nun qara günləri yenə başlayıb, universitetdə  özbaşınalıq baş alıb gedir. Vəzifələrə kadrlar bacarığına görə yox, verdiyi rüşvətə görə təyin olunur. Yadigar Əliyevin çıxarılmasında birləşən dəstənin üzvləri vəzifələrə gətirilir, tələbələrdən pul alınması üçün müxtəlif vasitələr tətbiq olunur. Yadigar Əliyevin vaxtında rektora dəstək olan müəllimlər təqib olunur, onların dərs saatları azaldılır. Universitetdə tədris prosesi tamamilə pozulmuşdur. Dərs zamanı tələbələr dərsdən ayrılaraq iməciliklərə, muzeylərə aparılır. Dərs başlayan kimi dekan və dekan müavinləri gəlib tələbələri yoxlayır, bunlar otaqdan çıxmamış tyutorlar , ardınca tədris şöbəsinin işçiləri, onun ardınca monitorinq qrupunun üzvləri  auditoriyaya girib mənasız yoxlanış aparırlar,dekanların və kafedra müdirlərinin səlahiyyətləri əlindən alınmışdır. Beləliklə, dərsin yarıdan çox hissəsi yoxlanışlara gedir. Axırıncı elmi şurada yoxlanışa gələn Urfan müəllimlə bizim fakültənin dekanı, professor H.Sadıqov arasında əlbəyaxa dava düşmüşdür. Urfan müəllim  uzun illərdir ki, universitetdə adı işdə ola-ola, Bakıda,habelə Rusiyanın müxtəlif şəhərlərində  ticarətlə və taksi fəaliyyəti ilə məşgul olurdu.İndi isə rüşvət verib tarix fakültəsinə dekan olmaq istəyir. Belə bir intizamsız, savadsız, illərlə işə gəlməyən şəxsi rektor davamiyyəti və dərsləri yoxlamaq üçün bizim fakültəyə göndərir. Özünün intizamı olmayan bu şəxs tarix fakültəsində əmək intizamının olmamasını elmi şurada dedikdə həmin şəxslər arasında dava düşmüşdür.   

Fakültələrdən birinin dekanı ağsaqqal olmağına, müəllim kimi şərəfli adı daşımağına baxmayaraq etik qaydalara sığmayan hərəkətlərlə məşğuldur. Belə ki, dekan adlandırılan həmin professor  ailəsindən boşanmış laborant bir xanımla auditoriyalarda min hoqqadan çıxır, həmın xanımı tyutor vəzifəsinə  təyin etmişdir və demək olar ki, fakültə dekanlığının bütün işlərini həmin laborant xanım idarə edir,həmin fakültə tələbələrindən otaqların pəncərələrinə jalüzlər, koridorlara xalçalar alınması üçün  pul yığılır.GDU-nun büdcəsində olan pullar isə hara gəldi xərclənir. Kafedralara verilən inventarlar artıq yazılır, bir  neçəsi kafedralara veriləndə  qalan əksər hissəsi mənimsənilir. Məlum olduğu kimi, Yusif Yusifovun qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusifov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində "sərbəstdir".Kollekvumlarda rüşvətxorluq baş alıb gedir. Bir kollekviumun qiyməti 40-50 manat   həcmində müəyyənləşdirilib. Yusif Yusifovun rektor təyinatından sonra universitetdə «çiçəyi açanlar» da var: 

"Keçmiş rektora qarşı mübarizədə Yusif Yusifova hərtərəfli dəstək verən kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımovun yeni təyinatdan sonra ulduzları parlayıb. Onlar  özlərini  Yusif Yusifovun faktiki şərikləri kimi aparmağa başlayıblar.

Görəsən, Gəncə Dövlət Universitetindəki bu anarxiyaya son qoyan tapılacaqmı?»

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar