Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mirzəyevin «səlahiyyətlisi» uşaqlarının alimentini vermir


İlham Mirzəyevin sağ əli olaraq tanınan Special Psixologiya Mərkəzinin direktoru Nurlan Kərimov iki uşağının alimentini vermir


Biçarə uşaqların alimentini ödəməmək üçün Nurlan Kərimovun öz keçmiş yoldaşına polis vasitəsi ilə təzyiq etdiyi bildirilir…

Hazırda həbsdə olan aparıcı və baxısı kimi tanınan İlham Mirzəyevin sağ əli olaraq tanınan Special Psixologiya Mərkəzinin direktoru Nurlan Kərimovanın keçmiş həyat yoldaşı Əmiraslanova Aygün Baba qızı mətbuata müraciət ünvanlayıb. Müraciəti oxucularımızın diqqətinə cəlb edirik:

“Specail Psxilogiya Mərkəzinin direktoru Kərimov Nurlan Bəylər oğlu mənim həyat yoldaşım olub, 2 övladımız var. 2007-ci ildə boşanmışıq, lakin illərdir ki, ondan alment ala bilmirəm. Pulla və başqa yollarla məhkəmə icraçılarını ələ alaraq, Xətayi Rayon Məhkməsinin qətnaməsini dəyişdirmiş və ödəməli olduğu 186 manat əvəzinə, 100 manat məbləğində alment kəsdirib. Halbuki, indi 100 manatı da ödəmir.

O, 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetə daxil olmuşdu, sonra ordan qovdular. Daha sonra restoranlarda ofisinat kimi işləyirdi. Amma birdən-birə varlandı. İndi onun özünün restoranı, maşını, tədris kursları, obyektləri var. Bəs bunları necə əldə edib? O adamın heç ali təhsili yoxdur, amma Special Psixloji Mərkəzin təsisçisi və direktorudur. Ona bu işlərdə kömək edən bir neçə gün bundan əvvəl həbs olunan İlham Mirzəyev olub.

İlham Mirzəyev ona o qədər “səlahiyyət” vermişdi ki, Nurlan icraçıları da, məhkəmi də saymır və məhkəmin qərarını müxtəlif yollarla dəyişdirir. İndi İlham Mirzəyev həbs olunub, ancaq onun çirkli işlərini burda Nurlan həyata keçirir. Nurlan insanları aldadır, o öz doğma 2 uşağından imtina edib, indi isə, uşaq psixoloqu işləyir. O adam xəstədir, restoranda ofisiant işləyirdi, indi psixoloqluq edir. Millətdən pullar qoparır, müxtəlif qanunsuz vərəqlər paylayır. 

Nurlanın anası özünü döydü və sonra polisə məndən şikayət elədi ki, guya mən vurmuşam. Halbuki, elə şey etməmnişəm, mənə şər atırlar. Xətayi rayon Polis idarəsindən mənə çağırıb dedilər ki, ya tutulacaqsan, ya da almentdən imtian elə uşaqlarımı saxlamaq üçün almentdən imtina edə bilmərəm. İndi çıxlmaz vəziyyətdəyəm, xahiş edirəm, mənə kömək edin. Nurlanın mənə atdığı şəri üstümdən silinsin və almentim ödənsin” (tia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar