Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın milyoner oğulları

Bu yaxınlarda Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində “BMW X6” və “Lada Priora” avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayılmasının ardınca DİN onların hər ikisini həbs edib


T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər.

Həmçinin T.Həsənov polis orqanlarından qovulub, atası Əliməmməd Həsənov isə vəzifəsindən çıxarılıb. Bu fakt prezident İlham Əliyevin qanunlara məhəl qoymayan qudurğan məmur balalarının cəzalandırılacağına, onların atalarının vəzifələrindən qovulacağına dair etdiyi xəbərdarlığın qüvvədə qaldığını bir daha sübut edib.

Amma buna baxmayaraq, hələ də məmur övladları, öz bahalı avtomobilləri ilə Bakının küçələrində hansı sürətlə şütüdüklərini nümayiş etdirməkdən çəkinmirlər. Bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə yerləşdirirlər və bu yolla öz məharətlərini nümayiş etdirirlər.

Onlardan biri də Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlanlarıdır. Videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxır. 10 LZ 100 dövlət nömrə nişanlı avtomobil bizim diqqətimizi çəkdi.

Bu məsələ ilə bağlı bir az araşdırma apardıq. Məlum oldu ki, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlanları Aynar və Elnur Məmmədov qardaşlarına məxsus olan milyonlarla ölçülən avtomobillərinin nömrələri də özlərinə məxsus şəkildədir.  Aynar Məmmədov (10-LR-100) Elnur Məmmədov isə (10-LZ-100) serialı dövlət nömrə nişanlı avtomobillərdə gəzirlər. Maraqlısı burasındadır ki, onların bütün avtomobillərində nömrələr eynidir.


Aynar Məmmədovun 10-LR-100 nömrəsilə bizə məlum olan avtomobilləri və onların təqribi qiymətləri bunlardır.

Maserati Quattroporte Sport GT S 386.000 avro
Maserati Quattroporte 200.000 avro
BMW M5 150.000 avro
Grand Cherokee 50.000 avro
BMW X6 130.000 avro
Mercedes M-Class 70.000 avro
Fiat 500 15.000 avro
Audi Q7 136.000 avro
Mercedes Viano 50.000 avro
BMW 5 Series 180.000 avro
Land Rover 60.000 avro
Range Rover 100.000 avro
BMW X5 60.000 avro
Jaguar XF 75.000 avro

Bu avtomobillərin qiymətləri ümumi hesablandığı zaman 1.662.000 avro məbləğində pul edir.


Bundan əlavə Aynar Məmmədovun İnstagram səhifəsində yerləşdirilmiş fotolardan birində onun son model “BMW” avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. A.Məmmədovun İnstagram fotolarından məlum olurdu ki, onun kolleksiyasında “Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir), “Mercedes CLS 63” (72 min dollar), “Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır) kimi çoxsaylı dəbdəbəli superkarlar yer alır.

Yeri gəlmişkən, Aynar Məmmədovun rəsmi iş yeri Milli Məclisdir. Yəni o, da məmur sayılır. Amma görünən budur ki, deputat oğlunun həyatında ən başlıca yeri qanun layihələri və seçicilər yox, bahalı maşınlar tutur. Buna görə də Aynar Məmmədov maşınlarının sayını getdikcə artırmaqla məşğuldur. Avtomobillərinin qiyməti 15.000 -  650.00015.000 -  650.000 avro arasında olduğunu nəzərə alsaq görərik ki, Aynar Məmmədov üçün pul məsələsi o qədər də böyük problem deyil. İstədiyi avtomobili almağa qadirdir. Elton Məmmədov 10 ildir ki, deputatdır. Aylıq əməkhaqqını 2000 manat olaraq hesablasaq 10 il ərzində 240.000 manat pul edir. Bu da sadəcə A.Məmmədovun “Maserati” markalı avtomobilinin qiymətini ödəyə bilər.


Deputatın digər oğlu Elnur Məmmədov isə daha “təvazökar” görsənir. Çünki onun 10-LZ-100 dövlət nömrə nişanlı avtomobillərinin sayı daha azdır.

Nissan GTR600 Hennessey 150.000 avro
Nissan GT-R 140.000 avro
BMW X5 60.000 avro
Lexus IS Series 50.000 dollar
Porsche Panamera 250.000 avro

Bu avtomobillərin qiymətləri ümumi hesablandığı zaman 650.000 avro edir. Bu qədər pulları haradan qazanmaqları naməlumdur. Elnur Məmmədov daha çox idman sahəsi ilə maraqlanır və bir neçə ay öncə kiq-boksinq üzrə turnirin qalibi olub.

Bir nömrənin bir neçə avtomobildə istifadə edilməsinin qanuni tərəflərini aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxladıq.

Kamran Əliyev musavat.com-a açıqlamasında bildirib ki, nömrə nişanı yalnız bir avtomobildə istifadə etmək olar: “Bir dövlət nömrə nişanını yalnız bir avtomobildə istifadə etmək olar. Daha doğrusu qeydiyyat şəhadətnaməsində qeyd olunan avtomobildə istifadəsi mümkündür. İkinci və ya üçüncü avtomobildə istifadə etmək üçün qanuni tələblər var. Bəzən olur ki, kimsə avtomobilini başqasıyla dəyişir. Bu zaman avtomobilinin nörməsini yeni avtomobilində istifadə etmək istəyir. Onun da öz qaydaları var. Belə olduğu təqdirdə rəsmi şəkildə qeydiyyatdan keçirilir və həmin dövlət nişanı yeni avtomobilə təhkim edilir. Vətəndaşın bir neçə avtomobili varsa, onların hər birinin ayrı-ayrı nömrə nişanı olmalıdır. Bir nömrə nişanının eyni zamanda birdən artıq avtomobildə istifadəsi mümkün deyil, bu tamamıilə qanunsuzdur. Əgər elə bir şey aşkarlanarsa, həmin vətəndaş 60 manat məbləğində cərimə ediləcək və 4 bal yazılacaq”.

Onu da qeyd edək ki, Aynar Məmmədov 10-LR-100 dövlət nömrə nişanlı avtomobili ilə Ziya Məmmədovun oğlunun toyunda olub və korteşdə yer alıb. Buna sübut olaraq həmin kortejin videogörüntüsünü götürmək olar. Həmin görüntülərdə Aynar Məmmədovun özünə məxsus olan 10 LR 100 dövlət nömrə nişanlı “Maceratti” avtomobili də görüntülənib. Maşının bəzək-düzəyindən də görünür ki, bəylə gəlin də elə məhz bu maşında - əmioğlunun 10 LR 100 nömrəli “Maceratti”sində əyləşiblər.

O ki, qaldı bu nömrələrin qiymətlərinə. Əgər dövlət tərəfindən açıqlanan qiymətləri nəzərə alsaq, nömrələrə verilən pullar onlar üçün çox kiçik məbləğdir.

Azərbaycanda avtomobillər üçün dövlət nömrə nişanlarının rəsmi qiymətlərini təqdim edirik. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə qiymətlər həriflərin eyni və ya fərqli olmasından asılıdır. Avtomobillərin nömrəsi 001-dən 009-a qədər olan rəqəmlərdən, seriyası müxtəlif hərflərdən ibarət olduqda rüsum 1500, nömrə 001-dən 009-a qədər, seriyası eyni hərflərdən ibarət olduqda rüsum 2500, nömrə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, seriya müxtəlif hərflərdən ibarət olduqda 1000, nömrə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, seriya eyni hərflərdən ibarət olduqda 1500, nömrə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999, seriya müxtəlif hərflərdən ibarət olduqda rüsum 500 manat, nömrə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999, seriya eyni hərflərdən ibarət olduqda isə rüsum 1000 manat müəyyənləşib.

“Mətbuatda mənə aid olduğu bildirilən fotolardaki əks olunan avtomobillərin mənə heç bir aidiyyatı yoxdur”

Bunu AzNews.az-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov bildirib.

A.Məmmədovun sözlərinə görə, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: “Fotoların bəzisi mənim “İnstagram”səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq guya həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Belə məsələlərin ümumilikdə ictimailəşdirilməsinə ehtiyac olmadığını düşünürəm”.

“Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar”

Millət vəkili Elton Məmmədov axar.az-a bildirib ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: “Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib. Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də Bakıdan 155 kanal vasitəsilə bütün dünyaya canlı yayımlanan "K-1 World Max" turnirinin təşkilatçısı olub. Hazırda da bu idman növünün ölkəmizdə təbliği ilə məşğuldur. Bəs, bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər”

Oxucularımıza əldə etdiyimiz foto və videoları təqdim edirik.(musavat)


Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar