Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söyün Sadıkov MDB ölkələrinin elit təbəqələrinə qəzəblidir


Putinin təklif etdiyi “Gömrük İttifaqı”na girmədiklərinə görə


Söyün Sadıkov: “Rusiya ərazisini doldurmaq üçün minimum 250 milyon insan lazımdır. 142 milyon isə çox azdır”.

MDB ölkələrinin elit təbəqələri hər kəsi qorxunc rus ayıları ilə qorxudaraq, əslində Rusiya üçün deyil, cəmiyyət üçün problem yaradırlar”


Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin keçmiş SSRİ ərazisində yaşayan rusdilli əhaliyə Rusiya vətəndaşlığı verilməsi qaydalarının sadələşdirilməsi haqqında qanunu imzalamaqla postsovet məkanı xalqlarının canına vəlvələ salmış oldu. Putin bk fərmanla əslində keçmiş SSRİ-dən ayrılan və 1991-ci ildə müstəqillik əldə ölkələrə hərbi müdaxilə etmək imkanı əldə etmiş oldu. Çünki istər Cənubi Osetiyaya, istərsə də Krıma ordu yeridirkən orda yaşayan rus dilli əhalinin təhlükəsizliyni hərbi təcavüz üçün əsas faktor olaraq irəli sürdü. Rusiya Dövlət Duması isə bir ay əvvəl Putinə rus dilli əhalinin təhlükəsizliyini təmin etmək üçün Rusiya sərhədlərindən kənarda ordudan istifadə etmək imkanı verdi.

Azərbaycan üçün isə yaranmış vəziyyət daha təhlükəlidir. Çünki Dağlıq Qarabağ ermənilərinə Rusiya vətəndaşlığının verilməsi üçün qapılar açılmış oldu. PİA.AZ-ın əməkdaşı yaranmış durumu “Milyarderlər İttifaqı”nın ən fəal siması, Rusiya Prezidenti Putinə yaxınlığı tanınan, Rusiya prezidentinin yanında Millətlərarası Əlaqələr Şurasının üzvü Söyün Sadıkovla müzakirə edib.

Söyün Sadıkov: “Bu gün postsovet dövlətlərində, siyasi arenada, məmurlar, elit təbəqə arasında  Amerika təbliğatı olduqca  güclüdür. Bu da ona görədir ki, həmin məmur və elit təbəqə dövlət büdcəsindən oğurlanmış pullarla yaşayırlar”


PİA.AZ-a verdiyi açıqlamasında Söyün Sadıkov təşviş üçün heç bir əsas olmadığından əminliyini ortaya qoyub:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünyada yaşayan rusdilli xalqlara Rusiya vətəndaşlığının verilməsi haqqında sərəncam imzalayıb və bu qərar Dövlət Duması tərəfindən qəbul olunub. Əslində bu qərar Federal Miqrasiya Xidmətləri (FMX) və bir neçə regionun inkişafı üzrə fəaliyyət göstərən təşkilatlar tərəfindən təklif olunmuşdu. Bu qərarın məqsədi əslində Rusiyada demoqrafiyanın qarşısını almaqdır. Çünki Rusiyanın özünün əhalisi get-gedə azalır. Eyni zamanda Rusiya vətəndaşlığını qəbul etmiş insanların gücünə Rusiya mütəmadi olaraq öz iqtisadiyyatını tənzimləyə biləcək. 

Ruslar qədim xalqdır. Rusiyanın ərazisi çox böyükdür, təqribən 17, 5 milyon kvadrat kilometrdir. Bu ərazini doldurmaq üçün minimum 250 milyon insan lazımdır. 142 milyon isə çox azdır. Xatırlayırsınızsa, 1960-cı ildə bu hadisə İsveçrədə olmuşdu. 

Bütün bunları nəzərə alaraq, Rusiya belə bir qərar qəbul etdi və bunun arxasında yenidən Sovet İttifaqını qurmaq məqsədi dayanmır. Çünki rusdilli millətlər yalnız post-sovet dövlətlərində yaşamır. Onlar ABŞ- da, Latın Amerikasında, Avropa İttifaqı ölkələrində yaşayırlar. Ona görə də Putin keçmiş Sovet İttifaqı dövlətlərinə  Aİ- kimi Avrasiya və ya Gömrük İttifaqı kimi bir təşkilata üzv olmağı təklif etdi. Bu təşkilat isə həmin dövlətlər arasında vahid sərhəd, vahid maliyyə resursu və vətəndaşların gedib-gəlməsi üçün azad məkan kimi ixtiyarlar təklif edir. 

Əslində bu təklifi qəbul edilsəydi yalnız Rusiya deyil, bir çox dövlətlər böyük xeyir əldə etmiş olardı. Lakin təəsüflər olsun ki, MDB ölkələrinin bir çox elit təbəqələri hər kəsi qorxunc rus ayıları ilə qorxudaraq, əslində Rusiya üçün deyil, cəmiyyət üçün problem yaradırlar. Amma vətəndaşların işə və işləməyə ehtiyacı var. Bunun üçün iş yerləri olmalıdır. Onlar öz ailələrini dolandırmalıdırlar.

Bu gün postsovet dövlətlərində, siyasi arenada, məmurlar, elit təbəqə arasında  Amerika təbliğatı olduqca  güclüdür. Bu da ona görədir ki, həmin məmur və elit təbəqə dövlət büdcəsindən oğurlanmış pullarla yaşayırlar. Onlar həmin pulları öz evlərində deyil, müxtəlif banklarda saxlayırlar. Ona görə də böyük xalq üçün Putinin Avrasiya və Gömrük İttifaqı təklifi daha sərfəlidir. Hesab edirəm ki, əgər bu təklif ümumilikdə xalqa xeyir verəcəksə, deməli həmin dövlətə xeyir verəcək. Çünki, xalq və dövlət vəhdət təşkil edir”.

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar