Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram Səfərovun 4.5 milyonluq villası

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını satması artıq neçə gündür ki, medianın diqqət mərkəzində olan mövzulardan biridir


 Bunun əsas səbəblərindən biri villanın Azərbaycanda tez-tez təsadüf olunmayan bir qiymətə – 4,5 milyon manata satılmasıdırsa, digəri də yeni sahibinin kimliyinin açıqlanmamasıdır.

Villanı tanınmış şəxslərdən birinin aldığı bildirilsə də, onun kimliyi gizli saxlanılıb. Sonradan bəzi media orqanlarında villanın yeni sahibinin biznes-ledi Ruhi Əliyeva olması barədə xəbərlər yayılsa da, bu öz təsdiqini tapmadı. 

Ruhi açıqlamasında məlumatı təkzib edərək, ümumiyyətlə bağ evinin olmadığını, övladları ilə birgə Mərdakanda kirayələdiyi bağ evində yaşadığını bildirdi.

Bu gün publika.az-a açıqlama verən Tağı İbrahimov özü də villasını Ruhi Əliyevanın almadığını desə də, kimə satmasını açıqlamayıb: “Mən villamı Ruhiyə satmamışam, Moskvada azərbaycanlı iş adamı var, ona satmışam. Amma villamı alan adamın adını deməyəcəm. Villanı ehtiyacım olmadığı üçün satmışam. Çünki neçə ildir ki, ailəmlə bir yerdə Türkiyədə yaşayırıq, övladlarım da 2 ildir ki, burada yaşayır. Villanı da oğluma hədiyyə etmişdim, o satıb”.

Villanın yeni sahibinin adının gizlədilməsi düşündürücüdür. Maraqlıdır, villanın yeni sahibi iş adamıdırsa, həm də Moskvada yaşayırsa adını gizlətməsinə nə ehtiyac var?…

Əldə olunan məlumatlardan belə görünür ki, yeni sahibin adını gizlətməyə ehtiyac var, həm də ciddi ehtiyac var…

Qeyd edək ki, hələ bir neçə gün əvvəl Tağı İbrahimovun milyonluq villasının yeni sahibi ilə bağlı “AzPolitika”-ya çox maraqlı, hətta demək olar ki, sensasiyalı bir məlumat daxil olmuşdu. Əməkdaşımız bu məlumatı araşdırarkən həm Tağı İbrahimovun satdığı məhşur villanı, həm də onun yeni sahibinin kimliyini tapıb…

Novxanının demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Bu ərazidə Azərbaycanın ən qüdrətli adamlarının – nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin milyonluq villaları, bağ evləri yerləşir. Tağı İbrahimovun keçmiş villası isə lap prestijli yerdə – Prezident Administrasiyasının rəbəri Ramiz Mehdiyevin bağ evi ilə qonşuluqdadır…

İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də bizə verilən məlumatlar sırasındadır.

4 mətəbəli villanın həqiqətən dəyərli, çox möhtəşəm tikilməsi isə elə kənardan da görsənir. Elə buna görə də ATV-dən ayrıldıqdan az sonra villasını satışa çıxaran Tağı İbrahimov, ilkin olaraq bu bağ evi üçün 10 milyon dollar istəyirmiş. Ancaq həmin qiymətə alıcı çıxmadığından villanın qiyməti sonradan aşağı salınıb. Qonşuluqda yaşayanlardan birinin əməkdaşımıza dediyinə görə, son aylarda villa 6 milyon manata satışa qoyulmuşdu. Bu yaxınlarda isə, xəbər verildiyi kmi, 4,5 milyona satılıb. Yəni, Tağı İbrahimovun Novxanındakı bağını və villasını görənlər üçün onun 4,5 milyon manata satılması heç də təəsccüblü deyil…

Ancaq villanın yeni sahibi haqda bunu söyləmək mümkün deyil. Milyonluq mülkün yenu sahibinin adı bizi də çox təəccübləndirdi.
Beləliklə… Tağı İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur!
Saytımıza daxil olan bu məlumatı bir neçə mənbə təsdiqləyib.

Əlbəttə, Azərbaycanda nəinki bir-neçə milyonluq, hətta dəyəri 100 milyonlarla ölçülən əmlaka sahib olan və ya almağa gücü çatan kifayət qədər vəzifəli şəxs, həmçinin icra başçısı var. Bu baxımdan, artıq 5 ildir icra başcısı işləyən Bayram müəllimin 4,5 miyonluq villa alacaq qədər varlanması təəcüblü deyil. Lakin məsələ ondadır ki, B.Səfərov hər hansı bir başqa rayonun deyil, qaçqın rayonunun, adı olub, özü olmayan Şuşanın başçısıdır! Eyni zamanda da Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəridir. Bunun hüquqi, qanuni tərəflərini bir kənara qoyaraq, məsələyə sırf mənəvi aspektdən yanaşdıqda mənzərə daha da faciəvi olur. Dağlıq Qarabağ bölgəsi və Şusa işğal altında qaldığı, bu diyarlardan məcburi didərgin düşmüş 10 minlərlə ailə ağır şəraitdə yaşadığı halda, formal da olsa onların lideri hesab edilən bir şəxsin özü üçün cah-cəlal qurmasına ad tapmaq çətindir. Sadəcə AYIBDIR!

Ancaq məsələnin hüquqi, qanuni tərəfi də heç də az əhəmiyyət kəsb etmir. Belə ki, qanunla məmurlar gəlir deklorasiyası verməli, sahib olduqları varidatın mənbəyini açıqlamalıdırlar.

Bayram Səfərovla bağlı rəsmi məlumatlardan belə məlum olur ki, 64 yaşlı icra başçısı daim dövlət işlərində çalışıb. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. Son illər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (”AZAL”) rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də isə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu vəzifədə onun maaşının məbləği də məlumdur…

Apardığımız araşdırmalardan sonra Tağı İbrahimovun villasını 4.5 milyon manata məhz Bayram Səfərovun aldığına şübhəmiz qalmasa da, rəsmi sənədləşmənin kimin adını aparıldığını hələ ki, dəqiqləşdirə bilməmişik. İstisna deyil ki, villanı Bayram Səfərov özünün deyil, yaxınlarından birinin və yaxud da hansısa Şuşa qaçqınının adına sənədləşdirib.
Lakin əməkdaşımız bu məlumatı da dəqiqləşdirməyə çox yaxındır və yaxın günlərdə 4.5 milyonluq villanın rəsmi sahibinin də adı məlum olacaq.

Qeyd edək ki, məlumata Bayram Səfərovun özünün münasibətini öyrənmək üçün dəfələrlə zəng etsək də, telefonu açmadı.

Bununla belə istənilən vaxt onun mövqeyini işıqlandırmağa hazırıq.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar