Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaləddin İsgəndərovun “ağac soyqırımı“ davam edir - Foto


İlham Əliyev “vicdansızlıqdır” deyir, biznesmen xanım at oynadır


Binəqədidə yaşıllığın məhv edilməsi, ağacların kəsilməsi davam edir. Rayon icra hakimiyyətinin və digər aidiyyəti qurumların əlindən isə bunun qarşılığında heç nə gəlmir.

Bir neçə gün əvvəl Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki 10 saylı binanın həyətində ağacların kəsilərək yerində ticarət obyektinin tikilməsi haqda xəbər vermişdik.

Dünən- iyulun 24-də və tikinti başlayan günlərdə çəkilən fotolara baxdıqda aydın olur ki, budanan ağaclar artıq yoxdur. Hasarlanmış əraziyə salınan ağaclar əvvəl budanıb, sonra da kəsilib.

İyulun 19-da “Yeni Müsavat” qəzetində yer alan məlumatda isə ərazidə bina tikdirən şəxsin biznesmen Qasımova Aidə Akif qızı olduğu qeyd edilmişdi. Məlumatda bildirilirdi ki, tikinti Bakı meriyasının icazəsi ilə biznesmen Aidə Qasımovanın adına olan “Arxin-M LTD” MMC-yə tapşırılıb.

“Arxin-M LTD” MMC-nin direktoru Niftalı Abbasov virtualaz.org saytına açıqlamasında qeyd edilən ərazidə tikinti aparmadıqlarını dedi.

“Siz qeyd etdiyiniz ərazidə bizim şirkət tərəfindən tikinti aparılmır. Əvvəlcə razılaşma olsa da bu iş sona qədər görülmədi. Hazırda bizim şirkət tikintini həyata keçirmir. Yazılanlar doğru deyil” - deyə şirkət direktoru N.Abbasov bildirdi.

Sakinlər isə ağacların göz görə-görə kəsilməsinin şahidi olandan sonra nə edəcəklərini bilmirlər. Onlar bununla bağlı aidiyyəti orqanlara şikayət etsələr də şikayətlərinə baxan yoxdur.

Sonda sizə iyulun təqdim edəcəyimiz fotolarda (14-də və 24-də çəkilmiş) ərazinin əvvəlki və indiki vəziyyətini necə olduğunu görmək mümkündür.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar