Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Jirinovski 7 dənə türkdən əmələ gəlib» - Hafiz Hacıyev - Audio


Müasir Müsavat Partiasının sədri: «Jirinovski sevinsin ki, qulağı mənim əlimdə qalmadı»


«Biz Jirnovskiyə anlatdıq ki, onun dədəsi türkdür. Düzdü bir dənə türkdən yox, 7 dənə türkdən əmələ gəlib, amma bu bizim türk dövlətimizin, Azərbaycanın günahı deyil»

Bu sözləri Müasir Müsavat Partiasının sədri Hafiz Hacıyev «Jirinovskinin Azərbaycana və hakimiyyətə tərif yağdırmasının arxasında nə gizlənir?» sualını cavablandıdırarkən söyləyib.

Qeyd edək ki, Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərməsi çoxlarında çaşqınlıq yaradıb.

PİA.AZ-a açıqlama verən Hafiz Hacıyevin Jirinovskinin son fikirlərini dəyərləndirib:

- Heç bir şey dayanmır. Artiq biz onu ağıllandırmışıq. Jirnoviskinin bildiyiniz kimi Azərbaycana qarşı cox sərsəm fikirlər bildirmişdi. Bizim bizim səfirliyin köməkliyi ilə mənim müşavirim və partiamızın  MDB üzrə nümayəndəsi Jirnoviskiylə görüşündə ona anlatmışdiq ki, sən türklərə qarşı bu qədər qərəzli mövqe tutmusan, amma indi sənin dədən türkdü. Düzdü bir dənə türkdən yox, 7 dənə türkdən əmələ gəlib, amma bu bizim türk dövlətimizin, Azərbaycanın günahı deyil. Müasir Müsavat  Partiyasının Moskva nümayəndəliyi də bilir ki, biz nə qədər əziyyət çəkmişik. Mən özüm dəfələrlə onun köməkçisi ilə danışdım və hər dəfəsin də Jirnoviskinin Dumada olduğunu bildirirdi. Sizi inandırım ki, Rabitə Nazirlinyindən öyrənə bilərsiz mən Jirnoviskinin köməkçisi ilə neçə saatlarla danışmışam. Biz onu ağıllandırdıq. Ona müəyyən faktlar verdik . Bakinın son 10 ildə necə gözəlləşməsi barədə kitablar göndərdik, ermənilərin torpaqlarımızı işğal etməsi barədə faktlar verdik. O, da  səmimi etiraf etdi ki, mən bunları bilməmişəm, gərək bunları mənə əvvəlcədən deyəydilər. Ona görə də Jirinoviskini biz nəhayət başa saldiq ki, sənin dədən türkdü və səndə belə aqressiv münasibət göstərmə. Azərbaycan inkişaf edir. Azərbaycanın rəhbəri hal hazirda öz yerində çox möhkəmdi və çox ağıldan, layiqli idarə edir və sən bu  dövlətlər arasında nifaq toxumu salma. 

Mən də həmin verlişı izlədim. Jirnoviski orda cənab prezidenti  tərifləyir və Heydər Əliyevlə dostluğunu xatırladır. Düşünürəm ki, bu müsbət haldir. İndi biz hər şeyi də öz üzərimizə götürə bilmərik. Gördüyümüz işlərin müsbət nəticəsirdir ki, biz ona Jirinovskini öz tərəfimizə çəkməyə nail olduq. Mən çox sevinirəm ki, bizim partiyamızın bu işdə müsbət rolu oldu. Bunu medya nümayəndələridə bilir ki, biz nə qədər əziyyət çəkdik ki, Jirnoviskini ağıllandıraq və nəhayət ki, ağıllandırdıqda.

- Siz bir müddət əvvəl bildirmişdiniz ki, Jirnoviskinin qulağnı kəsəcəksiniz. Yenə də o fikirdəsiniz?

- Yox. Daha ağıllandı da. Qulağı da qaldı əldə. Rusiya medyasında bu barədə çoxlu açıqlamalar getmışdi. Rusiya qəzetlərində mənim açıqlamalarım barəsində yazı getmişdi. Hətta bəzi saytlarda Jirnoviskinin qulağı əldə karikatura da verilmişdi. Jirnoviskidə belə bir açıqlama vermişdi ki, Azərbaycanda partiyalar məni öldürmək istəyir, mənim başıma pul qoyublar. Vallah o sevinsin ki, qulağı mənim əlimdə qalmadı. Azərbaycana xəyanət edən insanlar var onlarında bir hissəsini ağıllandırmışıq. Hər halda Jirnoviski artıq səmimi etiraf eləmiş, müsbət fikir irəli sürdü. Hər halda düşünürəm ki, artıq onun qulağnın kəsilməsinə gərək yoxdu.

Vəfa Quluzadə: "Heç bir zaman Jirnovski Azərbaycana tərifin "t"-sini belə deməmişdi".

Jirinovskinin qəfil dönüşünü PİA.AZ-a şərh edən politoloq Vəfa Quluzadə isə hesab edir ki, Vladimir Jirinovski Kremli təmsil edir və bu yaltaq davranışın arxasında Rusiyanın bizi Gömrük İttifaqına sürükləmək istəyi dayanır: 

- Bu şəxs Azərbaycanı həmişə söyür və təhqir edirdi. Heç bir zaman Jirnovski Azərbaycana tərifin "t"-sini belə deməmişdi. Onun hər bir fikrində ancaq Azərbaycan və türk dünyasına təhqir var idi. Bununla o, Azərbaycana Kremlin münasibətini bildirirdi. İndi isə Kreml bizi bir təhər vahid Gömrük İttifaqına sürükləmək istəyir. Düşünürəm ki, bu açıqlamanı verməkdə Jirnovski özü yox başqa şəxslər maraqlı olublar. Bu mənada da Vladimir Jirinovski Azərbaycanı tərifləyir və deyir ki, bizim sizə münasibətimiz yaxşıdır. Hesab edirəm ki, burada başqa heç nədən söhbət gedə bilməz".

Təranə
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar