Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nuru Əliyev Hafkadan imtina etdi


“Nurgun Trading” şirkətinin prezidenti Nuru Əliyevlə tanınmış iş adamı Hafiz Məmmədovun qohumluğuna son verilib

 
Ötən il iyulun 6-da dəbdəbəli mərasimlə toy edən qudaların övladları boşanıblar. 

Xəbərdə bildirilir ki, bu qohumluq əlaqəsinin kəsilməsinə səbəb həm də Hafka adı ilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun son aylar biznesində geriləmələr və adının müxtəlif qalmaqallarda hallanmasıdır. “Lans” və “Bakı” klublarının prezidenti Hafiz Məmmədov “Bank of Azerbaijan”ın idarə heyətində uzaqlaşdırıldı, biznes strukturlarından bir neçəsi çökdü. Hafiz Məmmədovun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla şərikli bizneslərində də problemlər yaranıb. Anar Məmmədovun onunla şərikliyə son verdiyi iddia edilir.
 
Hafkanın sahibi olduğu “Bakı” klubunun borclarını verməməsi və AFFA-nın bu ödənişləri Hafiz Məmmədovun adından “borc olaraq” ödəməsi də iş adamı ətrafında yaranan söz-söhbətləri daha da dərinləşdirdi. Nuru Əliyev isə hazırda 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəyə malik “Nurgün Trading”in sahibidir. Mərkəzi anbarları Bakıda yerləşməklə, şirkətin bütün respublikanı əhatə edən distribütor şəbəkəsi fəaliyyət göstərir.
 
«Nurgün» Sirkətlər Qrupu Granini, Perrier, Vittel, S.Pelleqrino, Les Grands Chais və s. kimi markaların Azərbaycan Republikasında eksklüziv distribütorudur. Nuru Əliyev də artıq keçmişə çevrilən qudası kimi futbol həvəskarıdır. O, “Rəvan”a sponsorluq edir.
 
Xatırladaq ki, Hafiz Məmmədovun oğlu Kənan Məmmədovla “Nurgün Trading” şirkətinin prezidenti Nuru Əliyevin qızının toyu 2013-cü il iyulun 6-da “Buta Palace”da baş tutub. Toyda İspaniyanın məşhur opera ifaçısı Xose Karreras, türkiyəli müğənni Kənan Doğulu və Abbas Bağırov iştirak edib. Toyun aparıcısı Murad Dadaşov olub. Qeyd edək ki, Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı fəxri konsuludur. (axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar