Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Palmali” Şirkətlər Qrupunun Bakı ofisində mili ayrı-seçkilik


Şirkətin Bakı ofisindən “Palmali” gəmilərində çalışan azərbaycanlılar qeyri-rəsmi, ruslar isə rəsmi olaraq çalışırlar


“Palmali” gəmilərində qul müamiləsi görən azərbaycanlılar ruslardan 2-3 dəfə az maaş alırlar

I yazı

“Palmali” Şirkətlər Qrupunun Azərbaycanda fəaliyyət göstərən gəmiçilik sektoru ilə bağlı PİA.AZ ilginc informasiya daxil olub. Anonimliyni qoruyan bir qrup dənizçi  bildirir ki, şirkətin Bakı ofisinə rəhbərlik edən Mais Mənsimov (“Palmali” Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı)  və kadrlar idarəsinin rəisi Mahmudağa İsmayılov işçilərin haqqlarını tapdamaqla bərabər onalrın adlarına yazılan vəsaitləri mənimsəyirlər. Belə ki, “Palmali” şirkətinin ölkəmizdəki gəmiçilik sektorunda işləyən şəxslər hər zaman Mahmudağa İsmayılovun təzyiqləri ilə üzləşirlər. 

“Palmali” Şirkətlər Qrupunun gəmilərində işləyən işçilərin ən böyük problemlərindən biri şirkətin işçilərlə əmək müqaviləsi bağlamamasıdır. Dənizdə ağır işlərdə çalışan işçilər bununla sosial sığortalardan və təminatlardan məhrum olurlar. Həmçinin işçilərlə müqavilə bağlanmaması səbəbindən onlara əmək kitabçları verilmir və ağır işlərdə çalışan bu insanlar gələcəkdə təqaüd almaqdan da məhrum olurlar. Bunun müqabilində isə şirkətdə çalışan Rusiya vətəndaşları ilə (ruslar “Palmali” Şirkətlər qrupunun Azərbaycanda fəaliyyət göstərən gəmiçilik sektorunda əksəriyyət təşkil edirlər), əmək müqaviləsi bağlayır və ruslara azərbaycanlı işçilərdən üç dəfə artıq əmək haqqı verirlər.

Anonimliklərini qoryan şikayətçi işçilər qeyd edirlər ki, bu barədə dəfələrlə Əmək və Əhalinin Sosial Təminat Nazirliynin Dövlət Əmək Müfəttişliyinə müraciət etsələrdə, Dövlət Əmək Müfəttişliyinin işçiləri bu qanınsuzluqlara göz yumur və onların şikayətlərinə baxmırlar. Çünki Dövlət Əmək Müfəttişliyinin rəhbərliyi hər ay “Palmali” Şirkətlər qrupunun Azərbaycan sektorunun kadrlar idarəsinin rəisi Mahmudağa İsmayılovdan aylıq adırlar.

Qeyd edək ki, rus işçilərlə müqayisədə azərbaycanlı işçiləri qul səviyyəsində çalışdıran Mais Mənsimov və Mahmudağa İsmayılov azərbaycanlı işçilərlə əmək müqaviləsi bağlamamaqla həmçinin külli miqdarda vergidən yayınırlar. Həmçinin qeyri-rəsmi olaraq çalışan azəbaycanlı işçilərin maaşları ən azı rəsmi işçilərin maaşından iki dəfə az olur ki, bu da  Mais Mənsimova və Mahmudağa İsmayılova böyük gəlirlər gətirir. Bunun müqabilində isə 20 ilə yaxın şirkətdə çalışan dənizçilər bütün sosial təminatlardan və təqaüdddən məhrum olunurlar.

Şikayətçi işçilər qeyd edirlər ki, onlar mövcud acınacaqlı vəziyyətləri ilə bağlı “Palmali” Şirkətlər Qrupunun Türkiyədəki baş ofisinə də dəfələrdə müraciət etsələr də, onların şikayətlərinə baxılmır və növbəti reys zamanı şikayətçilər gəmiyə göndərilmir. Bu isə onu deməyə əsas verir ki, şirkətin prezidenti, dünyaca ünlü iş adamı Mübariz Mənsimov hər şeydən xəbərdardır və bu dözülməz rejim Mənsimovun xeyir-duası ilə həyata keçirilir. Və yaxudda Bakı Ofisi ilə əlbir olan Türkiyə ofisinin rəhbərliyi şikayətləri Mübariz Mənsimovdan gizlədirlər. Elə buna görə də rəsmi orqanlardan heç bir kömək görməyən dənizçilər mətbuata müraciət etməyə məcbur qalıblar.

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, çox vaxt uzaq səfərlərə çıxan böyük gəmilərin işçi heyyətinin yemək pullarını rus kapitanlar mənimsəyirlər. Ərzaqları mənimsənilən işçilər isə günlərlə makaron, düyü yeməyə məcbur olurlar. Bir çox hallarda rus kapitanlar azərbaycanlıları zorla donuz əti yeməyə məcbur edirlər. Dini etiqadlarına görə donuz əti yeməkdən imtina edən azərbaycanlı işçilər isə davamlı olaraq rus kapitanlar tərəfindən ağır işlərə təhkim olunur və onlar haqqında Türkiyə və Bakı ofisinə qeyri-kafi xasiyyatnamələr yollayırlar. Qeyd olunur ki, “Palmali” Şirkətlər Qrupunun gəmilərində işçilərin əmək haqqından gündəlik 10-12 dollar yemək pulu çıxılır. 

Gəmi kapitanlarının ərzaq pullarını mənimsəməsinə görə narazılıq edən işçilər isə Mahmudağa İsmayılov tərəfindən cəzalandırılaraq işdən çıxarılır. Son iki ildə “Palmali” şirkətinin Azərbaycandakı gəmiçilik sektorunda 80 yaxın işçi müxtəlif bəhanələrlə işindən azad olunduğu bildirilir. Bakı ofisinin qeyri-rəsmi baronu Mahmudağa İsmayılovla ən kiçik bir qarşıdurma isə qarşı tərfin işdən atılmasına səbəb olur. Ona görə də işçilər kadrlar idarəsinin rəisi ilə hesablaşmağa və onunla hər hansı bir qarşıdurmaya girməkdən çəkinirlər. 

Kadrlar idarəsi rəisinin isə “fövqəlrəis” olmasının ən əsas səbəblərindən birinin “Palmali”nin ölkəmizdəki rəhbəri Mais Mənsimov Mahmudağa İsmayılovu bütün imkanları ilə müdafiə etməsidir. Şikayətçilər qeyd edirlər ki, Mais Mənsimov inanılmış adamı olan Mahmudağa İsmayılovun əli ilə şirkətdə bir çox maxinasiyalar həyata keçirir.  Bu maxinasiyalardan biri də gəmilərdə işləyən şəxslərin adına yazılan saxta xəstəlik puludur. 

Qeyd edək ki, Mahmudağa İsmayılovla Mais Məmmədovun gəmilərdəki işçi heyyətinin adına yazdırdıqları saxta xəstəlik və azərbaycanlı işçiləri qul kimi çalışdıraraq hər ay əldə etdikləri yüzminlər barədə növbəti yazımızda məlumat verəcəyik.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeylərini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar