Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyevanın həyat kredosu...


Bu bir gerçəklikdir ki, həyat başqalarının dərdini öz dərdi kimi yaşayanları, onların göz yaşına öz göz yaşını qatanları, onnların sevincinə şərik olanları daha çox ucaldır və onlara daha çox səadət və ucalıq bəxş edir


Belə insanlar  üçün həyatda  tək  bir amal var. Həqiqi mənada bu onlarda  hər cür  təmanna hisslərindən uzaq   insanlığa xidmət etmək ,  bəşəri dəyərlər adına,   mənsub olduğu xalq  və ölkə adına şan və şöhrət gətirmək arzusudu. 

 Belə şəxsiyyətlərdə həyatda yaşamaq  insanlığa   xidmət etmək üçün  bir fürsət, vəzifə isə bu amalları gerçəkləşdirmək üçün bir vasitədir. Daha doğrusu onların həyata baxışlarında  zaman və məkan insanların özünü təsdiqi üçün verilmiş şanslardır.

Onlarda  insanlığa olan bu tükənməz sevgi Yaradana ilahi və əbədi  məhəbbətdən qaynaqlanır. 

Bəli ... O insanları insan olduğuna görə sevməklə, özünü sevdirdi və bununla da fəaliyyətə başladığı ilk gündən təvazökarlıqla öz mesajlarını cəmiyyətə, ümumiyyətlə  hər kəsə  çatdırdı. 

Əslində Mehriban xanım Əliyev öz həyat kredosunun formulunu   “...Kimsənsə, elə də olmalısan....özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən... Çünki, sən də, dünyada yerin də yeganə və bənzərsizdir”- deməklə  bildirmişdi. Və hər kəsin də öz formulunu müəyyən etməyi arzulamışdı. 

 O, sadəliyi, nəcibliyi, müdrikliyi, mərhəməti, xeyirxahlığı, fədakarlığı , işgüzarlığı, gərgin əməyi və narahat  həyatı ilə, eyni zamanda təəssübkeşliyi, xeyir-duası ilə həyata keçirdiyi  layihələrlə qısa  zaman kəsiyində  Azərbaycan xalqının böyük  sevgisini və inamını qazandı.

Onun dəstəyi ilə həyata keçirilən qlobal səviyyəli  layihələrin şüaları, tezliklə onun məmləkətinin sərhədlərini aşaraq, beynəlxalq təşkilatların,  Avropa,  Asiya, Afrika  və daha uzaq yerlərin  diqqətini özünə cəlb etməyə başladı.

Dünya Onun  bu nəcib fəaliyyətini  rəğbətlə qarşılayaraq, alqışladı və  bugün  O beynəlxalq aləmdə  zərif cinsin ən güclü  simalarından  biri kimi tanınır, qəbul olunur və  sevilir.

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva. 

Bəli, O, taleyinə və qismətinə düşən dövrün nəbzini tutaraq ağlı, bəlkə də, yaşına uyuşmayan müdrikliyi, ən əsası, onu gözəlləşdirən əməlləri ilə zamanın  fövqünə ucalmağı, onun parlaq zərrəsinə çevrilməyi bacardı. İndi  O,  heç bir mübaliğəsiz, şişirtməsiz, hamının birmənalı qəbul etdiyi şəxsdir. Və etiraf edək ki, müxtəlif səviyyəli, fərqli dünyagörüşlü insanların qəlbinə nüfuz etmək, hamını razı sala biləcək qərarlar qəbul etmək elə  də asan deyildi. O  isə bunu bacarır və özü də çox təbii və yüksək səviyyədə.

İftixarla deməliyik ki, çox  qısa zamanda Mehriban xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində ilk dəfə   Birinci Xanım  İnstitutunu yaradaraq, onun banisi oldu.

 Bugün O  təkcə öz ölkəsinin sevimli   Birinci Ledisi deyil, dünyanın çox sevilən, ən fədakar  və hörmətlə yanaşılan Birinci Ledilərindən birinə, bəlkə də birincilərinə  çevrildi. Onun  qurduğu   Birinci Ledi İnstitutu  bəzi ölkələrdəki formal bir İnstitut kimi deyil, canlı bir varlıq , nümunəvi  bir   model kimi bir çox ölkələrə də örnək oldu.

Şübhəsiz ki, zaman keçəcək illər və fəsillər biri-birini əvəz edəcək və dünyanın  Birinci Ledi İnstitutunun   tarixi  təcrübəsi vəqələnərkən  Azərbaycanin   Birinci Xanım İnstitutunun  zəngin təcrübəsi  nümunəvi bir məktəb olması ilə seçiləcəkdir.  

Sözsüz ki, heç tərəddüd etmədən belə deyə bilərik ki, qədim və rəngarəng  tarixi keçmişi, bu keçmişdə gözəl örnəkləri olan Azərbaycan qadınının ən parlaq səhifəsi məhz ölkəmizin Birinci Xanımının  simasında  indi açılır.   

Bugün  O, beynəlxalq  aləmdə Azərbaycan qadınının əsl portretini təqdim etdiyindən, onun   simvoluna çevrilmişdir. Ölkəmizdə, eləcə də ölkəmizdəın çox  uzaqlarda yüzlərlə, minlərlə sadə insanlar indi öz ehtiyacları üçün mərhəmətin və sevginin əsil ünvanı olan Mehriban xanım Əliyevaya  müraciət edirlər. Təbiidir... Çünki bu nəcib  və müdrik  xanım öz fəaliyyəti, humanist ideyaları və xeyirxahlığı ilə artıq çoxdan mütərəqqi  ictimaiyyətin cazibə mərkəzinə çevrilmışdir. Onun çoxşaxəli fəaliyyətini diqqətlə  izləyir və yüksək qiymətləndirirlər. Bu mənada fəxrlə demıliyik ki, dünyanın elə bir ölkəsi yoxdur ki, O bu ölkənin və xalqın ən ali mükafatına layiq görülməsin və dünyanın hər bir yerindən olan bu insanlar  artıq çox gözəl dərk edirlər ki, bu ünvan çox nadir ünvanlardandır ki, hər kəslə öz sevgisini və mərhəmət dolu yardımını paylaşır.  Mehriban xanım Əliyevayanın  ”...Bəzən cəmiyyətdə  insan elə bir  vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı olur. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır...” fikirlərini düşündükcə  onun insanlığa olan sonsuz sevgi və mərhəmətinin  səbəbi  tam aydın olur.   Əslində bu fikirlər eyni zamanda  laqeyd və biganə  dünya  də bir mənəviyyat dərsidir. 

Ayrı-ayrı ölkələrdə hər cür siyasət və  riyakarlıqdan uzaq,  təmiz və sadə insanlar Mehriban xanım Əliyevaya olan məhəbbət və rəğbətlərini    Onun  “...Bugün bütün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir...”-  mərhəmət  fəlsəfəsinə , bəşəri dəyərlərə sonsuz  sevgisinə   öz yazdıqları  səmimi müraciət,  şer  və nəğmələri ilə    ifadə edirlər.  Bəziləri isə  onun obrazını  təsəvvürlərində  yaratdıqları  kimi:    “Təhsil  Hamisi ”,   “Kimsəsiz Uşaqlara Ana Nəfəsi” ,  “ Bəşəri Dəyərlər Fədaisi ”,  “Xocalının Haray Səsi ”,  “Mərhəmət Carçısı”, “Ümid Çırağı”...  adlandırırlar.

 İnsanlar  Onun haqqında yazmağı, danışmağı və  fikir söyləməyi  özlərinə şərəf    və   borc  bilirlər.

Əlbəttə Mehriban xanım  Əliyevanın portretini çızmaq hədsiz dərəcədə çətindir. 

Çünki  Mehriban xanım  Əliyeva haqqında ən gözəl sözü də , ən gözəl məqaləni də, ən oxunaqlı kitabı, ən gözəl musiqini  də  elə O,  öz əməlləri və fəaliyyəti ilə yaratmışdır.

Hətta ən qüdrətli yaradıcı sənətkar belə  Onu və onun  insanlığa xidmət yolunda  sevgi dolu  fəaliyyətini  Onun qədər  xarakterizə edə bilməz. 

 Onun haqqında yazılan bütün əsərlərdə ,  kitablarda, nəğmələrdə  müəlliflərin qələmə aldığı  fikirlər  Mehriban xanımın müqəddəs  fəaliyyətinin tərənnüm edilməsi yolunda  olan cəhdlərdir. 

  Mehriban xanım  Əliyeva ilk gündən  yaratmaq istədiyi   Kitabın epiloqunu : “Həyatda hər bir kəsin  yerini və taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur.  Öz həyat  kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. ”   deməklə  öz  məramlarını söyləyir. 

Çox  dərin fəlsəfi məna daşıyan bu hikmətli  fikirləri oxuyub düşündükcə  Onun  fəaliyyətinin nə qədər  yüksək zirvələrdə dayanmasının bir daha şahidi oluruq.  

Bu  mənada   Mehriban xanım Əliyeva fəaliyyətinı  son dərəcə mahir və  istedadlı yazıçı səriştəsi ilə və ən əsası isə, böyük səmimiyyətlə yazılmış bir “KİTAB”- a bənzətsək daha doğru olar. Səhifələri  bitməyən və sevilərək oxunan,  həyata keçirdiyi  çox şaxəli, çox həcmli və çox miqyaslı  layihələrlə zəngin bu Kitab o qədər zəngindir ki, onu bir gündə, bir ayda, bir ildə vərəqləmək, oxuyub başa çatdırmaq mümkün deyil. 

         Bu kitab həm də  onun çox yığcam,  ibratamiz ,  müdrik və dərin fəlsəfi  fikirləri ilə zəngin olan məruzə və çıxışlarıdır. Mehriban xanım Əliyevanın hər bir cümləsi  sanki bir aforizmdir, bir  hikmətdir. Bu Kitab həm də Onun həyata  baxış  fəlsəfəsidir.  Hədsiz maraqlı və gərəkli olan bu kitabı oxucu oxuduqca  onun əbədiyyən davam etməsini arzulayır.

Əziz oxucular, 

 Möhtərəm Birinci Xanımımızın  fəaliyyətini əks etdirən , hər sətrində insan sevgisi, mərhəmət və fədakarlıq dayanan və  bizlərin şahidliyi ilə yaratmış olduğu  Həyat Kitabının səhifələrini  vərəqləməklə, ona olan səmimi  düşüncələrimi böyük məmnuniyyətlə sizlərlə birgə paylaşmaq istədim.

2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram və onun ideyalarını yaşatmaq arzusu ilə yaradılan və  onun adını daşıyan Fonda rəhbərlik edən Azərbaycanın Birinci Xanımı tezliklə humanist  ideyaların carçısına çevrildi. 

O,  tezliklə  ölkəmizdə xeyriyəçilik hərəkatının formalaşmasına və kütləviləşməsinı nail oldu. Bu mənada  Mehriban xanım Əliyevanı xeyriyəçilik hərəkatının  banisi hesab etsək heç yanılmarıq. 

O, Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdi, bununla da Ulu Öndərin uşaqlara olan sonsuz sevgisini layiqincə təcəssüm etdirir və  yaşadır. Təsadüfi deyil ki,Onun  uşaqlarla bağlı gördüyü işlər Fondun  ilk və ən böyük tədbirlərindən  və  ilk layihələrindən bir oldu. Bir göz qırpımında sanki işıq sürəti ilə, gecəsini gündüzünə qataraq,  ölkəmizdə elə bir həssas qrup və ya köməyə, ehtiyac olan sahə qalmadı ki, orada Möhtərəm Birinci Xanımımızın ülvi şəfqəti və  dəstəyi  olmasın. Qocalar evi, uşaq və əlillər evi, internatlar....daha nələr ...sadalamaqla bitməz. 

Mehriban xanım Əliyeva ...Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir,qardaş-qardaşa köçək əlini uzatmaq istəmir. Deməsinin səbəbi də 

Onun həyata  keçirdiyi  bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət,  insana sevgi  və sabaha ümid dayanırdı. 

Mehriban xanım Əliyeva   “...Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir,qardaş-qardaşa kömək əlini uzatmaq istəmir.. ”  düşüncəsi ilə  insanları qayğı, mərhəmət göstərməyə  sanki tələsdirir..

Fond tərəfindən Ulu  Öndərimizin  dillər əzbəri olan təhsil millətin gələcəyidir  prinsipini    əsas meyar kimi  götürüldü.  

Azərbaycanın Birinci Xanımı Yeniləşən Azərbaycan üçün Yeni Məktəb konsepsiyasını irəli sürdü və qısa zamanda çox böyük layihələrlə  ölkəmizdə inanılmaz uğurlar qazanıldı. Yüzlərlə tməktəblər daha doğrusu təhsil müəssisələri  xalqın istifadəsinə verildi. Minilliyin çağırışlarının əsas hədəflərindən olan hər kəs üçün təhsil Heydər Əliyev Fondunun fəaliyyətinin əsas xətti oldu. Mükəmməl səviyyədə  təhsil almaq imkanı üçün  təhsilin   ən müasir və yüksək standartlara cavab verən infrastrukturu yaradılmağa start verildi. Ən ucqar bölgələrdən başlayaraq ardıcıl  və çoxsaylı  yeni məktəb layihələri həyata keçirildi.  Elə layihələr ki, fiziki və əqli vəziyyətindən asılı olmayaraq bütün Azərbaycanlı uşaqların zövqünü oxşadı.  Sağlam bədəndə sağlam ruh olar prinsipinə söykənərək,  ən zəruri səhiyyə layihələri  insanların   sabaha  ümid çırağına çevrildi. 

Valideyn himayəsindən məhrum olan uşaqlara Ana məhəbbəti, onlara  qayğı əsl insanlıq nümunəsi  oldu.  

Kimsəsizlərə kimsə və dayaq olmağın  gerçək və həqiqi  mahiyyətini əməli ilə sübut etdi. Əslində Fond tərəfindən  gənc istedadlara yaradılan şərait da  bu uşaqların parlaq sabahı və millətimizin isə gələcəyi demək idi!.. 

Bugün Azərbaycan xalqı  Fondun  bəşəri dəyərlərə  xidmət edən,  qlobal səviyyədə geniş miqyaslı və humanitar  proqram və layihələrinin nəticələrindən qürurla danışır.

Fondun  həyata keçirdiyi  layihələri arasında  bir sıra xarici ölkələrdə məktəblərin  tikdilməsi, dünya mədəniyyətinin nadir incilərinin bərpasının və  qorunub saxlanmasının , xarici ölkələrdə belə xüsusi qayğıya ehtiyacı olan  uşaqlarla bağlı xeyriyyəçilik tədbirləri Azərbaycanın Birinci  Xanımının insan və insanlıq naminə əsl fədakarlığınının nümunəsi idi! 

Bu mənada təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində milli mənəvi dəyərlərin qorunmasına, müqəddəs inanc yerlərinin bərpası və təmirinə yönələn layihələrin  böyük rezonans yaratması da təbiidir. 

Mehriban xanım Əliyeva dünyaya gözünü açdığı  gündən hər bir xalqın milli və mənəvi dəyərlərinin  müqəddəsliyinin olduğu mühitdə  ruhda böyümüş və tərbiyə almışdır.

Odur ki,  uzun əsirlik tarixi olan milli mənəvi   dəyərlərmizin qorumasında xalqımızın hansı keşməkeşli yollar keçdiyini  Mehriban xanım Əliyeva öz çıxışlarında  daima  insanlara xatırladır. Onun müstəqil dövlətimizdə  istər xalqımızın Ulu Öndəri  Heydər Əliyev və istərsə də Prezidentimiz möhtərəm cənab  İlham Əliyevin bu sahəyə xüsusi diqqətinə dəstək verməsini və bu məntiqi qiymətləndirməmək mümkün deyil .

Onun bu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan mədəniyyətinin qarşısında yanan gur işığın şöləsi   dünyanın dörd bir yanına  yayılmış və bəşər sivilizasiyasına çoxsaylı töhfələr verən  xalqımızın minilliklər boyu yaratmış olduğu  mədəniyyətin zənginliyi  bəşər isanını heyran qoymuşdur. 

Bugün nə qədər xoşdur ki,  insanların siyasətdən usandığı və yorulduğu, siyasi danışıqlara inamsızlığın mövcud olduğu  bir zamanda  Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu, ardıcıl və prinsipial  mədəniyyət layihələrin nəticəsində  dünyanın müxtəlif coğrafiyasından olan  fərqli rənglərdə və dillərdə olan  insanlar  Azərbaycan musiqisinin və mədəniyyətinin dilində danışır. Heydər  Əliyev Fondunun  Prezidentinin əsl fədakarlığıdır ki, Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin şah əsərlərindən biri hesab olunur. 

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESKO-nun Dünya Mədəni İrs siyahısında; aşıq sənəti, xalçaçılıq sənəti, tar  ifaçılığı və hazırlanması sənəti, Novruz bayramı, eləcə də xalqımızın qədim milli Çövkən oyunu UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni  İrs üzrə Reprezentativ siyahısında özünə yer almışdır!

Mehriban xanımın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyəti misilsizdir. Onun  təkcə UNESKO-nun Baş qərargahında  təşkil etdiyi möhtəşəm təqdimatları xatırlayaq: Azərbaycanla bağlı nəşrlər,görkəmli şəxsiyəyyətlərimizin yubileyləri,  ölkəmizin sürətli inkişafı, tarixi, mədəni abidələri, əsrarəngiz təbiəti, xalçaçılıq sənəti, milli kulinariyası , müstəqillik illərində inamla irəliləyən Azərbaycanın sürətli inkişafını göz önünə gətirən bənzərsiz sərgilər, incəsənət ustalarının doyumsuz konsert proqramları... 

Hər biri bir-birindən bənzərsiz olan və Azərbaycan təntənəsi yaşanan təkrarsız tədbirlər.

Əslində  hər bir layihənin təbliğini  bu milli dəyərləri, bu mədəniyyəti yaradan Azərbaycan  insanın tanıtımı kimi də qiymətləndirmək olar.  Heydər Əliyev Fondunun Pezidentinin , UNESKO – nun Xoşməramlı Səfiri   Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən  bu tədbirlər təkcə Azərbaycan mədəniyyətinin yox, eyni zamanda  UNESKO tarixinin uğurlu layihəsi olmaqla da əlamətdar tarixi hadisə kimi sayılmalıdır.

 Yaxud bu qurumla birgə elm, təhsil, mədəniyyət sahəsində Bakıda keçirilən mötəbər beynəlxalq tədbirləri yada salaq.  Birinci Ledinin Azərbaycan-UNESKO münasibətlərinin möhkəmlənməsindəki danılmaz xidmətləri də ayrıca söhbətin mövzusudur. 

UNESKO-nun sabiq Baş direktoru Koişiro Matsuuranın  "Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESKO arasında sıx əməkdaşlıq yaranmışdır"  fikri çox böyük mətləbləri təsdiq edir. 

Qurumun hazırkı Baş direktoru İrina Bokovanın Mehriban xanım haqqında qənaətini də bölüşməyə bilmərəm: “Sizi Xoşməramlı Səfirlər sırasında görmək bizim üçün, UNESKO üçün şərəfdir. Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”. 

İzlədiyimiz bütün tədbirlərdə Mehriban xanım Əliyevanın UNESKO-nun xoşməramlı səfirləri arasında nə qədər  böyük nüfuza malik olmasını iftixar hissi ilə  şahidi oluruq.

 Təbiidir, Azərbaycanın Birinci  Xanımı UNESKO-nun məqsəd və məramlarının həyata keçirilməsində  çox əhəmiyyətli işlər  görərək, təşkilatın nüfuzuna  mühüm töhfələr verir. 

Əminliklə deyə bilərəm ki, təsis edildiyi gündən çağımızadək UNESKO-nun keçdiyi tarixi yola baxsaq  UNESKO-nun xoşməramlı səfirləri sırasında Mehriban xanım Əliyevanın özünəməxsus və misilsiz xidmətlərinin olduğunun şahidi olarıq.

Mehriban xanım Əliyeva  İSESKO-nun Xoşməramlı Səfiri  kimi  qısa müddətdə üçüncü minilliyin ən önəmli problemlərindən olan  mədəniyyətlərarası dialoqa və  tolerantlığa  özünün davamlı töhfələrini verir. Günümüzdə gündən-günə artan irqçilik fonunda Onun bilavasitə təşəbbüsü ilə yaradılmış  Beynəlxaq Tolerantlıq Mərkəzi beynəlxalq ictimaiyyət üçün  model olmaqla, sülhün,humanizmin,  hüzurun, sabitliyin, dostluğun, qardaşlığın və rifahın qorunması üçün  dünya  insanlarına bir çağırışıdır.  Bu mənada Azərbaycanın Birinci Xanımının ictimai vəzifələri sırasında, daha doğrusu insanlıq üçün təmənnasız xidmətləri sırasında  İslam ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının, İSESKO-nun Xoşməramlı Səfiri kimi fəxri, şərəfli və məsuliyyətli missiyasından doğan fəaliyyəti  islam dünyası üçün bir fəxarətdir desək daha ədalətli yanaşma olar. Heç də təsadüfi deyil ki, ölkəmizlə İƏT-nın müxtəlif təşkilatları arasında münasibətlərin möhkəmlənməsində  Onun fəaliyyəti də islam aləmində çox  təqdirəlayiq qiymətləndirilir.

 “Bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsiniz” sualına Azərbaycanın Birinci Xanımı belə cavab verir: 

“Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin tarixi və mədəni köklərə malik olan xalqını göstərmək, bizim mədəniyyətin, incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır.”

Mehriban xanımın bütün fəaliyyətinin   böyüklüyü və  ucalığının səbəbi  onun içdən gələn  səmimimiyyəti və   vətənpərvərliyidir! 

O, istər UNESKO-dan, istərsə  İSESKO-dan,  istərsə də digər mötəbər tribunalardan mütləq Azərbaycan həqiqətlərinin çatdırılması üçün istifadə edir, özü də böyük məharətlə.

 O, çox önəmli auditoriyalarda çıxışları zamanı ölkəmizin uğurlarını diqqətə çatdıraraq, nəzərləri hər zaman  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərindən danışır, işğal altında qalan tarixi və  mədəni abidələrimizin qorunması məsələsini qaldırır, onların məhv edilməsindən narahatlığını ifadə edir. 

Fərqi yoxdur hansı tipli tədbirdir,  Mehriban xanım Əliyevanın mükəmməl nitqləri, çıxışları Azərbaycanı tanıtmaq, onun keçdiyi şərəfli yol haqqında yığcam və yüksək səviyyəli təəssürat yaratmaq, bir sözlə, xalqımızın milli kimliyinin təqdimatı baxımından xüsusi əhəmiyyətə malikdir...

Qeyd etmək  lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və iştirakı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bir sıra xarici ölkələrdə keçirilən tədbirlər də sıradan tədbirlər deyildi! 

Dünyanın harasında olursa-olsun, bu tədbirlər Azərbaycanın  layiqli təqdimatı, Azərbaycanın  təbliğidir. Bu tədbirlər Şərqlə Qərbin daha doğrusu mədəniyyətlərin  qovuşağında yerləşən Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu hər kəsə dönə-dönə anlatmaqdır.  Bugün Avropaya öz mədəniyyəti ilə gedən Azərbaycan sübut edir ki, o, artıq nəinki Avropa ailəsinə inteqrasiya edir, hətta bu ailəyə sonsuz töhfə verərək onun  ayrılmaz bir üzvüdür!..

“Biz azərbaycanlılar öz mədəniyyətimizlə, qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni irsinə çox böyük hörmətlə yanaşırıq” deyən Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən qlobal layihələr də geniş əks-sədaya səbəb oldu.  

Onun bu fikirləri Azərbaycanın Birinci  Xanımının  bütün layihələrində və  fəaliyyətində   milli dəyərlərlə bəşəri dəyərlərin sintezinin və vəhdətinin vacibliyini bir daha sübut edir . 

Bütün bu humanist addımların və  ülvi fəaliyyətin əsil fəlsəfəsi  ancaq bir  amala  söykənir.  Bu müqəddəs  amal  dünyanın mədəni irsini qorumaq, dünya insanına, bütövlükdə bəşəriyyətə sevgi və mərhəmətlə xidmət etmək! 

Bugün istər ölkə daxilində istər ölkə xaricində  bu amallar hər kəs tərəfindən  məhz  Heydər Əliyev Fondunun əsas  prinsip və idealları  kimi də qəbul edilir.

Yaxud... 20-ci əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına Heydər Əliyev Fondu qədər böyük və davamlı dəstək verən ikinci qurum tapmaq çətindir.

 Etiraf etməliyik ki, dövlətimizin, möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahədə gördüyü işlərə ən böyük dəstəyi məhz Heydər Əliyev Fondu vermişdir və indi də davam edir!.. 

Biz Mehriban xanım  Əliyevanı, həm də beynəlxalq səviyyədə çox fəal bir siyasi xadim kimi görür, onun fəaliyyətini bir Azərbaycan qadını kimi sonsuz qürur hissi ilə izləyirik. 

O, bu fəaliyyəti ilə bizə, məxsus olduğu xalqın qadınlarına əsl nümunədir. 

Fəxr edirik ki, O, harada olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün  AZƏRBAYCAN sevgisi,  İNSAN sevgisi birincidir!

 Bu sevgidən isə hər kəsdən əvvəl xalqımız və əlbəttə  hər bir Azərbaycan övladı bəhrələnir...

“Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin” – bu, Azərbaycanın Birinci  Xanımı Mehriban Əliyevanın fikridir. Nə qədər səmimi və nə qədər  təvazökar bir münasibət! İnsanlara təmənnasız kömək  etmək  təməlində əxlaq və vicdan dayanan  siyasət deyilmi.  

Mehriban xanım Əliyeva   “...hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud  dağıdıcısı olmasını özü yazır...” deməklə  müxtəlif siyasi oyunlardan, hakimiyyət davasından, yeni torpaq və  ərazi bölgülərindən , separatizmdən, müxtəlif münaqişələrdən,  başqalarının sərvətlərini  haqsız yiyələnməsindən, gücün  ədalət,  xaosun  demokratiya kimi təqdim olunmasından, anbaan artan parçala və hökm sür deyənlərdən yorulmuş çağdaş dünyaya sanki çağırış edir. 

Bu fikirlər və düşüncələr bir daha göstərir ki, məhz  mənəvi ucalıq zirvəsində   dayanan  Azərbaycanın Birinci Xanımı  nəcibliyi ilə böyük hərflərlə yazılmış İNSANLIĞA xidmət edir!..

Onun fəaliyyəti  bir  Kitabdır, dedim. Azərbaycan xalqının ruhunu oxşayan və insanlığa xidmət edən  bu Kitab heç bir tərcüməyə ehtiyac olmadan bütün dillərdə sevilə-sevilə oxunan bir kitabdır.  Vətənə, xalqa, insanlığa xoşməramlı xidmət davam edəcək və bu kitabın səhifələri də sonsuza qədər davam edəcəkdir . Və biz də o Kitabı dönə-dönə vərəqləyəcək və sevə-sevə oxuyacağıq..

Bu yazıda mən ürək sözlərimi   Prezident İlham Əliyevin Mehriban Əliyeva haqqında fikri ilə yekunlaşdırmaq istərdim.  Heç şübhəsiz, heç kim onu, onun ömür gün yoldaşı, Respublikamızın prezidenti möhtərəm  cənab İlham Əliyev qədər xarakterizə edə bilməz:

 “Mən çox şadam ki, Mehriban ölkənin bir çox vacib işlərində fəal iştirak edir. Birinci Ledi statusu bir növ həyat yoldaşının vəzifəsindən yaranır, ancaq bu statusun arxasında onu daşıyan insanın iradəsi,  səyi və canatımı durur. Mən çox sevinirəm ki, Mehribanın başçılıq etdiyi Heydər Əliyev Fondu çətinlik çəkən insanlar üçün çox iş görür. Heydər Əliyev Fondu dövlət qurumlarında problemlərini həll edə bilməyən insanların son ünvanıdır. Fond son pəncərədir .  İnsanlar ora eşidilmək ümidi ilə gedirlər və ümidləri doğrulur... Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq".

Bəli, Mehriban xanım  Əliyevanın insan sevgisi ilə dolu olan ürəyindən çağlayan  nəcib əməlləri  cildlərlə kitabların qızıl hərflərlə  yazılmış sətirlərində, insanların qan yaddaşında öz əksini tapacaqdır.

 O Kitab ki, yazanı da, yaradanı da  Azərbaycanın Birinci Xanımı, UNESKO və  İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti və millət vəkili  Mehriban Əliyevadır. 

Bu  Kitabın isə bir  proloqu var:  milyonlarla  könüllərdə ucalmış  əbədi xalq məhəbbəti.

MƏLAHƏT İBRAHİMQIZI,

Millət vəkili, Siayasi elmlər üzrə fəlsəfə doktoru


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar