Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəthullah Gülən adamlarının Azərbaycana gəlməsindən danışdı - Video


Türkiyədə bir neçə ay bundan əvvəl hökumətlə qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülən buhəftəki söhbətində Azərbaycandan da bəhs edib


ABŞ-ın Pensilvaniya ştatında yaşadığı bildirilən din xadimi Fəthullah Gülənin söhbətlərinin yayımlandığı saytda “Utanılası iş görməmisiniz: mətin dayanın və axirətə borclu gedən siz olmayın (alacaqlı gedin)!” adlı söhbəti yer alıb.

Gülən söhbət çərçivəsində Ərdoğanın onları haşhaşilərə bənzətməsindən tutmuş, bir sıra məsələlərə toxunur. Ən maraqlısı isə o, söhbət daxilində 90-cı illərdə Azərbaycanda yaranmış vəziyyətləri də yada salıb və onların vasitəsilə ölkəmizəd məktəblərin açılmasından söz açıb.

Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə oraya getmişdilər. Bizimkilər “İşğal edildik” deyə mənə zəng etdilər, dedim ki, “təhlükəli bir gündə, ölmək lazım olan bir gündə onları tərk edib gəlsəniz, gələcəkdə sizə inanmazlar. Onlar bizim qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”. Və ayrılmayıb orada oldular. O məktəblər orada bu şəkildə quruldu və bu sözün də bu işin də şahidi olan dostların da əksəriyyəti bu gün həyatdadır” – deyə Fəthullah Gülən söhbətində vurğulayıb.

Qeyd edək ki, bu il iyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə bir neçə bağça, ölkənin müxtəlif bölgələrində 11 lisey, "Araz" hazırlıq kursları daxildir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar