Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Ağayevdən Vəfa Quluzadəyə şok ittiham


Rasim Ağayev: “Vəfa Quluzadə Heydər Əliyevin sirlərini Amerikaya ötürürdü”


Haqqin.az saytının daimi müəlliflərindən olan politoloq Rasim Ağayev həmkarı Vəfa Quluzadənin “Yeni Müsavat” qəzetinə son müsahibəsində onun ünvanına səsləndirdiyi fikirlərə kəskin cavab verib.

R.Ağayev haqqin.az saytında bu gün işıq üzü görən məqaləsində V.Quluzadəni siyasi riyakarlıqda suçlayıb.

“Açığı, mənim Quluzadənin müsahibələrini oxumağa, illah da onuna ünsiyyətə və siyasi baxışlarına şərh verməyə heç vaxt xüsusi həvəsim olmayıb. Onun adını yalnız bir dəfə çəkmişəm. O da Zərdüşt Əlizadə ilə birgə yazdığımız “İkinci respublikanın sonu” adlı kitabda. Həmin kitabda da göstərmişik ki, Vəfa Quluzadə kəskin siyasi mübarizə dövründə eyni vaxtda iki stulda oturmaq istəyir, Kommunist Partiyası Mərkəzi Komitəsi ilə Xalq Cəbhəsinin qərargahı arasında var-gəl edirdi. Beynəlxalq şöbənin müdiri olan Vəfa Quluzadənin yaxalığının altında Elçibəyin əksi olan nişan vardı. Zaman keçdikcə həmin nişanı üstündə Heydər Əliyevin əksi olan başqa nişan əvəzlədi. Bu siyasi ikiüzlülük hakimiyyət uğrunda mübarizənin kəskinləşdiyi günlərdə açıq xəyanət şəklini aldı” - deyə R.Ağayev yazır.

Müəllif bildirir ki, amma bu kitab çoxdan yazılıb və V.Quluzadə müsahibəsində ona irad tutmasaydı, bunları heç yada da salmazdı.

Həmişə sərt anti-Rusiya mövqeyi ilə seçilən V.Quluzadənin rus xalqının və Rusiyanın ünvanına bəlağətlə tərif söyləməsini “zamanın və cari siyasi konyukturanın tələbi” ilə izah edən R.Ağayev daha sonra sabiq prezident Ayaz Mütəllibovun və xarici kəşfiyyat rezidentlərindən birinin fikirlərini xatırladır: “Onlar “Novoye vremya” qəzetinə açqılamalarında beynəlxalq məsələlər üzrə yüksək rütbəli məmur Vəfa Quluzadənin sakitcə hansı işləri görməsindən və bundan nə qədər qazanmasından danışmışdılar. O, indi də mərhum prezidentin adından qazanmağa çalışır. Özündən belə rəvayətlər uydurur ki, Heydər Əliyev onun çıxışlarını guya həmişə bəyənib. Adamın buna inanmağı gəlmir, çünki ortadakı xəyanət təzə faktdır.

Əgər hamıya tez inanan Ayaz Mütəllibov Prezident Aparatından fasiləsiz informasiya sızıntısına diqqət yetirirdisə, ən təcrübəli siyasətçilərdən biri olan general Heydər Əliyev şübhəsiz ki, amerikalı diplomatların Azərbaycandakı vəziyyətə dair dərin və şübhəli məlumatlılığının səbəblərini köklərinə qədər öyrənmişdi. Onun buna reaksiyası özünü çox gözlətmədi və çox sərt oldu. Belə hallarda nə olmalı idisə, o da oldu. Əliyev Quluzadəni öz aparatından satqın xidmətçilər kral sarayından qovulan sayaq kənarlaşdırdı.

Açıq danışası olsaq, Heydər Əliyevin mənsub olduğu siyasi məktəblər satqınları sevmir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar