Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubadlının işğalından 21 il keçir


Azərbaycana 9 milli qəhrəman verən rayonu ermənilər talan edib


Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 21 ili tamam olur. Qubadlı rayonu 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində rayonun əhalisinin sayı 30 min nəfər olub.


Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırda 35 min 836 nəfərdən ibarət Qubadlı əhalisi respublikanın 42 rayonunda məcburi köçkün ömrü yaşayır.

Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 
 İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1  yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.

Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.

Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.
Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13365 hektar meşə sahəsi işğal altında qalıb.

 Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Dünən Qubadlı rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhərində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra tədbir Sumqayıt şəhərində yerləşən Olimpiya İdman Kompleksində davam etdirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı M.İsaqov rayonun işğalı, məcburi köçkün həyatı yaşamağa məcbur olan rayon sakinlərinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov torpaqlarımızın işğalını daimi kədər içərisində yad etməyin düzgün olmadığını bildirib. Bu gün keçirilən tədbirin formatının fərqli olduğunu deyən Ə.Həsənov Qubadlının mədəni-tarixi abidələrindən danışıb. Onun sözlərinə görə, Qubadlı Azərbaycana Qaçaq Nəbi, Həcər, görkəmli ziyalılar, Valeh Bərşadlı kimi general bəxş edib: “149 Milli Qəhrəmanın 9 nəfəri Qubadlı sakinidir. Bu, rayon əhalisinin düşmənlə kifayət qədər döyüşdüyünü göstərir”.

Ə.Həsənov Azərbaycan prezidenti İlham Əliyevin düşmənin işğal olunmuş torpaqlarımızdan çıxaracağına əmin olduqlarını vurğulayıb: “Prezidentimiz mütləq buna nail olacaq. Dövlət başçısı Avropa Şurasında son çıxışında bütün Avropanın iç üzünü açdı. Bunu heç bir prezident edə bilməzdi”.

Tədbir məktəblilərin paradı və idmançıların çıxışları ilə davam etdirilib. Milli Qəhrəman Əliyar Əliyev adına idman klubunun güləşçiləri öz məharətlərini göstəriblər. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar