Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədrinin “Təmiz Binəqədi”dən qazandığı milyonlar....


Xaləddin İsggəndərovun Binəqədi rayonunda 2014-cü ilin əvvəlində başlatdığı “Təmiz Binəqədi” lahiyyəsinin əsl mahiyyəti artıq hər kəsə bəlli olur


Binəqədi rayon icra hakimiyyətinin həyata keçirdiyi bu lahiyyədə bəzi məmurların və bələdiyyə sədrlərinin söküntülərdən qazandıqları  milyonlarla manat vəsait olub

Binəqədinin ən böyük qəsəbələrindən biri olan Biləcəridə həyata keçrilən bu reklam xarakterli kampaniyada yüzlərlə yerli sakin ciddi ziyan çəkib. Səbəb çox sadədir. Əlində icra hakimiyyətinin və bələdiyyənin söküntü üçün göstərişi olan Bələdiyyə sədri qanunun tələblərini pozaraq yüzlərlə Biləcəri sakinin evini başına uçurdub. Bu barədə Biləcəridən PİA.AZ-a daxil olan şikayət məktubunda bildirilirdi.

PİA.AZ-ın əməkdaşı Biləcəri qəsəbəsində olub və sakinlərlə görüşdüyü zaman bələdiyyə sədrinin özbaşınalıqlıqları ilə bağlı sakinlərin şikayətlərini dinləyib. Qəsəbə sakinləri bələdiyyə sədrinin son bir il ərzində qəsəbədə 100-dən artıq evin sökülməsinə göstəriş verdiyini bildirdilər. Qəsəbədə ən böyük zərbə isə sözsüz sahibkarlara vurulub. 

Biləcəridə özünü icarədar məmur kimi tanıdan İlham Xəlilovun 100-dən artıq mağazası və iaşə obyekti olduğu haqda xəbəri daha əvvəldə vermişdik. Qəsəbə sakinləri etiraf edir ki, yolların genişləndirilməsi adı altında sökülən mağazaların yerində İlham Xəlilov özü üçün mağazalar inşa etdirib. Elə bu səbədən də qəsəbə ərazisində fəaliyyət göstərən sahibkarların fəaliyyəti dözülməz dərəcədə pisləşib. 

Mağazaları sökülməyən sahibkarlar bildirib ki, məhz bələdiyyə sədri İlham Xəlilov tərəfindənonlara təyziq edilir və vaxtaşırı müxtəlif adlarla onlardan qanunsuz vəsaitlər toplanır. Əsasən təmir işlərinin görülməsi adı ilə sahibkarlar “aylığa” oturdulublar. Əslində isə rayon ərazisində ciddi abadlıq işləri görülmür, yalnız daha çox maxinasiya aparmaq mümkün olan başdansovdu kosmetik işlər aparılır. 

İcra başçısı Xaləddin İbrahimovun göstərişi ilə abadlıq işlərinə nəzarəti əlində cəmləşdirən İlham Xəlilov səlahiyyətlərini aşaraq sahibkarlara verilən sərəncamları, məhkəmənin qərarı olmadan ləğv edir. 

Biləcəridə İlham Xəlilovun qəzəbinə tuş gələn sahibkarlardan biri də əslən Masallı rayonundan olan Xalid Bağırovdur.  2010-cu ildən Biləcəri qəsəbəsində 150 kvadratmetrlik  mağaza lan Xalid Bağırovun mağazası heç bir səbəb göstərilmədən 2014-cü ilin yanvarında sökülüb.  Sahibkarın sözlərinə görə 2013-cü ilin sonlarında Bələdiyyə sədri yaxın adamları vasitəsilə ona sifariş göndərib və onun mağazasını almaq istədiyini bildirib. Lakin Xalid Bağırov bu təklifdən imtina edib. Cəmi bir neçə gün sonra bələdiyyə sədri İlham Xəlilov sahibkarla şəxsən görüşüb və sahibkara mağaza üçün 180 min dollar təklif edib. Bundan da imtina edən sahibkarın qanuni obyekti isə bir ay sonra yolların genişləndirilməsi adı altında sökülüb. 

Xalid Bağırov bu günə qədər sökülən mağazası üçün kompensasiya ala bilmir. Ən maraqlı məqam ondan ibarətdir ki, indi həmin yerdə İlham Xəlilova məxsus olduğu deyilən  Çay evi fəaliyyət göstərir. Sahibkar onun sökülən mağazasının yerində taxta konstruksiyalı «Çay evi»nin məhz İlham Xəlilova məxsus olduğunu söylədi.

“Təmiz Binəqədi” lahiyyəsini Biləcəri sakinləri bildirir ki, süni torpaq təpəciklər ucaltmaqla əslində icra başçısı və bələdiyyə sədri  problemlər girdabında boğulan Binəqədi ərazisini sanki “gizlətmək” istəyirlər. Binəqədinin yaşayış massivlərini “yaşıl təpəciklərin” arxasında “gizlədən” məmurlar rayonda baş alıb gedən qanunsuzluqlardan, sakinləri cana doyduran problemlərdən sanki xəbərsizdir. Əslində isə bu təpəciklərin arxasında illərlə toplanan problemlər dağ kimi ucalır. 

Biləcəri qəsəbəsində birbaşa tikinti işlərinə nəzarət edən İlham Xəlilov bu biznesdən milyonlarla manat vəsait qazandığı göz önündədir.  Qəsəbədə yerindən asılı olaraq tikinti tikmək üçün 5 min manatdan 10 min manata qədər, bəzən isə daha artıq vəsait tələb olunur. Tikilən evin bir və ya iki mərtəbəli olmasının da qiymətə böyük təsiri vardır. 

İmkansız və tək olan yaşlı insanlara qarşı İlham Xəlilovun “xüsusi” sevgisi var. Bu ilin İyun ayında İlham Xəlilov bu “sevgi” nəticəsində qəsəbənin “Nəqliyyatçı” parkı adlanan ərazisindən iki ailəni Binəqədi qəsəbəsində tikdirdiyi evlərə köçürdüb.  Parkın ən gözəgəlimli yerində olan bu evləri sökdürərək yerində özünə müasir tipli villalar inşa etdirib.

Ardı var…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar