Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlı Təhsil Şöbəsində əlbəyaxa dava


Şamil Nurəliyevin pul qarşılığında dərs saatlarını bölməsi müəllimlərlə onun arasında münaqişəyə səbəb olub


Saatlıda yeni dərs ilinin başlaması birincilər üçün nə qədər sevincli olsa da, müəllimlər üçün acınacaqlı hadisə ilə yadda qalıb. JAM.AZ xəbər verir ki, dünən rayon Təhsil Şöbəsinin binasında müəllimlərlə yerli şöbənin müdiri Şamil Nuraəliyev arasında dava düşüb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, olay ilk olaraq Təhsil Şöbəsinin binasının içində başlayıb. Kənd və rayon məktəblərinin direktorları ilə müəllimləri arasında başlayan problem, sonradan təhsil şöbəsinin müdiri ilə müəllimlər arasında start götürüb. Verilən məlumata görə, söz «atışması» ilə başlamış proses sonradan şöbənin binasının qarşısında əlbəyaxa davaya çevrilib. 

Məlumatı verən şəxslər belə biabırçılığın hansı səbəbdən baş verdiyini də qeyd ediblər. Onların bildirdiyinə görə, Saatlı təhsil şöbəsinin müdiri Şamil Nurəliyevlə müəllimlər arasında əlbəyaxa davanın düşməsinə səbəb dərs saatlarının düzgün bölüşdürülməməsidir. Belə ki, şöbə müdiri bəzi müəllimlərə 24 saat, bəzilərinə 12 saat dərs saatı verməklə kifayətlənmək istəyib. 

İddialara görə, hətta bəzi orta məktəblərdə ixtisaslı müəllim olduğu halda onlara aid olan dərslərin böyük bir qismi həmin fənnə yaxından və uzaqdan heç bir bağlılığı olmayan şəxslərə verilib. Məlumatda o da iddia edilir ki, Şamil Nurəliyevin belə bir addım atması qəsdən olub və proses pul qarşılığında reallaşdırılıb. Yəni, pul verən müəllimlərə yetərli qədər dərs saatı ayrılıb, verməyənlər isə şikayət üçün Saatlı Təhsil Şöbəsinin binasına gəliblər. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar