Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətainin başçısı 3 milyonluq obyekti sökdürdü


Tahir Qocayev mülkiyyət hüququnun pozulmasından şikayətçidir


Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, 12/10 ünvandan redaksiyamıza şikayət gəlib. 

Şikayətçi Tahir Qocayev deyir ki, 12.5 sot ərazi onun şəxsi mülkiyyətdir: “Hazırkı bazar qiymətilə bura satışa çıxarılsa, 3 milyon manat dəyəri var. Amma 2012-ci ildən məni cəncələ salıblar. Dedilər ki, sənin bu mülkün ”Ağ şəhər" layihəsində yola düşür deyə söküləcəkdir. Nə etmək olar? Dövlətlə dövlətlik edəsi deyilik ki. Əvvəl bu işi “Azəryolservis”ə vermişdilər. 

Gəlib ölçüb-biçib bura biabırçı qiymət təyin etdilər -189.840 manat. Mən də, təbii, bu qiymətlə razılaşmadım. Bu işlər “Azəryolservis”dən Xətai Rayon İcra Hakimiyyətinə veriləndən isə vəziyyət lap bərbad oldu. Sentyabrın 9-u mən hüzrdə idim. Bir də qonşular mənə zəng vurdu ki: “Tahir, yerin uçub. Gəl gör niyə uçub”. Tələm-tələsik gəldim, gördüm binanın bir hissəsi uçurulub. 3 seyf qapım oğurlanıb, başqa nə qədər materiallar oğurlanıb.

Vəziyyətlə bağlı Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin müəllimin yanına getdim. Dedim, məndən sənəd istəmisiz, bildirmişdiniz ki, sökülməmişdən öncə sizə xəbər veriləcək, ərazinizin qiyməti yenidən müəyyənləşəcək. Amma görürəm mülkiyyətim sökülüb. Kim söküb? Dedi bilmirəm. Mən də dedim ki, mənimlə küçə adamı kimi danışma. Mən bu ölkənin vətəndaşıyam, mülkiyyət hüququm var. Necə yəni xəbərim yoxdur. Prezident bilsə, sən ona nə cavab verəcəksən?"

İndi nagüman qalmışam. Prezidentə, Bakı şəhər İcra Hakimiyyətinə teleqram vurmuşam. Hələ heç bir cavab yoxdur. 102-yə zəng vurmuşam. Polis də deyir gəl izahat yaz. Mən nə izahat yazım? Gəlsinlər əmlakımı kim bu günə qoyub araşdırsınlar".

T.Qocayev vaxtilə sex kimi fəaliyyət göstərmiş böyük tikili üçün müəyyən edilmiş məbləğin çox az olduğunu və məhkəməyə şikayət etdiyini dedi. (aznews.az)






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar