Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Azərbaycanda Neftçilər Günüdür


"Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü il 20 sentyabr tarixindən artıq 20 il keçir


Məhz bu tarixdə Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər.
 
Bu müqavilə haqlı olaraq ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edirlər.
 
Neft-qaz sektoru indi də Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi qalmaqda davam edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan SSRİ-nin mövcudluğunun son illərində durğunluğun yarandığı sahənin inkişafında böyük uğurlara nail oldu. Bu sahə dirçəlməyə başladı. Həm quruda, həm də dənizdə yataqların işlənməsi ilə bağlı bir sıra müqavilələr imzalandı. Nəticədə AzərbaycanAzəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi əfsanəvi karbohidrogen yataqlarını dünyaya hədiyyə etdi.

Azərbaycan artıq dünya bazarında özünü etibarlı neft ixracatçısı kimi təsdiqləyib və hazırda Azərbaycan qazının Avropa ölkələri bazarına çıxarılması istiqamətində aktiv işlər görülür. Artıq qazın Türkiyə ərazisindən Avropa sərhədlərinə nəql olunmasını təmin edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı qərar qəbul edilib. Həmçinin bu ilin iyun ayında Trans-Adriatik boru kəməri (TAP) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib. Azərbaycan qazının Avropaya nəqli yolunda növbəti addım "Şahdəniz" konsorsiumu və Avropanın qaz alıcıları arasında bağlanan sazişlər olub.
 
Azərbaycandan qazın Avropaya ixracının başlanğıcını Avropaya öz karbohidrogen tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etmək imkanı verəcək "Cənub Qaz Dəhlizi" qoyacaq.

Yeni bazarlara qaz ixracının təmin olunması çərçivəsində 2013-cü il dekabrın 17-də "Şahdəniz" qaz-kondensat yatağının 2-ci mərhələsinin işlənməsi üzrə yekun investisiya qərarı qəbul edilib. Həmin qərara əsasən, hər il 10 milyard kubmetr həcmində qaz Avropa bazarlarına, 6 milyard kubmetr qaz isə Türkiyəyə ixrac olunacaq.
 
Yatağın ikinci mərhələsinin işlənməsi çərçivəsində qaz Türkiyəyə və Avropa bazarlarına Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP-ın tikintisi yolu ilə ixrac olunacaq.
 
TAP-ın ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edəcək. Sonradan bu göstərici 20 milyard kubmetrə qədər artırıla bilər. Öz başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürən ТАР-a qədər Azərbaycan qazı Türkiyə ərazisi ilə TANAP vasitəsilə nəql ediləcək. TANAP-a qədər isə qaz hazırda fəaliyyət göstərən və gələcəkdə genişləndiriləcək 700 kilometrlik Cənubi Qafqaz qaz kəməri ilə nəql olunacaq.
 
Qeyd etmək lazımdır ki, 20 ildən sonra 20 sentyabr tarixi növbəti dəfə əbədiləşdiriləcək. Çünki bu il məhz bu tarixdə Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinə başlanması mərasimi keçiriləcək ki, bu da faktiki olaraq “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasına start verilməsi deməkdir.
 
“Cənub Qaz Dəhlizi” çərçivəsində yaradılacaq qaz nəqliyyatı infrastrukturunun perspektiv imkanları gələcəkdə Azərbaycanın digər yataqlarından əlavə qaz həcmlərinin Avropa bazarlarına, eləcə də üçüncü ölkələrə ixracını təmin edəcək ki, bu da ölkəmizin ixrac və tranzit potensialının inkişafına öz töhfəsini verəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar