Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: ”Bu, yeni əsrin layihəsidir”


Bu gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməli atılıb


Təməlatma mərasimi Heydər Əliyev Mərkəzində böyük ekranda canlı yayımlanıb.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneqronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri iştirak ediblər.

İlk borunun üzərində Cənub Qaz dəhlizinin keçəcəyi ölkələrin, eləcə də ARDNŞ və BP-nin bayraqlarının əksi olub. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev, daha sonra isə digər ölkələrin dövlət və hökumət rəsmiləri, ARDRŞ və BP prezidentləri bayraq əkslərinin aşağısından imza atıblar. Borunun qarşısında xatirə şəkli çəkdirildikdən sonra ilk boru xəndəyə döşənərək Cənub Qaz Dəhlizinin təməli atılıb.

Prezident İlham Əliyev çıxışında deyib ki, bu layihə Avropanın enerji xəritəsini dəyişəcək: “Bu layihənin Azərbaycan üçün faydası var. Kəmər qaz resurslarımızı dünya bazarına çıxarmağa imkan verəcək. Bu layihə ilə tranzit ölkələrə yeni imkan yaranır, istehlakçı ölkələr yeni mənbə əldə edir. Əslində bu, yeni əsrin layihəsidir. Ən azı 100 il ərzində layihə iştirakçısı olan bütün ölkələr fayda götürəcəklər”.

20 il əvvəl “Əsrin müqaviləsi”nin imzalandığını, daha sonra Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkildiyini xatırladan prezident İlham Əliyev deyib ki, bu gün yeni komanda yeni layihənin əsasını qoyur: “Burada uduzan tərəf yoxdur”.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar