Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboyda bir ailənin 7 üzvü öldürüldü - Yeniləndi - Video


Goranboy rayonunda ağır qətl hadisəsi baş verib


Bu barədə Goranboy rayon Prokurorluğundan məlumat verilib. 

Məlumata görə, bir ailənin evinə silahlı hücum olub. Hücum nəticəsində bir ailənin 7 üzvü öldürülüb, iki nəfər yaralanıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə rayon prokurorluğu və polis idarəsinin əməkdaşları gəlib. 

***

Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.
 
Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.
 
Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Goranboyda 7 nəfəri öldürən Hüseynov Rafiq haqda rayondakı mənbədən bəzi məlumatlar əldə etmişik. Mənbənin musavat.com-a verdiyi bilgiyə görə, qatil setka sexində fəhlə işləyirmiş. Arvadıyla mübahisə edib, qadın gecə 1 radələrində atası evinə gedib. Ər onu qaytarmaq üçün qayınatasıgilə yollanıb, lakin qızın valideyinləri ona "yox" cavaı verib. Bundan sonra Rafiq Hüseynov evə gəlib beşatılan silahla arvadının atası evinə hücum çəkib. Sonra da qonşuluqdakı taksi sürücüsünün evinə gedib, ondan maşınını istəyib. Qonşu onun istəyini rədd edəndə R.Hüseynov onun üüstünə silah çəkib. Qonşu qaçıb, bu zaman gözü dönmüş R.Hüseynov ona atəş açıb. Lakin güllə qapiya dəyib. Taksi sürücüsü olan həmin adam dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə haqda məlumat verib.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar