Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurordan korrupsiya hesabatı


Zakir Qaralovun cəzalandırdığı işçilərin sayı açıqlandı


Ötən bir il ərzində prokurorluq orqanları üzrə 168 prokurorluq işçisinin iş yeri və ya vəzifəsi dəyişdirilib, onlardan 75 işçi yuxarı, 73 işçi isə eyni təsnifat vəzifələrə təyin olunublar

PİA.AZ yerli mətbuata stinadən bildirir ki, bunu baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov "Azərbaycan" qəzetində dərc etdirdiyi yazıda deyib.

Z.Qaralov deyib ki, bu müddət ərzində prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, kadrlarla iş sahəsində görülmüş tədbirlər nəticəsində tələbkarlıq daha da artmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılmışdır.

Bu müddətdə 118 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. Prokurorluq orqanları üzrə 3 prokurorluq işçisinə ali xüsusi, 170 prokurorluq işçisinə isə xüsusi və hərbi rütbələr verilmişdir. Xidməti və ya əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 48 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 30 nəfərə şiddətli töhmət və töhmət verilmiş, 5 nəfər vəzifədən azad edilmiş, 4 nəfər isə prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilmişlər.

Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarında rütbə nəzərdə tutulmayan vəzifələrin dövlət qulluğunun inzibati və yardımçı vəzifələrinə uyğunlaşdırılması prosesi yekunlaşdırılaraq bu vəzifələrə təyinatların aparılması nəticəsində həmin işçilərin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Belə ki, prokurorluq orqanlarında çalışan dövlət qulluqçusu statusu verilmiş işçilərin vəzifələrinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və digər zəruri məsələlərin həlli ilə əlaqədar müvafiq işlərin görülməsi təmin edilmiş, prokurorluq orqanlarında dövlət qulluğuna aid edilən vəzifələr üzrə struktur hazırlanaraq həmin vəzifələr üzrə işçilərin təyinatı aparılmışdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar