Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Azərbaycan və Türk şahinlərinin təlimlərini izləyib - Fotolar


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub


PİA.AZ-ın  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, MiQ-29 və F-16 qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər.
 
Yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışları yerinə yetirən MiQ-29 təyyarələrinə F-16 qırıcıları havadan dəstək veriblər.
 
Təlimlərin gedişindən razı qalan müdafiə naziri təlimlərin prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib: "Bundan əvvəl də Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçirilib. Həm qardaş Türkiyədə, həm da Azərbaycanda müxtəlif qoşun növlərinin iştirakı ilə təlimlər olub. Ancaq hər iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə təlimləri və özü də Azərbaycanda keçirilməsi ilk dəfədir ki, baş tutur. Çox vacib bir məsələ ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hərbi pilotları birgə döyüş tapşırıqlarını yerinə yetirərkən, bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçiriblər. Mən bu təlimləri yüksək qiymətləndirirəm. Biz belə təlimləri daha geniş səviyyədə davam etdirəcəyik".
 
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.









Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar