Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Karvan» Ticarət Mərkəzində baş verən yanğınların arxasında nələr var?


İcarədarlar iddia edirlər ki, Ağamirzə Əhədov külli miqdarda borcu olduğu üçün Ticarət Mərkəzində yanğınların baş verməsində maraqlı ola bilər


Sumqayıtda yerləşən «Karvan» Ticarət Mərkəzinin ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Qeyd edək ki, adı çəkilən Ticarət Mərkəzində baş verən yanğın hadisəsi 1 il ərzində ikinci dəfə qeydə alınıb. 

Elə bu səbəbdən də «Karvan»  Ticarət Mərkəzində baş verən hadisələri və gəzən söz-söhbətləri aydınlaşdırmaq məqsədilə araşdırma apardıq. Araşdırmamız nəticəsində Sumqayıtın tanınmış olliqarxlarından biri, «Karvan İstehsalat Kommersiya Şirkəti» MMC-nin sədr Ağamirzə Əhədovun özü, oğlanları və TM-in əsil sahibinin kimliyi ilə də bağlı ilginc məlumatlar toplaya bildik. 

Adlarının açıqlanmasını istəməyən sözügedən Ticarət Mərkəzində çalışan icarədarların verdiyi bilgiyə görə, Ağamirzə Əhədov ötən il oktyabrın 19-da 22 nəfərin xəsarət almasıilə, 6 min kv.m ərazini əhatə edən yanğından dərhal sonra hadisə yerinə gəlsə də, 9 oktyabr 2014-cü il 350 kv.m sahə, yanarkən (yada yandırılarkən )Ticarət Mərkəzinin rəhbərini gördüm deyən olmayıb. Qeyd edək ki, sonuncu yanğın zamanı İlqar Vəliyev adlı bir vətəndaş tüsdüdən boğularaq dünyasını dəyişıb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilıb. Məlum faciəyə rəğmən icarədarları heyrətə gətirən başqa məqamdı. Bir neçə titulu özündə cəmləşdirən “hacı, ağsaqqal, yazıçı (bəli, yazıçı tituluna görə təəcüblənməyə dəyməz Ağamirzə Əhədov “Tufanlardan keçən ömür” və “XXI əsrin lideri” adlı iki kitab yazdırtdırıb. Kitabın yazılmasını zəruri edən səbəblə bağlı növbəti saymızda ətraflı material dərc edəcəyik.) baş verən faciədən sonra biganəlik nümayiş etdirməsi «Karvan»  Ticarət Mərkəzində çalışanların qınağına tuş olub.  

Bizimlə söhbət edən icarədarlar tərəfindən hacı, ağsaqqal və yazıçı kimi  humanizm dəyərlərini özündə əks edirən Ağamirzə Əhədovun faciə baş verdiyi an və ondan bir neçə gün sonra Ticarət Mərkəzində görünməməsi bazar sahibinin “humanist” dəyərlərə o qədər də əhəmiyyət verməməsinin nümunəsi olaraq qəbul olunub . 

«Karvan» Ticarət Mərkzini rəhbərinin belə saymamazlığını şəhər sakinləri və “karvançılar” özlərinə məxsus şəkildə izah etməyə çalışırlar. Onu da bildirək ki, Ağamirzə Əhədava daha yaxın olan icarədarlar onun hadisə yerinə gəlməməsini səhhətində problem yaranması ilə əlaqələndirilər. Amma digərlərinə görə isə Ağamirzə Əhədov icarədarların qəzəbinə tuş olmamaq üçün hadisə yerinə gəlməkdən çəkinib. 

Onlar bildirirlər ki, Ağamirzə Əhədovun hadisə baş verəndən sonra da kefi yerində olub və səhhətində heç bir problem olmayıb. Onlar bunu 10 oktyabr 2014-cü ildə, baş vermiş fəlakətin sabahısı günü gülərək mətbuata verdiyi pozları dəlil olaraq ortaya qoyurlar. Və qeyd etdilər ki, həmin şəkil onun icarədarlara olan münasibətinin göstəricisi idi. 

Ona görə də  «Karvan» Ticarət Mərkzinin icarədarlarının böyük bir qismi hesab edirlər ki, 09.10.2014-cü il tarixdə təkrar yanğın zamanı hadisə yerinə gəlməməsi icarədarların qəzəbinə tuş gəlmə ehtimalından qaynaqlanır. Belə ki, Ağamirzə müəllim ilk yanğından sonra təhlükəsizlik tədbirlərini gücləndirməli, icarədarların sığorta olunması üçün tələblər irəli sürməli idi. Amma icarədarların bildirdiyinə görə «Karvan» Ticarət Mərkzində ən primitiv təhlükəsizlik qaydalarına belə riyaət olunmayıb və bunun üçün hər hansı texniki və hüquqi işlər görülməyib.

İcarədarlar həmçinin onu da bildirdilər ki, Ağamirzə Əhədov ötənilki yanğından sonra bir il müddətində “sizdən pul alınmayacaq” desə də sonradan qəti şəkildə yerhaqqı tələb edərək, məcburi qaydada dərzilərdən 200 AZN, piştaxtalardan 100AZN, zirzəmidə çalışan sahibkarlardan isə 400 AZN alıb. Ən azından Ağamirzə Əhədov topladığı bu vəsaitləri texniki təhlükəsizliyin və Ticarət Mərkəzində olan malların sığortalanmasına sərf edə bilərdi. 

Biz orda olduğumuz zaman Karvan Ticarət Mərkəzində “şıdırığı” işin getdiyinin şahidi olsaq da, “karvançılar”ın hələ də təlaş içərisində olduğunu gördük. Adının açıqlanmasını istəməyən xanım sahibkar bizimlə söhbəti zamanı bu TM-in gələcəyinin sual altında olduğuna işarə etdi. Bunu ilk növbədə texniki və təhlükəsizlik şərtlərinə əməl olunmamaqla bağladı. Əslində TM də hər an xoşəgəlməz faciənin baş verə biləcəyini biz də öz gözlərimizlə gördük. Gördüyümz mənzərə ən azı orada çalışanların hansısa şirkətin işçiləri olmadığını ortaya qoydu. Bu isə Azərbaycan dövləti tikinti qanunlarına ziddir. Tikinti qanunlarına əsasən iri tikinti işlərini xüsusi şirkətlər həyata keçirməlidir. 

Onu da deyək ki, «Karvan» Ticarət Mərkzini yanmasını fərqli izah edənlər də var. Məsələn bəziləri deyirlər ki, Ağamirzə Əhədovun kimlərəsə külli miqdarda borcları var və bu borclar ilin axırına qədər ödənilməliymiş. Ona görə də, «Karvan» Ticarət Mərkzində yanğın Ağamirzə Əhədovun yeni «müddət» qazanması üçün işinə yaraya bilərdi. 

Başqa bir iddaya görə, bu olayda Ağamirzə Əhədovun oğlunun çevrəsinin maraqları var. Deyilənlərə inansaq, külli miqdarda ödənilməsi gərəkən pulun ödənməməsi bir yana, borclu olunan adama çəkilən sərt jestin nəticəsidir ki, həmin mərkəz ikinci dəfə yanır. 

Bütün bu iddaların və versiyaların nə dərəcədə doğru, ya da yalan olduğunun isbatı ücün, hüquq - mühafizə orqanlarının apardığı araşdırma sözsüz ki, hansısa nəticələri ortaya qoyacaq.

Qeyd edək ki, Ağamirzə Əhədovla bu iddalarla bağlı əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar