Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ münaqişəsinin köklü həllini yaxın 10 ildə gözləmək sadəlövhlükdür“


“Azərbaycan heç bir tərəfə ağırlıq vermədən öz variantını qəbul etdirməyə çalışmalıdır”


Son günlər Azərbaycanın işğal altında olan ərazilərinin azad ediləcəyi ilə bağlı məsələ əsas müzakirə mövzusudur.

Əvvəlki illərlə müqayisədə bu il prezidentlər arasında qısa müddət  ərzində bir neçə dəfə görüşün keçirilməsi diqqətləri Dağlıq Qarabağ probleminə yönəldib. Ermənistanın Avrasiya İttifaqına 7 rayonumuzu boşaltması müqabilində qəbul edildiyi qeyri-rəsmi məlumatlar sırasındadır.  Sülh danışıqlarının yeni mərhələsinin konkret nəticələri isə oktyabrın 27-də baş tutacaq Azərbaycan, Fransa və Ermənistan prezidentlərinin görüşündən sonra bəlli olacağı qeyd edilir. Həm beynəlxalq təşkilatlar, həm vasitəçilər, həm də ekspertlər Fransa görüşünə böyük ümidlər bəsləyirlər. 
 

Bununla bağlı PİAAZ-ın suallarını millət vəkili Fazil Mustafa   cavablandırıb. 

AzərbaycanErmənistan prezidentlərinin bu ayın sonuna, Parisdə nəzərdə tutulan görüşün nəticələri haqqında nə düşünürsünüz bu da növbəti görüç xətrinə görüş olacaqmı yoxsa cənab  Məmmədyarovun acıqlamasnda deyildiyi  kimi "Böyük sülh sazişi" imzalanacaq? 

Prezidentlərin görüşünü  PİA.az- a şərh edən politoloqun fikrincə, hazırda Dağlıq Qarabağ probleminin həllində  yenilik gözləmək  çətindir:

-Paris görüşü yenə də görüş xatirinə olacaq, hər hansı Sülh sazişi bağlama ehtimalı yoxdur, Xarici işlər nazirinin bunu nəyə isnad edərək söyləməsi təəccüblüdür. İndiki şərtlərdə Ermənistanın belə bir Sazişə müsbət yanaşacağı ehtimalı yoxdur. 

-Minsk Qrupuna həmsədr olan güclərin - Rusiya və Qərbin yeni “soyuq müharibə” mərhələsinə girməsi Qarabağ probleminə necə təsir gostərə bilər? Çünki bu iki tərəf arasında az-çox anlaşmanın olduğu başqa zamanlarda prezidentlər səviyyəsində heç bir sanballı sənəd qəbul edilməyibsə, anlaşma əldə olunmayıbsa, Qərb-Rusiya münasibətlərinin böhranlı durumda olduğu hazırkı dövrdə bu mümkün görünürmü?

- Bu böhranlı durum tərəflər arasında tez-tez Dağlıq Qarabağla bağlı görüşlərin məkanında dəyişiklik yaradacaq. Qərbin ardınca Rusiya da görünür belə bir formal görüş keçirəcək, ardınca tenə də Avropada başqa bir görüş planlaşdırılacaq. İndiki böhran problemin həllini daha da qeyri-müəyyənliyə gətirdi. 

- Con Kerrinin Uels görüşündə iki dövlət başçısını görüşdürməsi isə göstərdi ki, Ağ Ev Qarabağı Rusiyanın təkbaşına həllinə imkan verməyəcək və qərbin Ukraynadakı məğlubiyyətinin əvəzini çıxmaq üçün Qafqazda yeni aktiv planların icrasına başlayacaq. Bu baxımdan Azərbaycanın mövgeyi marağlıdır...

Əslində Azərbaycan bu təhlükəni hiss edərək vaxtında çevik diplimatiya ilə gərginliyi xeyli azalda bildi. Xüsusilə də Rusiya ilə münasibətlərin yaxşılaşdırılması, eyni zamanda Qərblə də isti təmaslar balanslı siyasətin davam edəcəyini göstərir. Ancaq məsələnin həllində Rusiyanın rolu daha çox hiss olunmağa başlayıb. əslində Qərbin Dağlıq Qarabağla baqlı mövqeri Rusiyanınkından fərqlənmir. Ona görə də Azərbaycan heç bir tərəfə ağırlıq vermədən öz variantını qəbul etdirməyə çalışmalıdır.

Bu halda problemin həlli ilə bağlı 2015-ci ildə nəsə gözləməm olarmı? 

-Dünyada hadisələr  çevik dəyişir. Mümkündür ki, bu ərəfədə  müəyyən dəyişikliklər olsun. Ancaq məsələnin köklü həllini yaxın on ildə gözləmək sadelövhlük olardı.

Ülviyyə Bəylər
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ən çox oxunanalar