Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Ayaz Mütəllibovla İsgəndər Həmidovu tövbə etməyə çağırdı


PİA.AZ xəbər verir ki,“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov Modern.az saytına müsahibə verib


Müsahibə zamanı bir çox maraqlı məqamlara toxunan Hacı Əbdül Əbdülov Azərbaycanda tövbə etməli olan siyasətçilərdən bir qisminin adını çəkib.

“Uzun illərdir siyasətdə olan insanlardan kimlərin hansı əməllərinə görə tövbə etməsini istərdiniz” sualına Hacı Əbdül özüməxsus tərzdə cavab verib:  

“İsgəndər Həmidovun tövbə  etməsini çox istərdim. Çünki İsgəndər Həmidov Astarada bir evi topa tutdurdu və İrandan olan bir qonaq öldü. Qonağa ehtiram lazımdır. Əlbəttə, İsgəndər Həmidov tövbə etmək üçün  müraciət etsə, can-başla onun müraciətini qəbul edərəm”.

“2000-ci illərin əvvəllərində keçmiş prezident Ayaz Mütəllibov hüquqlarını müdafiə komitəsi yaradanda şeyx Əbdül Mahmudov sizədn qabağa düşdü və sizi oradan uzaqlaşdırdılar. O vaxtkı əməllərinə görə Ayaz Mütəllibovla Əbdül Mahmudov da tövbə etməlidirlərmi” sualına cavabda isə Hacı Əbdül daha orijinal cavab verib: 

“Şeyx Əbdül o vaxt həm hakimiyyəti, həm də xalqı aldatdı. O, iddia edirdi ki, Ayaz Mütəllibovun müdafiəsi üçün 1 milyon imza toplanılıb. Halbuki yalan deyirdi.

Ayaz  Mütəllibova gəlincə, onun nəyə görəsə tövbə etməli olduğunu deyə bilmərəm. Çünki o, elə pis iş görməyib ki, ona görə tövbə etsin. Vətənini, xalqını sevən olub. Vətən üçün, xalq üçün çalışan adam olub. O, yalnız mənə görə tövbə etməlidir. Çünki dəfələrlə mənə qarşı haqsızlıq edib”.

Hacı Əbdülün fikrincə, Müsavatın keçmiş başqamı İsa Qəmbər də tövbə edəcək siyasətçilər arasındadır: “İsa Qəmbər bizi aldadıb Xızıya göndərdi  və dedi ki, Arif Hacıyev gəlib sizi orada dinləyəcək. Arif Hacıyev gəlmədi və məzlum xalqın üstünə ordu yeritdilər. İsgəndər Həmidov bir də buna görə tövbə etməlidir. Bu hadisə 1992-ci ildə olub”.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar