Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Babayevin1,1 milyardlıq biznesi iflasa gedir


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AB Standard” QSC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək, hər birinin nominal dəyəri 100 manat olan 88 100 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışını dövlət qeydiyyatına alıb


PİA.AZ "Turan"a istinadən xəbər verir ki, bu haqda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bu isə o deməkdir ki, holdinq 8,81 milyon manatlıq səhmlərini konkret müştərilərə satmağı qərara alıb. Məqsəd holdinqin nizamnamə kapitalını artırmaqdır. Qiymətli kağızlar haqda qanuna görə, adlı səhmlər kon­kret alıcı üçün nəzərdə tutulur və onların əv­vəlcədən qey­diyyatı həyata keçirilir. Təqdim edən üçün səhm­lərin satışı sərbəstdir və alı­cı üçün heç bir qeydiyyat tələb olun­mur.

“Turan” qeyd edir ki, 2008-ci ildə Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən gedəndən sonra bu holdinqdə artım dayanıb. “AB Standard” QSC-nin ödənilmiş nizamnamə kapitalı bu il yanvarın 1-i üçün 33 milyon 623 min manat olub. 2013-cü ilin əvvəlində bu göstərici 86 milyon 274 min manat idi.

Vergilər Nazirliyinin məlumat bazasında 2002-ci ildə yaradılan holdinqin kapitalı 22 milyon 350 min manat göstərilir. Qrupun şirkətləri 1995-ci ildən fəaliyyət göstərir.

Holdinqə “Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” daxildir.

Holdinqin hesabatına əsasən, 2013-cü ildə “AB Standard” QSC-nin xalis mənfəəti 2 milyon manat olub. Qrupun aktivləri 1,1 milyard manatdır. “Bank Standard” QSC-nin hesabatında qeyd edilir ki, “AB Standard”ın səhmlərinin 50%-i Babayevlər ailəsinin üzvü Aliyə Qazıyevaya məxsusdur. Qalan 50% naməlum ailənindir.

Bu günlərdə Heydər Babayevə və naməlum şərikinə məxsus olan “Standart Kapital” MMC (nizamnamə kapitalı 200 min manat) broker fəaliyyətini dayandırıb. Şirkət broker və diler lisenziyasının müddətini uzatmaq üçün komitəyə müraciət etməyib. Şirkətə bu fəaliyyət növü üçün verilmiş 5 illik lisenziyanın müddəti bu günlərdə bitib, ancaq “Standart Kapital” MMC-nin daxil olduğu “AB Standart” QSC onun müddətini təkrar uzatmaq üçün müraciət etməyib və beləliklə, bazardan çəkilib.

Ekspertlər bunu gözlənilməz adlandırırlar. “Standart Kapital” broker və diler fəaliyyəti ilə 2004-cü ildən məşğul olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar