Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərdabın icra başçısından prezidentə şikayət...


"Sən demə, bütün bu korrupsiyanın başında elə icra başçısı Lütfəli Babayev özü şəxsən dayanırmış"


Bu barədə moderator.az-a daxil olan və Prezident Adminstrasiyasına ünvanlanan məktubda bildirirlir.

 İndi isə daha bir şikayət məktubunu olduğu kimi təqdim edirik:
               
"Zərdab Rayonunun  Çallı kəndi sakini  Zamanov  Sovqat  Nadir oğlu  tərəfindən 

                                                   M Ü R A C İ Ə T

Mənim 62 yaşım var, bu yaşıma kimi  indiyə qədər görmədiyim qanunsuzluqla  üzləşmişəm ki, hələ də özümə gələ bilmirəm. Qoca, savadsız olmağımdan və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının 1- ci müavini Allahverdi Səfərovun göstərişi ilə haqq-halal torpağımda mişar daşından çəkdirdiyim 50 metr uzunluğunda hasarımı qanunsuz olaraq ekskavatorla vəhşicəsinə söküb yerlə -yeksan etmişdilər. Səbəb isə onu göstəriblər ki, guya mən həmin torpağı zəbt etmişəm və qanunsuz hasar çəkdirmişəm. Əslində isə həmin torpaq mənə məxsusdur ki, bunu təsdiq edən sənəd-sübut da var. Belə ki həyətyanı torpaq sahəm 2200 kv. metirdir ki, orada 50 metr uzunluğunda mişar daşından hasar çəkdirdim. Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov gəlib mənə bildirdi ki, sən burada çəkdirdiyin hasar zəbt etdiyin torpağın üzərinə düşür. Mən bundan ötrü rayon rəhbərliyinə müraciət etdim, dedim qanunu torpağım olduğu üçün rayon rəbərliyi kömək edər.Rayon İcra başçısının müavini məndən 3000 manat pul istədi ki, hasar yerində qalsın, torpağı da sənə verəcəyik. Mən buna qəti olaraq  etraz etdim. Səhəri gün başıma bu oyunu gətirdilər, qəzəblənib qanunsuz olaraq hasarımı uçurtdular.

 Qeyd edim ki, indiyə qədər elə bilirdim ki, bu qanunsuzluqdan, özbaşınalıqdan icra başçısı Lütfəli Babayevin xəbəri yoxdur. Sən demə, bütün bu korrupsiyanın, vəhşiliyin başında elə icra başçısı Lütfəli Babayev özü şəxsən  dayanırmış. Çünki bu qanunsuzluq barədə ona göndərdiyim teleqramlara, şikayət ərizələrinə indiyə qədər  cavab verməyib, qanunu tədbir görməyib. 

Maraqlı bir faktı da qeyd edim ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin  texniki səhvi üzündən  bizə ayrılmış torpaq sahəsini  sənəddə 2200 kv. m göstərmək əvəzinə 1922 kv.m göstərmişdir ki, bu barədə Callı bələdiyyəsinin sədrinin cavab məktubu var. 

Həmin məktubu mətbuata təqdim edirəm. Bu boyda qanunsuzluq, özbaşınalıq olmaz. Mən mərhum prezident Heydər Əliyevin imzası ilə 2002-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin saxtakarlıq, kələk yolu ilə pul qazanmaq ideyasını həyata keçirmək məqsədi  ilə mənim əmlakımı məhv etmiş  1-ci müavin Allahverdi Səfərovunun cinayət əməlləri barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm. İnanıram ki, bu özbaşınalığı, qanunsuzluğu şəxsən  cənab  Prezident araşdırıb qanunu tədbir görəcək, mənə kömək edəcək.
                      
Əlaqə mobil telefonum (050) 422-07-46"


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar