Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Əzizov: “Sonra da deyirlər ki, qəsdən yandırılıb”


Sumqayıt şəhər İcra Hakimiyyətində şəhərin 2014-cü ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib


PİA.AZ modern.az saytına istinadən xəbər verir ki, yığıncaqda Sumqayıtdakı “Karvan” ticarət mərkəzində baş vermiş yanğına da toxunulub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, hələ bir il əvvəl 2013-cü ilin oktyabrında “Karvan” ticarət mərkəzində güclü yanğın baş vermiş və o zaman çoxlu mağaza yanmışdı: “O zaman orada malları yanan ticarətçilərin problemlərilə 2 ay maraqlandıq. Onlara kömək etdik. O hadisədən bir il keşməmiş, bu ilin oktyabrında hadisə yenidən təkrarlandı. Biz  hər zaman onlara kömək edə bilmərik, sahibkarlar mallarını sığortalamalıdırlar”. 

İcra başçısı deyib ki, ticarət mərkəzində çalışanlar qızınmaq üçün standartdankənar sobalardan istifadə edirlər ki, bu da yanğına səbəb olur: “Sonra da deyirlər ki, qəsdən yandırılıb”.

Eldar Əzizov Karvan” ticarət mərkəzində mağazaları olan sahibkarları bu hadisələrdən nəticə çıxarmağa və obyektlərini sığortalatmağa çağırıb.

Oktyabrın 9-da axşam saatlarında Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları  600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər zəhərlənib. 
Oxşar hadisə 2013-cü ilin oktyabrında da baş vermişdi. O zaman da sahibkar Ağamirzə Əhədova məxsus “Karvan” ticarət mərkəzində güclü yanğın baş vermiş və çoxlu mağaza yanmışdı...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar