Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amansız cinayətlər: Məsuliyyət kimin üzərinə düşür? -Araşdırma


Ehsan Zahidov: “Törədilən cinayətlər məişət zəminində törədilir, və hec vaxt cəzasız qalmır”


Sosioloq Əbülfəz Süleymanlı: “Sosiallaşma  probelmləri, düzgün ünsiyyət  qura bilməmək, psixoloji gərginliklər, sosial nəzarətin zəif olması böyük rol oynayır”

Psixoterapevt Elmir Əkbər: “İnsanların dağıdıcı enerjisini sərf olunması üçün münbit şərait var”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov: “Bu məsələ ilə bağlı Sosial müdafiə Nazirliyi, bizim komitə, yerli icra hakimiyyətləri şöbələri, hüquq mühafizə orqanları birlikdə iş aparmalıdır”

Bu gün Azərbaycanda ən aktual mövzulardan biri də cəmiyyətimizdə baş verən cinayət hadisələridir. Ölkədə insan qətlləri durmadan artan xətt üzrə inkişaf edir. Təbii ki, baş verən bu tip hadisələr müxtəlif amillərdən doğur. Şəxsi problemlər, ailə zəmnində baş verən çəkişmələr, məmur özbaşınalığı, cəmiyyətdə yaşanan psixoloji gərginliklər, qısqanclıq və.s kimi hallar insan qətlinə şərait yaradan mühüm amillərdəndir. Lakin ən dəhşətlisi budur ki, son zamanlar baş verən qətllərin vəhşilik dərəcəsi olduqca artıb. Belə ki, qətl törədən şəxslər cinayət törətməsi azmış kimi öldürdüyü şəxsi ya yandırır, ya başını kəsir. Cəmiyyət üçün bu cür cinayətlər də, onun səbəbləri də adiləşib.

Ailədaxili zorakılıq hallarının da sayı nəzərəçarpacaq dərəcədə artıb.       
İş o yerə çatıb ki, əvvəllər bir-birini ən pis halda təhqir edən cütlüklər, indi soyuq silaha, bıçağa, hətta  qumbaraya belə  əl atmaqdan belə çəkinmirlər. Qurbanlar da qdınlar olur. “Qadın xəyanət edib? O zaman öldürülməlidir də. Yazıq kişi neyləyəydi?” Yanaşma belədir. Hətta müasir düşüncəli ziyalı hesab edilənlər belə bu cür cinayətə az qala haqq qazandırır. 

Statistikaya görə dünyada hər 3 qadından 1-i həyatının bir dönəmində zorakılığa məruz qalır. Birləşmiş Millətlər Təşkilatının Demoqrafik Fondunun məlumatına görə, hər gün dünyada 5 mindən çox qadın öldürülür. Hər 5 qadından 1-i isə həyatının hansısa mərhələsində təcavüz və yaxud təcavüz cəhdinin qurbanı olur. Daha bir məqam isə odur ki, hazırda namus cinayətlərinin adını intihar da  qoyurlar. Qadınları elə vəziyyətə salırlar ki, o, çarəni yalnız ölməkdə görür.  Acınacaqlı haldır ki, qadın və kişinin sosial bərabərliyi (gender) uğrunda aparılan mübarizə, görülən işlər hələ də öz nəticəsini verməyib. Vəziyyət hətta o həddə çatıb ki, ən azı hər ay hansısa qadının əri tərəfindən öldürüldüyü xəbərini alırıq. 

Xatırladaq ki, İyunun 18-də prezident İlham Əliyev Milli Məclisin mayın 30-da Cinayət Məcəlləsinə etdiyi dəyişiklikləri imzaladı. Beləliklə, Azərbaycanda cinayətə görə cəzalar sərtləşdirildi.



Bu mövzu ətrafında PİA.AZ-a danışan DİN mətbuat xidmərinin rəis müavini, polkovnik Ehsan Zahidov  hesab edir ki, əksinə Azərbaycanda cinayətlərin sayı azalır:

"Mən Azərbaycanda cinayətkarlığın artmasıilə bağlı iddialarla razi deyiləm. Hesab etmirəm ki, Azərbaycanda cinayətlərin sayı artır. Rəsmi statiskaya görə ötən illərə nisbətdə cinayətkarlıq xeyli azalıb. Cinayət sayının azlığına və açılma faizinin coşluğuna görə Azərbaycan  MDB məkanında eləcə də  Şərqi  Avropa ölkələri arasında  ən öncül yerlərdən birini tutur. Bu aparılmış araşdırmaların nəticəsidir  və hər kəs tərəfindən də etiraf olunur.  Azərbaycanın daxilində sabitlik təmin olunur və kriminagen  duruma  hüquq mühafizə orqanları tərəfindən tam nəzarət olunur. 

O ki, qaldı son günlər baş verən cinayətlərə,  bunlar  adi məişət zəminində baş vermiş cinayətlərdir.  Buna baxmayaraq  bütün baş verən cinayətlərin hamısı isti izlərlə polis və prokurorluq  əməkdaşlarının  birlikdə  həyata keçirdikləri  əməliyyatistintaq tədbirləri nəticəsində  cinayətlər  açılır.  Nə qədər ki, insan var, həyat var  cəmiyyət var, qayda pozuntularıda olacaq  cinayət də olacaq. əsas məsələ ondadır ki törədilən cinayət dərhal açılır və cinayətkarlar qanun qarşısında  cinayət məsuliyyətinə cəlb olunur.  Bir daha vurğulamaq istəyirəm ki,  törədilən cinayətlər  məişət zəminində törədilir, amma hec vaxt  və  cəzasız qalmır.  



Üsküdar Universitetinin sosiologiya bölümünün müdiri, sosiologiya elmləri doktoru Əbülfət Suleymanlı isə  ailə bağlarının  zəif olması zorakılıq faktlarını artmasına səbəb olur:

“İlk növbədə qeyd etmək lazımdır ki, bunun kimi dəhşətli faktlar mütləq dərin təhlil olunmalıdır. Bunu  meydana gətirən səbəblər mütəxəssilər tərəfindən hər tərəfli tədqiqi olunmalı və aşkara çıxarılmalıdır.
Əslində zorakılıq faktının tək bir amilə bağlı olaraq açıqlamaq doğru deyil. Çünkü bu faktın meydana gəlməsində birdən çox amil rol oynayır. Bu sahədə mövcud olan nəzəriyyələrin bir qismi zorakılığın cəmiyyətdə paylaşılan və öyrənilən davranışların nəticəsi olduğu qeyd olunur. Struktural nəzəriyyələr isə bu cür halları maddi imkanların qeyri mütənasib bölgüsü nəticəsində fərdin ictimai status baxımından əngəllənmiş olması amili ilə izah edirlər. Bu yanaşmaya əsasən əngəllənmişlik amili fərdi qeyri-qanuni əməllərə sövq edir. Bir başqa yanaşmaya görə isə əxlaqi şüur səviyyəsinin və ailə bağlarının  zəif olması zorakılıq faktlarını artmasına səbəb olur. Eyni  zamanda  sosiallaşma  probelmləri, düzgün ünsiyyət  qura bilməmək, psixoloji gərginliklər, sosial nəzarətin zəif olması kimi faktorların da bu cür cinayətlərin meydana gəlməsində əhəmiyyətli olduğu görülür. Həmçinin son dövrlər xüsusilə şərq ölkələrində ən çox önə çıxan səbəblərdən biri namus və şərəfi qorumaq adına işlənən cinayətlərdir. Maraqlı cəhətlərdən biri odur ki, bu cür cinayətləri işləyənlər arasında qadınlar daha çox üstünlük təşkil etməyə başlayıblar. Eyni zamanda namus və şərəfi qorumaq üçün cinayətlərin daha çox böyük şəhərlərdə işləndiyi aparılan tədiqatlarla aydın olmuşdur. Bunu daha çox əyalətdən şəhərə köç edən və yaxud təhsil, iş kimi səbəblərlə müvəqqəti olaraq yaşamaya gələn insanların düşük sosial-iqtisadi statusu, şəhərə adaptasiya problemi və ənənəvi dəyərlərin mühafizə edilməsi tendensiyası ilə izah etmək olar.

Əgər cəmiyyətdə mənəvi sahədə və əxlaq sistemində ciddi nöqsanlar özünü büruzə verirsə, insanlarda mərhəmət, sevgi, acıma duyğusu yox olur, sosial ünsiyyət formaları get-gedə zəifləyir , bunun yerini zorakılıq, aqresssivlik doldurmağa başlayır. Ənənəvi olaraq cəmiyyət quruluşumuzda mövcud olan sosial münasibətlərin, sosial əlaqə həlqələrinin zəifləməsi bu cür üzdəniraq halların sayının artmasına şərait yaradır. Burda mediada zorakılığı təbliğ edən yayımlarının mənfi rolunu da qeyd etmək lazımdır. 

Çox gecikmədən cəmiyyətdə özünü bürüzə verən bu cür neqativ hadisələr üçün tədbirlər planı hazırlanmalı və xüsusilə mənəvi sahədə geniş proqramlar həyata keçirilməlidir. Hər şizofrenin, hər psixopatın yanına bir polis nəfəri vermək mümkün olmadığı üçün, insanları bu cür əməllərin çəkindirən mənəvi tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac duyulur. Bu mənada kiçik yaşdan etibarən insana verilən təhsil və tərbiyyə böyük əhəmiyyətə malikdir. Təhsil və tərbiyə sistemimizin təməlinə sevgi dilinin yerləşdirilməsi vacibdir. Tərbiyə formasına görə insan ya bir mələyə çevriləcək və yaxud canavara çevrilmə ehtimalı diqqətən yayınmamalıdır. Bu mənada istər ailə tərbiyəsində, istərsə də məktəb tərbiyəsində insanlara sevgi hissinin aşılanması kimi insani dəyərlərin təliminə əhəmiyyət verilməlidir. Get-gedə obyektiv və subyektiv səbəblər ucbatından itməyə başlayan valideynlərin övladlarına nəzarət ailə daxili və insanlararası sağlam ünsiyyət kanallarının inkişafına diqqəti artırmaq lazımdır. Bu gün heç kimə sirr deyil ki, texnikanın inkişafı canlı ünsiyyət imkanlarının məhdudlaşdırır və insanların həm bir-birindən, həm də dəyərlərdən uzaqlaşmasına səbəb olur .

İnkişaf etmiş qərb ölkələrində müntəzəm keçirilən sosial tədqiqatlarla zorakığılığa meylli və riskli insanlar müəyyənləşdirilir , sosioloq, psixoloq, psixiatr və sosial işçilərin birgə əməkdaşlığı nəticəsində bu cür fərdlər nəzarət altında tutulur. Eyni zamanda bu cür halların qarşısını qalmaq üçün xüsusi mərkəzlər təsis olunur. Misal üçün Türkiyədə də bu cür faktların artması nəticəsində Cəmiyyətin Ruhi Sağlamlığı mərkəzləri qurulmaya başladı. Bu mərkəzlərdə sosioloqlar, psixoloqlar və sosial işçilər birlikdə həyata keçirdiyi fəaliyyətlərlə sosial risk zonalarını müyyənləşdirərməyə çalışırlar. Bu kimi qabaqcıl praktikadan bizimdə istifadə etməmiz vacibdir. Eyni zamanda cəmiyyətin ruhi sağlamlığı mövzusuna diqqəti daha çox artırmaq lazımdır.


Elmir Əkbər psixoterapevt:   

Ümumiyyətlə insan dünyaya gələndə iki enerji onda əsas təşkil edir. Birinci quruculuq və yaradıcılıq meyli, ikinci isə dağıdıcılıq və öldürmək istəyidir. İnsanın bütün həyatı bu iki enerjinin mübarizəsi üzərində forialaşır və demək olar ki, hansı enerjinin üstünlük təşkil etməsi insanın gələcək taleyində əsas rol oynayır. İnsan həyatı boyunca faktiki olaraq bu iki enerjini realizə etməlidir. Yəni özündən çıxarmalıdır. Tutaq ki, dağıdıcılıq enerjisini daha müsbət məsrada yönləndirə bilmək üçün bu enerjinin çıxarılması üçün idman etməklə, müxtəlif xobbiləri qeyri dağıdıcı şərtlər altında reallaşdırmasıyla mümkündür. Xobbi deyərkən çoxlu mütailə, teatra, operaya, kinoya getmək nəzərdə tutram. Yəni bu yolla və daha çox məlumatlı olmaqla, insan içindəki yox etmək, dağıtmaq meylini cilovlaya bilir. Hər hansı bir kino və yaxıdda mütailə insanın içindəki, şüuraltı potensial cinayəti üzə çıxarır. Bir qayda olaraq ağır cinayətləri informasiya bazaları olmayan və daha çox mədəni dairələrdən uzaq olan insanlar törədir. Yəni o enerjini, o meyli içərisindən çıxarda bilmədikdə insanda cinayətə meyl artır və təbii olaraq həmin insan cinayət törədir. Məişət cinayətlərinin törədilməsində sas səbəblərdən biri intim səmimiyyətin olmamasıdır. 

Psixoterapevt törədilən cinayətlərin artması televiziyalarda, internet resurslarda təbliğ olunması nə dərəcədə doğru olmadığını da vurğuladı: 

Bu bəzən dəlinin yadına daş salmaq anlamına gəlir. Amma digər tərəfdən yuxarıda da dediyim kimi mənfi enerjinin insandan çıxmasına da səbəb olur. Çünki özünü qoruma instikti insanları həmin yoldan çəkindirən amilə çevrilir. Cinayətlərin törədilməsində alkoqolun və narkotik vasitələrin də ciddi rolu var. Demək olar ki, baş verən cinayətlərin böyük əksəriyyəti məhz narkotik və alkoqolik təsirlər altında baş verir. Çünki narkotika və alkoqol mənfi enerjini, dağıtmaq, yox etmək meyllərini tətikləyən əsas vasitə olaraq çıxış edir. 

Dini zəmində baş verən cinayətləri xüsusi ilə vurğulamaq gərəkir. Çünki son zamanlar dünyada dini zəmində ağır cinayətlərin törədilməsi, kütləvi qətllərin, terror hadisələrinin baş verməsi adi hala çevrilib. Baxmaraq ki, bütün dinlərin təməlində xeyirxahlıq var, son zamanlar dini dözümsüzlük vüsət almaqdadır. Mən hesab edirəm ki, dini xarakterli cinayətlər daha çox sosial deyil, siyasi xarakterlidir. Buna görə də düşünmək olar ki, dünya siyasi xaos yaşayır. İnsanlar vəd orlunan cənnət naminə öz uşaqlarını, ailələrini və öz həyatlarını qurban verirlərəsə, demək ki, bu çox ciddi problemdir və həmçinin bəşəri problemdir. Bu məsələ daha çox beynəlxalq siyasətin və beynəlxalq təşkilatların, həmçinin böyük dövlətlərin məşcul ola biləcəyi bir problemdir. Onlar araşdırmalıdırlar ki, ədalət və haqq prinsipləri niyə və harda pozulur. 

İqtisadi problemlərə gəlincə isə, son zamanlar cinayətlərin bu qədər kütləviləşməsini diqqətə alarsaq, səbəbləri başqa yerlərdə axtarmalıyıq. Əgər biz 21 əsrdə və texnoloji sıçrayış dönəmində yaşayırıqsa, demək ki, zorakı meylləri, dağıtmaq və öldürmək istəklərini cilovlaya bilən, necə deyərlər, mənfi enerjini insandan çıxaracaq xüsusi proqramlar hazırlanmalıdır. Deyim ki, bu gün istər TV-lərdə, istərsə yazılı ədəbiyyatda və internet resurslarda cinayətkarlığı körükləyən kifayət qədər proqramlar mövcuddur. Bəzən böyük sənət əsəri yaradarkən belə biz bilmədən cinayətkarlığı körükləmiş oluruq. Bütün bunların qarşısını alacaq xüsusi proqramlar hazırlanmalıdır ki, bu da dünya psixoloqlarının bir nömrəli məsələsi olmalıdır. Yəni psçixoloqlar, sosioloqlar bu problemin həlli üçün əllədrini daşın altına qoymalı və problemin həlli yollarını tapmalıdırlar. Xəstəlik varsa, onun dərmanı tapılmalıdır.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə yeni layilər hazırlandığını bildirdi:
2007- 2013 illərdə statistik məlumatlarına görə cinayətlərin sayı azalması görürük. Xüsusən qadınlara qarşı törədilən cinayətlərin azalması müşahidə olunub. Məsələn  ötən illərlə müqayisədə 2013-cü ildə qadınlara qarşı törədilmiş cinayətlərin sayı 4654-ə qədər düşüb...
Ancaq bu il törədilən cinayətlər göstərdi ki, baxmayaraq ki faiz dərəcəsi azalıb, yenədə bu problem aktualdır. Bunlar qeydiyyata alinan cinayətlərdir. Amma elə cinayətlər, zorakılıq nümunələri vardır ki, qeydiyyata götürülmür və hec zərər çəkmişlər özləri müraciət etmir.Ona nəzərə almaq lazımdır ki, bu rəqəmlər sonuncu rəqəmlər  deyil. 
Son zamanlarda törədilən cinayətlərin amansızllığı onu göstərir ki, cəmiyyətdə, ailələrdə psixoloji böhran yaşanır. Bu qədər qəddarcasına rəftar cox qorxulu amildir və bununla ciddi mübarizə aparılmalıdır. Hər il 60-70 qadının intihara sövq edilməsi də kifayət qədər böyük rəqəmdir. Bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görürlür. Məsələn qanunvericilikdə islahatlar aparılmışdır.  Hal-hazırda zorakılığın qarşısını almaq üçün yeni dövlət proqramı hazırlanır. Zorakılığa məruz qalmış şəxslərin Reabilitasiya mərkəzləri Azərbaycanda sayı həddən artıq azdır.  Gündəlikdə duran məsələ odur ki onların sayı artırılsın. 
Demək lazımdır ki, bu bir qurumun işi deyil. Bu məsələ ilə bağlı Sosial müdafiə Nazirliyi, bizim komitə, yerli icra hakimiyyətləri şöbələri, hüquq mühafizə orqanları birlikdə iş aparmalıdır. 

Hər hansı radikal dini cərəyanlarının da cəmiyyətə təsiri az deyil. Bunun qarşısını almaq üşün maarifləndirmə işləri gücləndirilməlidir.
Qanunvericiliklə bu məsələlərə toxunulur. Bəli, bəzi boşluqlar var amma əsas odur ki normativlər pis- yaxşı əks olunur. Bunun həyata keçirilməsi güləndirilməlidir. Bir sözlə mübarizə gücləndirilməlidir. Komitə olaraq biz gender bərabərliyi strategiyasını, uşaq məcəlləsini hazırlayırıq. Eyni zamanda zorakılığa qarşı layihələr hazılanır. Burda qadın uşaq və xüsusi diqqət tələb edilən problemlərə də yer ayrılır. 

Ülviyyə Bəylər
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar