Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu dövlətimizin uğurlu gənclər siyasətinin beynəlxalq səviyyədə nailiyyətidir”


Fərid Şahbazlı: “Vətənimizin Dünya Gənclər Forumuna ev sahibliyi etməsi Azərbaycanın bir çox sahələrdə qazandığı uğurlarının göstəricisidir”


Bu gün Azərbaycanda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilib. Forumda prezident İlham Əliyev də içtirak edib. 

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri  Fərid Şahbazlı PİA.AZ-a bildirib ki, Azərbaycanda beynəlxalq əhəmiyyətli forumun keçirilməsi ulu öndər H.Əliyev əsasını qoyduğu gənclər siyasətinin bəhrəsidir:


Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti dünyanın ən öndə gedən ölkələrinə örnək ola biləcək səviyyədədir. Gənclər Siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin uğurlu nəticələrinin beynəlxalq etirafıdır. Artıq Azərbaycan dünya birliyi tərəfindən də gənclər mərkəzi kimi tanınır. Vətənimizin Dünya Gənclər Forumuna ev sahibliyi etməsi Azərbaycanın bir çox sahələrdə qazandığı uğurların göstəricisidir. 

Məsələn, ölkəmizdə Gənclər Fondunun fəaliyyəti  dünyada az rast gəlinən nümunələrdəndir. Prezident İlham Əliyev də çıxışında gənclər siyasəti ilə bağlı olduqca mühüm məqamlara toxundu. Dövlət başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və səmərəli istifadə olunması və bu yöndə görülən işlərdən bəhs etdi. 
Azərbaycan hökuməti gənclərin dövlət idarəçiliyində iştirakına maraqlıdır. Hesab edirəm ki,  dövlət gənclər siyasəti artıq konkret müsbət nəticələrini göstərməkdədir. I Qlobal Forum işini uğurla başa vuracaq. Bu Azərbaycan üçün sonuncu forum deyil, bundan sonra da ölkəmiz bütün sahələrdə olduğu kimi gənclər mərkəzi kimi də öz sözünü deyəcək”.

Ülviyyə
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar